Son xəbərlər

 
Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır. Azərbaycanda iyunun 1-də 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.

Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: “Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.

Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: “COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.

Əliyev vurğulayıb ki, virus çoxdur və yayılmaqda davam edir: “Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var”.

Bəs ölüm halları niyə son zamanlar bu qədər artıqdır?

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm “Yeni Müsavat”a bildirib ki, son dərəcə ciddi bir durumdur və insanlar deyilənlərə əməl etməlidirlər:

“Mən 15 gün müddətində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oldum. Həmin müddət də, indi də diqqət edirdim ki, insanlar koronavirusa məhəl qoymurlar. Hətta testi pozitiv çıxanlar həkimlərlə dava edirdilər ki, bizi bura nə üçün gətirmisiniz? Yəni adamlar başa düşmürdülər ki, vəziyyətləri ağır olmasa belə, onlar ətrafdakılar üçün təhlükədir və virusu yayırlar. Deyim ki, indiyə qədər Azərbaycanda ölən xəstələrin hamısı ikinci xəstəliklərindən dünyalarını dəyişiblər.

Yəni sağlam adam koronavirus tutub deyə vəfat etməyib. Sadəcə olaraq, koronavirus infeksiyası xəstənin əsas xəstəliyini sürətləndirir. İnsan əgər 1 ilə öləcəkdirsə, 2 aya dünyasını dəyişir. Buna görə də dəfələrlə dövlətlər bəyan ediblər ki, xüsusilə də yaşlı insanlar deyilənlərə əməl etsinlər. Təbii ki, gənclər və uşaqlar da qorunmalıdır. Çünki onlar daşıyıcı olub, xəstəliyi daha yaşlılara, digər xəstəliyi olanlara keçirə bilərlər. Bununla da həmin insanların həyatlarına son qoymuş olurlar”.

Həkim qeyd edib ki, xəstə sayı artdıqca vəziyyət ciddiləşir: “Reanimasiyalarda yer tapılmır. Bunun özü ciddi haldır. Əgər artım tempi bu cür davam edərsə, o zaman xəstələri saxlamağa yer olmayacaq. Sosial məsafə saxlayıb, əlləri dezinfeksiya etmək lazımdır. Daha nə olmalıdır ki, insanlar buna inansınlar? Dünyada vaksin tapılmasa da, koronavirusu müalicə üsulları mövcuddur. Ümumiyyətlə, vaksin sağaltmaq üçün yox, xəstəliyin qarşısını almaq üçündür.

Bu gün müxtəlif dərmanlardan istifadə edilir və hər gün açıqlanan rəqəmlər də realdır. Bildirilir ki, məsələn, 100 xəstə sağalaraq, evə buraxılıb. Bu, həqiqətən də belədir. Plazma üsulu ilə müalicədən də istifadə edilir. Yəni sağalan xəstələrin qanından istifadə edilərək, vəziyyəti ağır olanlar müalicə edilir. Ancaq təəssüf ki, sağalan xəstələr plazma üçün müraciət etmirlər. Onların əksəriyyəti digər xəstələrin sağalmasına yardım göstərmirlər. Bu da məyusedici haldır”. /yenimusavat

14 İyul 2020 Nazir müavini: “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” — SON DƏQİQƏ
14 İyul 2020 Bu şəxslər növbəti imtahanlarda iştirak etməyəcək — DİM-dən yeni qərar
14 İyul 2020 Qızğın döyüşlərin getdiyi Ağdam kəndindən — VİDEOREPORTAJ
14 İyul 2020 Quba-Xınalıq yolu açıldı- Foto
14 İyul 2020 İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
13 İyul 2020 Quba-Xınalıq yolu bağlandı — RƏSMİ
13 İyul 2020 “6 aylıq oğlunu heç 15 gün qucağına ala bilmədi” - Video
13 İyul 2020 Dərman bazarında nə baş verir? — “Bu, özbaşınalığı daha da artırır”
11 İyul 2020 Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər — Dezinfeksiyanın riskləri
11 İyul 2020 Daha bir vəzifəli şəxs işşdən çıxarıldı
10 İyul 2020 Azərbaycanda növbəti qadağa QÜVVƏYƏ MİNİR — Bu gecədən LƏĞV EDİLİR
10 İyul 2020 Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz — SƏBƏB AÇIQLANDI
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 KATV-nin interneti niyə çökdü? – Şirkətdən AÇIQLAMA
10 İyul 2020 Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər – AÇIQLAMA
10 İyul 2020 “Virus əvvəlki kimi aqressiv deyil” – Koronavirus xəstələrini evdə müalicə edən həkim
10 İyul 2020 Postlar ləğv edilməmişdi ki, bərpa da oluna – Vaqif Əsədov
10 İyul 2020 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı
10 İyul 2020 Hansı koronavirus xəstələri xəstəxanaya aparılır? – Nazirlikdən açıqlama
10 İyul 2020 DİQQƏT! Bakıda karantin postları yenidən quruldu
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
10 İyul 2020 Dayanacaqlarda ödəniş terminalları problemi hələ də həllini tapmayıb — VİDEO
09 İyul 2020 İlham Əliyevin bu gün açılışını etdiyi yarımstansiyanın görüntüləri — VİDEO
09 İyul 2020 2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...
09 İyul 2020 Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
09 İyul 2020 Koronavirus xəstələri ən az və ən çox olan RAYONLAR – SİYAHI
09 İyul 2020 TƏBİB-dən 5 min manatlıq koronavirus dərmanı ilə bağlı – AÇIQLAMA
09 İyul 2020 Koronavirus havada qalır? – RƏSMİ CAVAB
09 İyul 2020 “Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər” – Baş infeksionistdən AÇIQLAMA
09 İyul 2020 50 manatlıq koronavirus dərmanı 5000-ə satılır? – İDDİA