Son xəbərlər

 
“İşığı, suyu kəsilən zirzəmidə yaşayırıq”

Suraxanı rayonu, T. Bağırov ( indiki adı Park 32) küçəsində qəzalı binada yaşayan Xalidə Quliyeva rayon icra hakimiyyətindən şikayətçidir.

O, bununla bağlı “Qafqazinfo”ya müraciətində bildirib ki, ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin köçürülməsi ilə tapşırıq verib: “Bu proses artıq yekunlaşmaq üzrədir. Bizim binada sakinlərdən çoxu kompensasiyalarını alaraq köçüblər. Biz də binanın zirzəmisində yoldaşım, oğlum, 80 yaşlı qayınanam, şəhid ailəsinin gəlini olan qızım və oğluyla bərabər yaşayırıq. 

Prezidentin tapşırığı da odur ki,  qəzalı vəziyyətdə olan binaların zirzəmisində yaşayan sakinlər üçün  30 min manat kompensasiya ödənilməlidir. Bu ilin iyun ayında Suraxanı icra hakimiyyətindən çağırıb dedilər ki, “Kapital Bank” da adınıza hesab açdırın, pulu köçürək. Amma bu günə kimi pul köçürülməyib. Artıq binadan qaçqınlar köçürülüb. Buna görə də binanın kommunalları kəsilib. Evdə bu qədər adamla işıqsız, susuz qalmışıq. 2016- ci ildə suyu rəsmiləşdirmişik. 2018-də “Azərsu” bizə sayğac da qoyub. 2016- ci ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyi ilə orada yaşamaq üçün rəsmi müqavilə də bağlamışıq. Bunun üçün 2500 manat da ödəmişik.  1 ildən sonra müqaviləni yenilənməsi üçün təkrar müraciət etdiyimizdə Akif adlı şəxs dedi ki, siz gedin, biz yeniləyəciyik. İşığı  birinci mərtəbədə yaşayan qaynımgildən aldığımıza görə pulu bir yerdə ödəmişik. Qonşular da notariusda təsdiqləyib ki, biz həmin zirzəmidə yaşayırıq. Amma icra bəhanə edir ki, su, işıq guya bizim adımıza deyil.  Biz icra hakimiyyətində köçürülmə işinə nəzarət edən Etibar Yolçuyevlə danışdıq. Dedi ki, bizim adımızı Maliyyə Nazirliyinə göndərməyiblər. Ancaq biz Maliyyə Nazirliyindən öyrəndik ki, adımız ordadır, hətta bizim adımıza 30 yox, 37 min manat pul köçürülüb. Təkrar bunları bildirəndə dedi ki, həmin pulu dövlət büdcəsinə qaytaracaqlar. Harada görülüb ki, ölkə başçısının  qəzalı binada yaşayan sakin üçün ayırdığı vəsait dövlət büdcəsinə qaytarılsın?  Bu barədə iyul ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da müraciət etdik. O da rayon icra başçısına məsələnin həll edilməsi ilə bağlı tapşırıq verib. Amma icra başçısı bu tapşırığa da əməl etmir. Prezident də tapşırıq verib ki, vətəndaşlar incidilməsin. Amma biz hazırda işığı, suyu kəsilən bir zirzəmidə yaşamağa məcbur qalmışıq. Bu barədə artıq birinci vitse-prezidentin katibliyinə də müraciət etmişik”.

“Qafqazinfo” məsələ ilə bağlı Suraxanı İH-yə müraciət edib. İH-dən bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyinin və s. təşkilatların nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş 29.01.2016-cı il tarixli aktlarda Suraxanı rayonunda bəzi binaların, o cümlədən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması göstərilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Suraxanı RİH-yə daxil olmuş 07.05.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən qəzalı  vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılmış birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış, binalarda yaşayan ailələrin sayı, mənzillər və onların sahələri müəyyənləşdirilmiş, sahəsi 30 m2 və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000,0 (otuz min) manat, sahəsi 30 m2-dən çox olan mənzildə yaşayan ailələrin hər birinə ümumi sahənin 1 (bir) m2-i üçün 1000,0 (min) manat olmaqla birdəfəlik maddi yardımın, ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə hər ailə üçün 500,0 (beş yüz) manat vəsaitin ödənilməsi işlərinə başlanılıb.

