Avqustun 8-dən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranıb.
Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlər artıq bahalaşmağa başlayıb.
Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər hardadır?
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevdeyir ki, əsas tələb 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə, ən münasib evlər Bakının üçüncü zonası sayılan Yasamal, Binəqədi, Nəsimi, Xətai və Nizami rayonlarındadır.
Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.
Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enmişdi. Karantin rejmi yumşaldıqca tələb artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.