Kənd Təsərrüfatı nazirliyi ilə Eldar Mahmudovu bağlayan nədir? -VideoAzərbaycan xalqı dünyanın ən xoşbəxt insanlarındandır ki, Allah-Təala ona yeraltı və yerüstü sərvətlərlə dolu məkan nəsib edib. Lakin belə bir deyim də var ki, “Allah hər xoşbəxtliyi bir yerdə vermir”. Bunca əlverişli iqlimi, zəngin sərvətləri olan dövlətimizin sərvətinə göz dikən nankor övladlar isə yəqin ki, millətin xoşbəxtliyinin kəffarəsidir. Biz bu yazımızla kimlərin bu millət üçün kim olduqlarını birbaşa ictimaiyyətə çatdırmaq istəyirik.

Yaxın tarixlərdə bütün ölkə ictimaiyyəti,Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin “qoçularının” Qarabağ qazilərini vəhşicəsinə döyüb, əl-ayaqlarını sındırdığını ürək ağrısı ilə izlədi. Qaziləri döydürən Rövnəq Abdullayevin hesaba gəlməyən var-dövlətləri yəqin ki, valideynlərinin müəllimlik məvacibi ilə əldə edilməyib. Deyilənlərə inansaq, iki milyonluq saatın da sahibi məhz “SOCAR” prezidentinin oğluna məxsus olduğu deyilirdi.

Ölkəmizin bərəkətli torpaqları tarixin hər mərhələsində əkinçilik sahəsi ilə məşğul olan insanları təəccübləndirir. İlin dörd fəsli üçün məhsul yetişdirmək imkanlarına sahib olan Azərbaycan coğrafiyasında,ildə bir dəfədə olsun lazımınca yararlanmaq mümkün deyil. Nəticəsi də ölkədə kənd təsərrüfatının düzgün idarə olunmaması ağılasığmaz bahalığa yol açır. Əlbəttə ki, bütün bunlar bizlərin deyil, Müasir Müsavat Partiyasının sədri cənab Hafiz Hacıyevin fikirləridir.

Hafiz Hacıyev bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimovu bacarıqsızlıqda və eyş-işrət düşkünlüyündə təqsirləndirir. Mövsümündə belə kənd təsərrüfatı məhsullarının olduqca baha olması nazirin səriştəsizliyinin acı nəticəsidir.Bütün bunlar işin bir tərəfi.

Acınacaqlısı odur ki, adı gedən nazirlikdə İstehsal Müəssisələri ilə İş şöbəsinin müdiri vəzifəsində oturan Aydəm İsmayılov dövlət əleyhinə qruplaşmanın başında dayanan Eldar Mahmudovun kadrlarındandır. Bu haqda “azfakt”.com və digər xəbər portallarında geniş məlumatlar dərc olunmuşdur.

Aydəm İsmayılov nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunmazdan əvvəl “Azəraqrar” Dövlət İstehsalat Birliyi MMC-nin direktoru vəzifəsində çalışıb. Eyni zamanda Eldar Mahmudovun sağ əli olan və sahibkarlara “divan tutan” Akul Akif”lə şərik olub. Əminik ki,bu haqda müxtəlif mətbuat orqanlarında kifayət qədər yayılan məlumatlar oxucunun yaddaşından silinməyib. Hətta “EuroTikinti” MTK-nın sədri Nəsimi Sadiqov mətbuata verdiyi müsahibələrinin birində bildirir ki: Aydəm İsmayılovun şəriki “Akul Akif” onu çağırıb 3000.000 dollardan baha olan əmlakının qarşılıqsız A.İsmayılovun adına keçirməsini hədə-qorxu ilə tələb edib və nail olublar.

Göründüyü kimi istər müxalifət lideri Hafiz Hacıyevin, istərsə də mətbuatın yayımladığı məlumatlarda bu gün Kənd Təsərrüfatı nazirliyində kimlərin vəzifə tutduğu göz önündədir.

Ölkə Prezidentinə və dövlətə qarşı ayaqlanan qrupun başında dayanmış Eldar Mahmudovun “məktəbini oxumuş” bir məmurdan xalqa nə xeyir gələ bilər? Məgər nazir İnam Kərimov A.İsmayılova belə bir vəzifə həvalə edəndə onun kim olduğunu bilmirdi?. Əlbəttə ki, gözəl bilirdi. Bəs elə isə maraqlarının arxasında dayanan nədir ki, bu qədər çirkab içərisində olan birisini gətirib millətin “ruzi” ağacına çıxardıb? Halbuki, Hafiz Hacıyevin söylədiyi kimi ”Green park” MMC kimi böyük bizneslərə sahib olan A.İsmayılov kifayət qədər təmtəraqlı həyat tərzi yaşayır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət qulluğu statusu daşıyan şəxs bizneslə məşğul ola bilməz. Görünür ki, Azərbaycan Respublikasının qanunları A.İsmayılova aid deyil. Əks halda oturduğu kürsüsündə törətdiyi, əməllərlə xalqı dövlətə qarşı narazı salmağın məsuliyyətini dərk etmiş olardı. Çox təəssüf ki, nazir işçisi haqqında söylənilən bu qədər faktlara etinasız yanaşır. Bir sözlə, məmurun mövqeyini, xalqın mənafeyindən üstün tutur. Necə deyərlər:-”Dəyirman öz işində,çax-çax baş ağrıdır”

Adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq:

“DogruXeber.az”


29 Mart 2024 İlk Qədr gecəsi: Hacı Şahinin dua və moizəsi - Video
28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi