Son xəbərlər

 
Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək

Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.
İşçi qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bır sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir. 
Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. 
İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.
Videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət vardır. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.
Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.
Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək. 
İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək. 
İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.
Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.

03 İyun 2020 “Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxılmazı
03 İyun 2020 Azərbaycanda əməkdaşlarında koronavirus aşkarlanan iş yerlərinin SİYAHISI
03 İyun 2020 “Jurnalistlər binasından evlər bu şəkildə verilə bilər” – Qaydalar TƏKLİF OLUNDU
03 İyun 2020 Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
03 İyun 2020 Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir
03 İyun 2020 Maska taxılması tələb olunan yerlərin — SİYAHISI
03 İyun 2020 Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ — VİDEO
02 İyun 2020 DİN bu dəqiqələrdə AÇIQLAMA YAYDI: Sabahdan etibarən... — ƏHALİNİN DİQQƏTİNƏ!
02 İyun 2020 Nazirlikdən kütləvi ixtisarlarla bağlı — RƏSMİ AÇIQLAMA
02 İyun 2020 Deputat uşaq evlərini TƏNQİD ETDİ
02 İyun 2020 İyunda 190 manat veriləcək? — RƏSMİ
02 İyun 2020 Azərbaycanda daha bir qadağa ləğv olundu
02 İyun 2020 Orta məktəblərdə hərbi dərsləri bərpa edilsin — Deputatdan TƏKLİF
02 İyun 2020 ƏHALİYƏ XƏBƏRDARLIQ: Karantin qaydaları yenidən sərtləşdirilə bilər — VİDEO
02 İyun 2020 İcra başçısı bacanağını özünə köməkçi təyin etdi
02 İyun 2020 Bu ölkə Azərbaycanla sərhəddini açdı
02 İyun 2020 Bu ay 10 gün qeyri-iş günü var
02 İyun 2020 “Mall”lar açıldı, amma satıcılar narazıdır — VİDEO
02 İyun 2020 SƏRT KARANTİN QAYIDIR — Səhiyyə Nazirliyi açıqlama yaydı + VİDEO
01 İyun 2020 Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq
01 İyun 2020 Bu rayonun prokuroru vəzifəsindən azad edildi — TƏYİNATLAR VAR
01 İyun 2020 Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay…
01 İyun 2020 Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər — Koronavirusa görə - FOTO
01 İyun 2020 Qəzalı vəziyyətdə olan binaların sakinlərinə — ŞAD XƏBƏR
01 İyun 2020 Azərbaycanda YENİLİK — Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək
01 İyun 2020 Etibarnamə ilə avtomobil idarə etmək ləğv edilir? — Aktuallığını itirib
01 İyun 2020 “Ekologiya postu” sökülür — FOTO
01 İyun 2020 Zərdabda bələdiyyə sədri otlaq yerlərini satıb?
01 İyun 2020 “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb” — Deputatdan şok açıqlamalar
01 İyun 2020 Bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcək — FOTO