Son xəbərlər

 
Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır. Azərbaycanda iyunun 1-də 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.

Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.

Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.

Əliyev vurğulayıb ki, virus çoxdur və yayılmaqda davam edir: “Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var”.

Bəs ölüm halları niyə son zamanlar bu qədər artıqdır?

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm “Yeni Müsavat”a bildirib ki, son dərəcə ciddi bir durumdur və insanlar deyilənlərə əməl etməlidirlər:

“Mən 15 gün müddətində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oldum. Həmin müddət də, indi də diqqət edirdim ki, insanlar koronavirusa məhəl qoymurlar. Hətta testi pozitiv çıxanlar həkimlərlə dava edirdilər ki, bizi bura nə üçün gətirmisiniz? Yəni adamlar başa düşmürdülər ki, vəziyyətləri ağır olmasa belə, onlar ətrafdakılar üçün təhlükədir və virusu yayırlar. Deyim ki, indiyə qədər Azərbaycanda ölən xəstələrin hamısı ikinci xəstəliklərindən dünyalarını dəyişiblər.

Yəni sağlam adam koronavirus tutub deyə vəfat etməyib. Sadəcə olaraq, koronavirus infeksiyası xəstənin əsas xəstəliyini sürətləndirir. İnsan əgər 1 ilə öləcəkdirsə, 2 aya dünyasını dəyişir. Buna görə də dəfələrlə dövlətlər bəyan ediblər ki, xüsusilə də yaşlı insanlar deyilənlərə əməl etsinlər. Təbii ki, gənclər və uşaqlar da qorunmalıdır. Çünki onlar daşıyıcı olub, xəstəliyi daha yaşlılara, digər xəstəliyi olanlara keçirə bilərlər. Bununla da həmin insanların həyatlarına son qoymuş olurlar”.

Həkim qeyd edib ki, xəstə sayı artdıqca vəziyyət ciddiləşir: “Reanimasiyalarda yer tapılmır. Bunun özü ciddi haldır. Əgər artım tempi bu cür davam edərsə, o zaman xəstələri saxlamağa yer olmayacaq. Sosial məsafə saxlayıb, əlləri dezinfeksiya etmək lazımdır. Daha nə olmalıdır ki, insanlar buna inansınlar? Dünyada vaksin tapılmasa da, koronavirusu müalicə üsulları mövcuddur. Ümumiyyətlə, vaksin sağaltmaq üçün yox, xəstəliyin qarşısını almaq üçündür.

Bu gün müxtəlif dərmanlardan istifadə edilir və hər gün açıqlanan rəqəmlər də realdır. Bildirilir ki, məsələn, 100 xəstə sağalaraq, evə buraxılıb. Bu, həqiqətən də belədir. Plazma üsulu ilə müalicədən də istifadə edilir. Yəni sağalan xəstələrin qanından istifadə edilərək, vəziyyəti ağır olanlar müalicə edilir. Ancaq təəssüf ki, sağalan xəstələr plazma üçün müraciət etmirlər. Onların əksəriyyəti digər xəstələrin sağalmasına yardım göstərmirlər. Bu da məyusedici haldır”. /yenimusavat

19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi