Bakıda çimərliklərdə sosial məsafə qaydaları pozuldu
Həftəsonu çimərliklərdə sıxlıq müşahidə olunub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Fotolardan aydın olur ki, çimərliklərdə heç bir sosial məsafə gözlənilməyib, karantin qaydalarına əməl edilməyib.

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib:

“Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb.

Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub.

Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb.

Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır”.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir:

“İcra hakimiyyətinin tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur”. 

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur:

“Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin. İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur.

Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar.

İcra hakimiyyətinin  əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər. 

Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında “ASAN xidmət” könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin  və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin, əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar.

Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları  koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər”.

 

29 Mart 2024 İlk Qədr gecəsi: Hacı Şahinin dua və moizəsi - Video
28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi