Son xəbərlər

 
Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır   - FOTO

Ölkədə pandemiya yayılandan sonra avtomobil bazarında da ciddi dəyişikliklər baş verib. Bunun bariz nümunəsi paytaxtda fəaliyyət göstərən maşın bazarlarının bağlanmasıdır. Digər tərəfdən, ölkəyə xaricdən avtomobil gətirilməsində də problemlər yaşanır. İnsanların maddi vəziyyətlərinin geriləməsi və evdən çıxmalarının məhdudlaşdırılması da avtomobil satışına təsir etməyə bilməz.

Avtomobil bazarı üzrə ekspert Elməddin Muradlı “Report”a verdiyi açıqlamada bunları təsdiq edib:  “Avtomobil bazarında həddən artıq zəifləmə var. Paytaxtda bazarlar bağlıdır. Sərt karantin rejimi tətbiq edilməyən bölgələrdə bazarlar açıq ola bilər. Amma o ərazilərdə də qiymət artımı var. Alıcılıq qabiliyyəti aşağı olduğuna görə internet resurslarında avtomobil qiymətlərinin ucuzlaşdığını görürük. Hətta yeni avtomobil bazarında xeyli ucuzlaşma var. Ən tanınmış modellərin qiymətində ilin əvvəlindən bu günə qədər 10-15 min civarında qiymət azalması müşahidə edilir. Bu gün internet resurslarında daha çox avtomobil satışa çıxarıldığını görürük. Xüsusən iri həcmli, daha çox yanacaq sərfiyyatı olan avtomobillərin satışa çıxarıldığı müşahidə olunur. Bəzi avtomobillər də var ki, aylardır internetdə satışa çıxarılsa da, alan yoxdur. Avtomobil alqı-satqısı edən insanlarla söhbət zamanı da bunu eşidirik. Onlar da etiraf edirlər ki, alıcılıq qabiliyyəti xeyli aşağıdır. Məsələn, yanvar ayında 15 minə satışa qoyulan avtomobilin qiyməti hər həftə və ya hər ay 500-1000 manat ucuzlaşaraq bu gün gəlib 10-11 min manata çatıb. Bəzən insanlar təcili maşınını satmaq istəyir. Belə halda isə avtomobil bazarında dəllallar işə düşür. Onlar insanların inamından sui-istifadə edib vəziyyətin daha da pisləşəcəyini deyir və avtomobili daha ucuz qiymətə alırlar”.

Ekspert avtomobil satışı adı ilə insanları aldadan dələduzlardan da söz açıb: “Paralel olaraq avtomobil bazarında dələduzlar peyda olub. Bölgələrdə avtomobil şəkillərini internet resurslarında yerləşdirirlər və ucuz qiymətə satışa çıxardıqlarını qeyd edirlər. 10 min manata təqdim olunan avtomobili onlar 6-7 min manata “əlimyandı” adı ilə satışa çıxarırlar. İnsanlarla ünsiyyət qururlar və avtomobili Bakıya gətirmək bəhanəsi ilə müəyyən məbləğdə pul tələb edirlər. Məsələn, deyirlər ki, postdan keçərkən və ya benzin vurmaq üçün pul tələb olunur və insanlardan onların kartına 100-200 manat pul yükləmələrini istəyirlər ki, guya maşını Bakıya gətirsinlər. İnsanlar da arxayın olub həmin pulu yükləyir ki, ucuz qiymətə əla vəziyyətdə avtomobil alsın. Lakin pulu göndərdikdən sonra həmin adama zəng çatmır. Bu cür insanlara aldanmaq olmaz”. 

19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi