“Kirayə evlər” və “Sosial evlər” varlıların əmlak yatırımına çevrilir Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.
Dia.az xəbər verir ki, dəfələrlə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) “Sosial ev”lərindən mənzil almaq istəyən Azərbaycan Elmlər Akademiyasının elmi işçisi Əpoş Vəliyev Bizimyol.info-ya bildirib ki, “Kirayə evlər” layihəsi ümidləri doğrultmadı.

“İki il əvvəl mənzil sahibi olmaq üçün MİDA-ya müraicət etdim. Həmin mənzillər aztəminatlı və imkansız ailələrin büdcəsinə uyğun formada təqdim edilsə də, sonradan şərtlərə əlavələr edildi. Müraciət edən şəxslərə həmin mənzillərin kvadratı maya dəyərindən bir neçə dəfə baha təqdim edildi və bununla da “güzəştli ev” sözündən əsər-əlamət qalmadı.

Üstəlik də satış zamanı xakerlərin və proqramistlərin müdaxiləsinin qarşısı alına bilmədi. “Güzəştli mənzil”lər mənzilə ehtiyacı olmayanların əmlak yatırımına çevrildi. MİDA-dan ümidimizi kəsəndən sonra “Kirayə evlər”i gözlədik. Amma çox təəssüflər olsun ki, bu evlərin şərtləri də elə ağırdır ki, aztəminatlı, imkansız ailələr çıxılmaz duruma düşüb. Əslində həmin evlərin kirayə qimətləri mənzil bazarından aşağı olmalı idi ki kirayədə yaşayanları cəlb etməliydi. Amma “Kirayə evlər”in şərti və qiyməti elə bahadır ki, imkansız və aztəminatlı ailələr üçün bu evlər də əlçatmazdır.

Kirayə mənzilin aylıq ödənişi 300 manatdan baha olmamalıdır. Çünki 300 manatdan baha olan halda aztəminatlı, imkansız ailələr bu imkandan yararlana bilməyəcək. Bir sözlə bu gedişlə imkansız, aztəminatlı ailələr kirayədə sürünməkdə davam edəcək”,-deyə Ə.Vəliyev bildirib.

Elmi işçi vurğulayıb ki, “Kirayə evlər”in qiymətlərinin real kirayə mənzil bazarındakı qiymətlərə uyğun olacağı deyilmişdi: “Amma mətbuatda səsləndirilən rəqəmlər real kirayə mənzil bazarındakı qiymətlərdən az qala iki dəfə çoxdur. Bu rəqəm hal-hazırda kirayə mənzildə yaşayanların büdcəsinə uyğun deyil. Ümid edirəm ki, həmin evlərin aylıq ödənişi yenidən nəzərdən keçiriləcək və real kirayə mənzil bazarındakı qiymətlərdən aşağı qiymətə təklif olunacaq”.
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi
07 Mart 2024 FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət
07 Mart 2024 Terrorçuluğu maliyyələşdirən azərbaycanlı həbs olundu
07 Mart 2024 Ramazan ayının təqvimi - Foto
06 Mart 2024 Azərbaycanda gəmi istifadəçisi cərimələndi - Video