Son xəbərlər

 
Bu gün Azərbaycan əlifbası və dili günüdür

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

04 Avqust 2020 Toy etmək istəyənlərin NƏZƏRİNƏ — Bu tarixdən sonra icazə veriləcək
04 Avqust 2020 Pensiyalar və digər sosial ödənişlərlə bağlı — MÜHÜM AÇIQLAMA
04 Avqust 2020 Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!
04 Avqust 2020 Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir – VİDEO
04 Avqust 2020 Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının səbəbi açıqlandı
04 Avqust 2020 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb — VİDEO
03 Avqust 2020 Bu abituriyentlər üçün qeydiyyat başladı
03 Avqust 2020 Bakı polisi hərəkətə keçdi — Qaydaları pozanlar cərimələnir - FOTO
03 Avqust 2020 İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik — Staj azaldılır
03 Avqust 2020 Avqustun 5-dən sonra bu mağazalar açıla bilər — AÇIQLAMA
03 Avqust 2020 AAAF Park-dakı su problemi ilə bağlı açıqlama
03 Avqust 2020 AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır
01 Avqust 2020 Çimərliklərlə bağlı nə yenilik var?
01 Avqust 2020 Bu küçələrdə dezinfeksiya işləri aparılır
01 Avqust 2020 Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı
01 Avqust 2020 Hərbi hissələrdə Qurban bayramı qeyd edilib — FOTO
31 İyul 2020 Heydər məscidində Qurban bayramı namazı qılınıb
31 İyul 2020 Azərbaycanda Qurban bayramı qeyd olunur
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı
30 İyul 2020 Bayram günlərində rayona getmək istəyənlərə VACİB XƏBƏR VAR
30 İyul 2020 Azərbaycanda dörd günlük bayram tətili başlayır
30 İyul 2020 Bakıda yoluxma faizi ilə bağlı yeni statistika açıqlandı
30 İyul 2020 Bu gün 14 mindən çox şagird buraxılış imtahanı verəcək
30 İyul 2020 “Avqustun 5-dən sonra bütün məhdudiyyətləri götürə bilmərik” - Deputat + Video
29 İyul 2020 Turizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? — DEPUTAT
29 İyul 2020 ŞAD XƏBƏR! Dərslər sentyabrın 15-də başlanacaq — Elçin Əfəndidən AÇIQLAMA
29 İyul 2020 Rayonlara getməyə bu şərtlərlə icazə veriləcək — AÇIQLAMA
29 İyul 2020 Postdan geri qaytarılan maşınların sayı açıqlandı
29 İyul 2020 “Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar
29 İyul 2020 Yeni ilə qədər bizi nə gözləyir? — İnfeksionist CAVAB VERDİ