Son xəbərlər

 
Yağ adı altında yediyimiz kimyəvi qatqılarMarketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?

"Ölkə.Az" xəbər verir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB sədri: "Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad istehlakçılar birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən".

Sakin: "1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil".

İsa Əliyev - Qida mühəndisi: "Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil.  Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır".

Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.

Eyyub Hüseynov - AİB sədri: "2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur".

İsa Əliyev - Qida mühəndisi:  "Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam".

Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır...

22 Yanvar 2020 Xəyalə Əhmədova Qayalı kəndində seçicilər ilə görüşdü - Video
22 Yanvar 2020 “Son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar. Əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar”. “Sputnik Türkiyə” bildirir ki, bunu UDOFED ( Beynəlxalq Dönər Fed
22 Yanvar 2020 “Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
22 Yanvar 2020 Kirayə evlərin qeydiyyatına yarım saat qalsa da, sayt çökdü - Foto
22 Yanvar 2020 Ölkəmizdə nə qədər işsiz var? – Rəsmi
21 Yanvar 2020 Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşdü - FOTO
21 Yanvar 2020 Kirayə yolla mənzil almaq istəyənlər belə müraciət etməlidir – İZAHLI TƏLİMAT
21 Yanvar 2020 Bakı polisi xəbərdarlıq etdi: “Əmin olsunlar ki, geci-tezi var!”
21 Yanvar 2020 Əhalinin nəzərinə! Bu xəstəxanalar pulsuz oldu – SİYAHI
21 Yanvar 2020 Son bir ildə Azərbaycan əhalisi kasıblayıb, yoxsa varlanıb? – RƏSMİ RƏQƏMLƏR
21 Yanvar 2020 Bir şillə ilə dünyamız dağılmaz, bəlkə də xilas olar…
21 Yanvar 2020 Qaz sayğacları ilə bağlı əhaliyə — VACİB XƏBƏRDARLIQ
20 Yanvar 2020 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
18 Yanvar 2020 Prezidentin tapşırığı ilə bu şəxslərə 1500 mənzil və fərdi ev veriləcək
18 Yanvar 2020 Əhaliyə ŞAD XƏBƏR: Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandı
17 Yanvar 2020 Yanvarın 20-də Bakıda bu yollar bağlanacaq — SİYAHI
17 Yanvar 2020 Azərbaycanda dönər satışına nəzarət edəcək qurum yaradılır
17 Yanvar 2020 Dövlət bu hallarda vətəndaşa 210 AZN pul ödəyir – ŞƏRTLƏR
17 Yanvar 2020 Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür
17 Yanvar 2020 Baş Nazirdən Şəhid ailələri və Qarabağ əlillərin ilə bağlı Sərəncam
17 Yanvar 2020 Bərdə rayonuna yeni prokuror təyin edildi
16 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! – FOTO
16 Yanvar 2020 Deputatlığa namizədlərə verilən güzəştlər: təyyarə, qatar və avtobusdan pulsuz istifadə…
16 Yanvar 2020 Ölkədə internetin zəif olmasının SƏBƏBLƏRİ AÇIQLANDI
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI — Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ
16 Yanvar 2020 “Qanköçürmə”nin direktoru işdən çıxarıldı — Kütləvi İXTİSARLAR
16 Yanvar 2020 Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub — VİDEO
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR – Yanvar ayının ödənişləri bu gün veriləcək
15 Yanvar 2020 Bakı-Sumqayıt yolundakı tıxacın qarşısı bu yollarla alınacaq — RƏSMİ