Aparılan dəqiqləşmə işləri nəticəsində şikayətçi Quliyeva Xalidə İslam qızının iddia etdiyi kimi qəzalı binanıın zirzəmisində yaşamadığı, birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulan qaynı (ərinin qardaşı) Quliyev Əsəd Bəylər oğluna məxsus mənzildə məskunlaşdığı aşkar olunmuş, köçürülmə işlərinin həyata keçirildiyi vaxtlarda dövlət büdcəsindən vəsait əldə etmək niyyəti ilə o, binanın zirzəmi hissəsindən əlavə otaq zəbt etdiyindən qarşısının alınması məqsədi ilə 74 saylı MKİS tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.

Məlumat üçün bildiririk ki, sözügedən qəzalı binada yerləşən və Quliyev Əsəd Bəylər oğlunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 40,3 m2 olan 1 otaqlı 2 saylı mənzilin 40 300 (qırx min üç yüz) azn birdəfəlik maddi yardım, bir aylıq kirayə haqqı və əşyaların daşınması üçün 500 (beş yüz) azn olmaqla ümumilikdə 40 800 (qırx min səkkiz yüz) azn vəsait müqabilində boşaldılmasına dair edilən təkliflə mənzil mülkiyyətçisi razılaşmadığından, orada məskunlaşan şəxslərin, o cümlədən Quliyeva Xalidə İslam qızının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə RİH tərəfindən birdəfəlik maddi yardım ödənilməklə mənzilin boşaldılmasına dair məhkəmə qaydasında iddia qaldırılmış, 23.09.2019-cu il tarixli qətnamə ilə həmin iddia təmin edilib.

 Günel Türksoy

 






 
20 Noyabr 2019 Nazir müavinindən ağacların kəsilib, yerində fındıq bağı salınmasına – Reaksiya
20 Noyabr 2019 Kirayə avtomobillərin sığorta problemi — VİDEO
20 Noyabr 2019 Ramiz Mehdiyev onlara xalça hədiyyə etdi
20 Noyabr 2019 Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA
20 Noyabr 2019 DİQQƏT – Bu gün bu ərazilərdə qaz olmayacaq
19 Noyabr 2019 Əli İnsanovun talan etdiyi dövlət mülklərinin — TAM SİYAHISI
19 Noyabr 2019 Ayaz Mirzəyev vəzifəsindən ayrıldı
19 Noyabr 2019 AAAF Park-dan daha bir şikayət
18 Noyabr 2019 “SİRAB” şirkəti adının siyasi mühacir qalmaqalına qarışmasına etiraz bildirib, bəyanat yaydı
18 Noyabr 2019 ““Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”
18 Noyabr 2019 “İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar
18 Noyabr 2019 “Azərişıq”dan xəbərdarlıq
18 Noyabr 2019 İşləmədiyi müddətdə pul almaq istəyənlərin — nəzərinə! - VİDEO
16 Noyabr 2019 Tanınmış aparıcı ATV-dən ayrıldı — Yeni vəzifəyə təyin edildi - FOTO
16 Noyabr 2019 Bu gündən məktəblilərin payız tətili başlayır
15 Noyabr 2019 “Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir
15 Noyabr 2019 Raket və Artilleriya Qoşunları təlimə cəlb edildi — VİDEO
15 Noyabr 2019 Yeni icra başçısı təyin olunan Qarabağ qazisindən evsiz vətəndaşa böyük hədiyyə – VİDEO
15 Noyabr 2019 Sabahdan məktəblərdə payız tətili başlayır
15 Noyabr 2019 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI
14 Noyabr 2019 “Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir
14 Noyabr 2019 Heydər Əliyev Fondundan 18 yaşınadək olan şəkərli diabet xəstələrinə — ŞAD XƏBƏR
14 Noyabr 2019 Tikinti şirkətlərinin bu hüququ ləğv ediləcək
14 Noyabr 2019 Allahşükür Paşazadə: “Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər”
14 Noyabr 2019 “Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirildi - Video
14 Noyabr 2019 “Dəqiq bir məlumatımız yoxdur” - Müsavatdan açıqlama
14 Noyabr 2019 Nazir “uşaq pulu” təklifinə münasibət bildirib
14 Noyabr 2019 “Baku Electronics” xarab məhsulu insanlara sataraq pul qazanır – FIRILDAĞIN DETALLARI (FOTOLAR)
13 Noyabr 2019 Bakı metrosunda qatarların hərəkəti ləngiyib
13 Noyabr 2019 Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq — VİDEO