Son xəbərlər

 
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı

Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Milli  Şuranın üzvü, keçmiş deputat Gültəkin  Hacıbəyliyini aralarında keçən şəxsi söhbəti ictimailəşdirməsinə görə qınayıb. “Qafqazinfo” xəbər verir ki, İ. Qəmbərin sözlərinə görə, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan- haqlı ya haqsız, səmimi ya qərəzli şəxslərdən biri Gültəkin Hacıbəylidir:

“İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur. "Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm". Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var. Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə xarici siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda daxili siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız, təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız."

Milli Şuranın üzvü G. Hacıbəyli isə İ. Qəmbərin iradına şəxsi feysbuk səhifəsində münasibət bildirib:  

“Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. Birincisi, mən bu təklifə görə İsə bəyə bir daha təşəkkür edirəm, onu yüksək dəyərləndirirəm, çünki Müsavat Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazmış partiyanın adıdır. 
İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... 

İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsiylə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsiylə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir”-deyə Hacıbəyli  vurğulayıb.

24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi