Son xəbərlər

 
Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyi xəbər verir ki, Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

"Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

10 İyul 2020 Dayanacaqlarda ödəniş terminalları problemi hələ də həllini tapmayıb — VİDEO
09 İyul 2020 İlham Əliyevin bu gün açılışını etdiyi yarımstansiyanın görüntüləri — VİDEO
09 İyul 2020 2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...
09 İyul 2020 Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
09 İyul 2020 Koronavirus xəstələri ən az və ən çox olan RAYONLAR – SİYAHI
09 İyul 2020 TƏBİB-dən 5 min manatlıq koronavirus dərmanı ilə bağlı – AÇIQLAMA
09 İyul 2020 Koronavirus havada qalır? – RƏSMİ CAVAB
09 İyul 2020 “Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər” – Baş infeksionistdən AÇIQLAMA
09 İyul 2020 50 manatlıq koronavirus dərmanı 5000-ə satılır? – İDDİA
09 İyul 2020 Sağalan COVID xəstələrinə arayış bu qaydada verilir – RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə – Bu yolla cərimələnəcəksiniz – VİDEO
09 İyul 2020 Sərnişinlərin nəzərinə!
08 İyul 2020 Sənədsiz evlər dövlət təhlükəsizliyinə problemdir - Günahkarlar nə vaxt cavab verəcəklər
08 İyul 2020 “Leyla Medical Center”-də sağlam şəxsin koronavirus testi pozitiv çıxdı - GİLEY
08 İyul 2020 “Tək günlərdə dərslərə 1, 3, 5, 7, 9, 11-ci sinif, cüt günlərdə isə 2, 4, 6, 8, 10-cu sinif şagirdləri gəlməlidirlər” - ÇIXIŞ YOLU
08 İyul 2020 Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün — VİDEOREPORTAJ
08 İyul 2020 Bakının bu ərazisində suyun verilməsində məhdudiyyət olacaq
08 İyul 2020 Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? — RƏSMİ
08 İyul 2020 Azərbaycanın Baş epidemioloqu istefa verdi
08 İyul 2020 Dünən karantini pozan 1874 nəfər cərimələnib
08 İyul 2020 “Sağalmışam, sevinə-sevinə evimə gedirəm” - Video
08 İyul 2020 Tanınmış həkimdən koronavirusla bağlı tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…
08 İyul 2020 Bir gənc müəllimə yardımçı OLAQ
08 İyul 2020 Evdə oturan şəxs 200 manat cərimə olundu – Bakı-Quba yolunda – FOTOLAR
07 İyul 2020 ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi
07 İyul 2020 Koronavirusa görə min nəfərə yaxın məhkum şərti AZADLIĞA BURAXILDI
07 İyul 2020 Paytaxt polisi koronavirusla mübarizədə - FOTOLAR
07 İyul 2020 Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır - FOTO
07 İyul 2020 İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? — FOTO