Son xəbərlər

 
Tanınmış aparıcı Azər Axşamın həyat yoldaşının sosial şəbəkə vasitəsi ilə Milli qəhraman Mübariz İbrahimovu təhqir etdiyi ilə bağlı məlumatlar yayılıb.

"Ölkə.Az" xəbər verir ki, “Unikal.org” saytının əldə etdiyi məlumata görə, Səbinə Şabanova adlı facebook istifadəçisi öz paylaşımında həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib.  

O, Azər Axşamın xalq artisti olacağını, Mübariz İbrahimovun isə vətən xaini olduğunu yazıb.  

İzləyicilərdən biri Səbinə Şabanovanın işlətdiyi “Facebook” profilinin mesaj bölümünə yazaraq öz iradlarını bildirib.  

Şabanova isə yazılanlara məhəl qoymaraq Milli Qəhramanı daha da şiddətli şəkildə təhqir edib. 

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı aparıcı Azər Axşamla əlaqə saxlayıb.  

O isə həmin profildən yazılan mesajların xanımı Səbinə Şabanovaya aid olmadığını bildirib:  

“Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın şəkilləri altında hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?  

Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq?  

A.Axşam redaksiyamızın əməkdaşı ilə söhbətində başına gələn bu hadisənin ilk olmadığını bildirərək, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi yazdığını bildirib: 

“Bundan əvvəl də eyni hadisə ilə üzləşmişik. 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından ekstrasens Bayram Nurlunu, müğənni Nadir Qafarzadəni söyüb, təhqir etmişdilər. Düşünün, mənim anamın 83 yaşı var. O qadın, o yaşda sosial şəbəkənin nə olduğunu belə bilmir, o ki qaldı ondan istifadə etsin. Heç bir məntiqə sığmır. Bununla bağlı hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etdim. Lakin təəsüflər olsun ki, məsələ öz həllini tapmadı. İndi hamı bir profil açıb məşhur bir insanı söyüb, onu biabr edir. İnternetdə bu cür şərəfsiz insanların sayı əfsuslar olsun ki, kifayət qədər çoxdur. Onlarla mübarizə aparmaq isə qeyri mümkündür”.  

19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi