Son xəbərlər

 
Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR
Prezident İlham Əliyevin koronavirus böhranının iqtisadiyyatımıza mənfi təsirinin azaldılması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-a məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ilk olaraq pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrupunun öz təkliflərini müvafiq qaydada təqdim etməsi gözlənilir.

Vüsal Qasımlının sözlərinə görə, artıq pandemiyadan zərər çəkən sektorlar ilkin olaraq müəyyənləşdirilib, eyni zamanda, bu sahələrdə olan sahibkarların siyahısı üçün meyarlar üzərində iş gedir. Turizm, ictimai iaşə, ticarət, nəqliyyat və s. sahələr də daxil olmaqla 12 sektor ilkin olaraq müəyyənləşdirilib. Bu zaman obyektiv təhlillər və sahibkarların rəyləri əsas götürülüb. Qlobal şokların təsiri altında sahibkarların üzləşdikləri çətinliklər, o cümlədən, vergi, gömrük, icarə, kredit və s. sahələrdə dəstək mexanizmləri müzakirə olunur.

Vurğulanıb ki, qlobal iqtisadiyyat pandemiyanın təsiri altında resessiyaya daxil olub və böhranın nə zaman bitəcəyi dəqiq bilinmir. Buna görə də Azərbaycan biznesinə dəstək tədbirləri təkcə qısamüddətli dönəmi deyil, həm də ortamüddətli dövrü əhatə edəcək. Ölkə iqtisadiyyatı qısamüddətli dönəmdə dayanıqlılığını saxlamaqla yanaşı, ortamüddətli dönəmdə - post-koronavirus dövründə davamlı inkişafını təmin etməlidir. Qlobal şokların mənfi təsirinə baxmayaraq, neft kimyası, qaz kimyası, aqrar sektor, informasiya və rabitə xidmətləri ilin əvvəlindən ikirəqəmli artım tempi göstəriblər. Bu ildən ölkədə təbii qaz hasilatı da sürətlə artmağa başlayacaq. Bütün bu sahələr multiplikativ effekt yaradaraq dəyər zənciri üzrə digər sahələrin inkişafını şərtləndirə bilər. Beləliklə, resessiyaya daxil olan sahələrlə yanaşı, ayaqda dayanan sektorlarımızın hesabına iqtisadi artımın kəskin düşməsinin qarşısını almaq olacaq.

Qeyd edilib ki, pandemiyadan zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək. Zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər. Eyni zamanda, məşğulluq tədbirləri həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək: “Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəni neftin hər barel üçün 30 dollardan aşağı qiyməti şəraitində, başqa sözlə, büdcədə nəzərdə tutulan proqnozdan iki dəfə aşağı qiymət səviyyəsində aparır. Belə şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması hökumətin diqqət mərkəzindədir. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılan İşçi Qrupu iki ay müddətində bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirləri qiymətləndirəcək. Bunun əsasında manatın sabitliyi və inflyasiyanın nəzarətdə saxlanılması üçün əlavə tədbirlər görüləcək. Dünya iqtisadiyyatı ilk dəfə olaraq bu qədər dərin resessiya və pandemiya ilə eyni vaxtda qarşılaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı bu sınaqdan uğurla çıxıb rəqabət qabiliyyətini artırmaq əzmindədir. Bunun üçün dövlət-biznes-əhali həmrəyliyi vacibdir”.

05 İyun 2020 Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
05 İyun 2020 Elektrik qatarları iki gün işləməyəcək
05 İyun 2020 Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
05 İyun 2020 İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
05 İyun 2020 Bakıda avtobusla sərnişindaşıma tam dayandırılır
05 İyun 2020 Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
05 İyun 2020 Təhsil nazirindən ƏMR — Yeni şura yaradıldı
05 İyun 2020 Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
05 İyun 2020 Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? — VİDEO
04 İyun 2020 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi — SƏRƏNCAM
04 İyun 2020 Həftəsonu bu şəhərlərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib — SON DƏQİQƏ
04 İyun 2020 Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi — RƏSMİ
04 İyun 2020 Azərbaycanda növbədə gözləmə qaydaları AÇIQLANDI
04 İyun 2020 Parklanmalara görə heç kimə pul verməyin — Sürücülərin DİQQƏTİNƏ!
04 İyun 2020 Sabahdan bu şəhərlərdə iş saatı dəyişir — Baş Nazir qərar verdi
04 İyun 2020 Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK — RƏSMİ AÇIQLAMA - FOTO
04 İyun 2020 Azərbaycanda beş yeni lisey yaradıldı — RƏSMİ
04 İyun 2020 İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib — RƏSMİ
04 İyun 2020 Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
04 İyun 2020 İstirahət olmayacaq, rayonlara gediş isə... — VİDEO
04 İyun 2020 Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
03 İyun 2020 Rayonlara gediş-gəlişin bərpası ilə bağlı — MÜHÜM AÇIQLAMA
03 İyun 2020 Bu şəxslərin İŞ SAATLARI QISALDILIR — Operativ Qərargah AÇIQLADI
03 İyun 2020 Mediaya da məhdudiyyət qoyulacaq — RƏSMİ
03 İyun 2020 Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
03 İyun 2020 Azərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır — SON DƏQİQƏ!
03 İyun 2020 Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər – İyul ayında…
03 İyun 2020 “Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxılmazı
03 İyun 2020 Azərbaycanda əməkdaşlarında koronavirus aşkarlanan iş yerlərinin SİYAHISI
03 İyun 2020 “Jurnalistlər binasından evlər bu şəkildə verilə bilər” – Qaydalar TƏKLİF OLUNDU