Azərbaycanda YENİLİKAzərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrasına start verib.

AMFA-dan “Ölkə.Az”a verilən məlumata görə, layihənin əsas məqsədi COVID-19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq, gəlir mənbələrinin yaradılmasında və koronavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 25 nəfərdən artıq qadının COVID-19-la mübarizədə vacib qorunma tədbirləri haqqında biliklərinin, biznes bacarıqlarının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Layihədə iştirak edən qadınlara Naxçıvan MR-da biznes fəaliyyətinə başlamaq üçün 525 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 1-ci (Yoxsulluğa son), 2-ci (Aclığa son), 3-cü (Yaxşı səhiyyə və rifah), 5-ci (Gender bərabərliyi) və 8-ci (Layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi
07 Mart 2024 FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət