Son xəbərlər

 
Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

Ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2 000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1 200-dək minik avtomobillərinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranamsına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

30 Mart 2020 Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər — SON DƏQİQƏ
30 Mart 2020 SON DƏQİQƏ! Rəsmən açıqlandı — Bu şəxslərə də pul veriləcək
30 Mart 2020 Bakıda xüsusi karantin rejimi — Parklar bağlı, küçələr boş... - VİDEO
30 Mart 2020 Karantin dövründə hansı obyektlər işləyəcək? — DİN-dən vacib açıqlama
28 Mart 2020 İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
28 Mart 2020 “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA
27 Mart 2020 Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir — SON DƏQİQƏ
27 Mart 2020 BNA-dan xəbərdarlıq — “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”
27 Mart 2020 Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR — Hökumət hərəkətə keçir
27 Mart 2020 Bu gündən Gədəbəyə də giriş dayandırıldı
27 Mart 2020 Diqqət! Bakı polisi bu gündən cərimələrə başladı
27 Mart 2020 Digər rayonlara da giriş-çıxış bağlandı — VİDEO
26 Mart 2020 Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
26 Mart 2020 Bakıda parklar dezinfeksiya edilir — FOTO
26 Mart 2020 Maska və spirt qıtlığı ilə bağlı — RƏSMİ AÇIQLAMA
26 Mart 2020 Əhalinin nəzərinə! Su ilə bağlı yeni qanun qəbul ediləcək
26 Mart 2020 Bakıda restoranlar karantin rejminə əməl edir? — VİDEO
26 Mart 2020 Bulvar belə yuyuldu — FOTO
25 Mart 2020 Azərbaycanda tətilin müddəti uzadıldı
25 Mart 2020 Kredit borclarının aqibəti necə olacaq? — VİDEO
25 Mart 2020 Günəş şüaları KORONAVİRUSU məhv edə bilərmi? – Tanınmış həkim SİRLƏRİ AÇDI
25 Mart 2020 Yaşı 65-dən yuxarı tənhalara evlərində sosial xidmətlərə başlanıldı
25 Mart 2020 Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı
25 Mart 2020 Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı
25 Mart 2020 İşıq və qaz limiti ilə bağlı əhalini sevindirəcək TƏKLİF
25 Mart 2020 Uşaqlara görə verilən müavinət artırılacaq - ŞAD XƏBƏR
25 Mart 2020 Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək
25 Mart 2020 Yas mərasimlərində çay, yemək vermək qadağan olundu — Yeni qaydalar - VİDEO
24 Mart 2020 Dərslər nə vaxt başlayır, ali məktəblərə qəbul necə olacaq? — EKSPERT AÇIQLADI
24 Mart 2020 Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA