Son xəbərlər

 
Kredit borclarının aqibəti necə olacaq?
Kredit müqavilələrinin ödəmə vaxtı ilə bağlı üç aylıq güzəşt olunması təklif edilir. Bunu bütün dünya edir.

Bu məsələ Azərbaycanda reallaşacaqmı və belə olarsa, sözügedən təklif necə tənzimlənəcək? 

Baku.tv xəbər verir ki, dünyada koronavirusla əlaqədar investisiya maliyyə təşkilatları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar vətəndaşlara güzəştlər tətbiq edir. 

İqtisadçı, millət vəkili Vüqar Bayramov deyib ki, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı üç aylıq güzəştlərin edilməsi təklif edilir.  

Millət vəkilinin sözlərinə görə, ödənişlərdə üç aylıq güzəştin tətbiqi imkan verəcək ki, özəl sektorda çalışan və koronavirusa qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərin mənfi təsir etdiyi sektorlarda işləyən vətəndaşlarımızın kredit ödənişlərinin qrafikinə dəyişikliklər edilsin: 

“Yəni, üç ay müddətində kredit ödənişlərini edə bilməyən şəxslər bununla bağlı cərimə olunmasınlar. Xüsusən, özəl sektorda çalışan vətəndaşlarımızın ödəmə qabiliyyətində azalmalar var.

Nəzərə alsaq ki, ölkəmizdə kommersiya bank sektorunda iki bank istisna olmaqla digərləri özəl banklardır, o zaman dövlət bu istiqamətdə birbaşa müdaxilə edə bilmir”.  

Millət vəkili bildirib ki, bu sahədə də banklara dövlət tərəfindən dəstək verilməlidir.

19 Sentyabr 2020 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
19 Sentyabr 2020 MTN polkovnikinin həbs müddəti uzadıldı
18 Sentyabr 2020 Ruslan Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
17 Sentyabr 2020 Mir Şahindən Tofiq Yaqublu ilə bağlı tələb
17 Sentyabr 2020 Qəbələyə çəkilən dəmir yolu xətti nə vaxt istismara veriləcək?
17 Sentyabr 2020 Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
17 Sentyabr 2020 Əli Həsənova məxsus bina boşaldılır
16 Sentyabr 2020 Bakıda 6 aylıq körpə koronavirusdan ölüb? - Açıqlama
15 Sentyabr 2020 Temperatur 6 dərəcə aşağı düşəcək - Xəbərdarlıq
15 Sentyabr 2020 Bələdiyyə sədri barəsində cinayət işi başlandı
14 Sentyabr 2020 Metroda daha iki qatar xəttə buraxıldı
14 Sentyabr 2020 Lukaşenko Rusiyaya getdi
14 Sentyabr 2020 Kolleclərə ixtisas seçimi başa çatdı
14 Sentyabr 2020 Bakı metrosundan istifadə - Qaydaları
14 Sentyabr 2020 Metro həftəsonları işləməyəcək
11 Sentyabr 2020 Sentyabrın 14-dən metro açılır - Rəsmi açıqlama
07 Sentyabr 2020 Qubada dağlıq ərazidə yanğın var
07 Sentyabr 2020 Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
07 Sentyabr 2020 Ən ucuz kirayə evlər Bakının bu ərazisindədir - Video
03 Sentyabr 2020 Bağlı qapı arxasında qalan 3 azyaşlı xilas edildi
03 Sentyabr 2020 Nəticələrlə bağlı ərizə qəbuluna başlanıldı
31 Avqust 2020 DİM elan verdi
30 Avqust 2020 Şirvanda yataqxanada yanğın, iki uşaq tüstüdən zəhərlənib öldü
27 Avqust 2020 Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan 600 şagird yerlik Arbatan kənd tam orta məktəbi. Təmir işləri davam edir
27 Avqust 2020 Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama
24 Avqust 2020 Əlilliyi olan şəxslərlə tanınmış müğənnilər eyni layihədə
24 Avqust 2020 Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
21 Avqust 2020 Ölkəmizdə 21 ana hamiləlik və doğuş zamanı öldü
20 Avqust 2020 Türkiyədə COVID-19-a qarşı eyni anda 13 vaksin hazırlanır
19 Avqust 2020 Neçə şagirdlə müəllimin kompüteri yoxdur?