Son xəbərlər

 

Ali təhsil almaq hüququ qazanan hər bir tələbə universitet seçimi zamanı xüsusilə paytaxtda yerləşən təhsil ocaqlarına üstünlük verir. Hətta bölgələrdə dövlət universitetləri yerləşsə də, regionlardakı abituriyentlər Bakıdakı özəl universitetlərdə oxumağa can atır. Əhali arasında belə fikir formalaşıb ki, region universitetləri zamanla ayaqlaşa bilmir, paytaxtdakı ali təhsil ocaqlarından keyfiyyət baxımından geri qalır.

Lakin ABŞ, İngiltərə, Türkiyənin dünyaca məşhur əksər universitetləri paytaxtdan uzaqda, ölkənin fərqli şəhərlərində yerləşir.

Məsələn, dünyaca məşhur Harvard Universiteti ABŞ-ın Kembric şəhərində yerləşir, Oksford Universiteti isə İngiltərənin cənubunda yerləşən Oksford şəhərindədir.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, əslində bu gün regionlarda böyüyən uşaqların əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb sosiallaşmaq istəyindən irəli gəlir:

“Regionlarda olan universitetlərin son 5-6 ilə qədər infrastrukturu çox zəif olub. Hazırda bölgələrdə yerləşən ali və orta ixtisas təhsil müəssisələrində müəyyən işlər görülür. Ancaq istənilən halda bölgədə böyüyən gənc sosiallaşmaq üçün paytaxt universitetlərini seçir. Bundan başqa, bu, Bakıda yerləşən ali təhsil ocaqlarının həm nisbətən böyük olması, həm infrastrukturun daha üstün olmasından irəli gəlir.

Xarici ölkələrə fikir verin, dünyaca məşhur universitetlər var ki, əksəriyyəti bölgələrdədir. Hətta şəhərdə olsa belə, şəhər ətrafında yerləşir. Məsələn, Türkiyədə son illər yaranmış universitetlərin əksəriyyəti bölgələrdədir və ərazisi də 100 hektardan böyükdür, universitet şəhərciyi kimi fəaliyyət göstərir. Bu gün Azərbaycandan da Türkiyə universitetlərində təhsil almağa gedənlər heç də İstanbul və ya Ankaranı seçmir”.

Təhsil eksperti Kamran Əsədov da bildirib ki, bu gün xüsusilə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər regionlardakı ali məktəbləri seçmir. Bu isə ilk növbədə regionlardakı universitetlərin maddi-texniki bazasının zəifliyi, eyni zamanda, kadr potensialının standartlara uyğun olmaması ilə bağlıdır:

“Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı 51-dir, onlardan da 41-i Bakının payına düşür. Qalan 10 ali məktəb regionlarda yerləşir.

Ali təhsil müəssisələrinin dislokasiyası üzrə aparılan təhlillərin nəticəsi olaraq bildirim ki, regionlardakı ali məktəblərin sayı azdır. Ali təhsil müəssisələrinin çox az hissəsi - 5, yaxud 6-sı regionlardadır. Texnologiya Universiteti, Aqrar Universitet, Mingəçevir, Lənkəran Dövlət Universiteti kimi təhsil müəssisələrini nəzərdə tuturam. Nəzərə almalıyıq ki, müstəqil universitetlər azdır, ali təhsil müəssisələrinin əksəriyyəti filiallardır. Məsələn, Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetin, İqtisad Universitetinin Şəkidə, Qazaxda, Qubada, Cəlilabadda, Zaqatalada, Ağcabədidə filialları var.

Qəbul imtahanlarından sonra reytinq cədvəli hazırlayarkən abituriyentlərin ərizəsində birinci mövqedə hansı ali məktəbin ixtisasını göstərməsi, 400-dən çox bal toplayan abituriyentin həmin ali məktəbi seçməsi, ali təhsil müəssisəsinin müsabiqədə dövlət sifarişli yerlərin tutma faizi kimi kriteriyaları nəzərə almağa çalışdım. 2018-ci il üzrə hazırlanan reytinq cədvəlinə göz yetirsək görərik ki, birinci yerdə Ali Neft Məktəbidir. 15 mindən artıq abituriyentin 10 minə qədəri öz ərizəsində birinci bu məktəbi göstərib. 2-ci yerdə Dövlət İdarəçilik Akademiyası, 3-cü yerdə Tibb Universiteti gəlir. Birinci onluqda regionlardan yalnız Naxçıvan Dövlət Universitetinin adı var.

Filiallar nəzərə alınmadan ümumilikdə 38 universitet üzrə Aqrar Universitet 19-cu, Lənkəran Dövlət Universiteti 23-cü, Mingəçevir Dövlət Universiteti 25-ci, Texnologiya Universiteti 37-ci yeri tutub. Bu mənzərə onu göstərir ki, həmin ali təhsil müəssisələrinə maraq azdır. Yəni abituriyentlər regionları seçmir”.

K.Əsədov bildirib ki, birinci səbəb şəraitsizliklə bağlıdır:

“Regionlar üzrə ən yaxşı sosial infrastruktur Gəncədə olsa da, bu məsələdə Bakıya uduzur. Söhbət internetlə işləmək imkanları ilə təmin olunmaqdan tutmuş fasiləsiz elektrik, istilik təminatı, təhsil alma, kitab oxumaq mühitindən gedir.

Türkiyə yüksək inkişaf etmiş ölkə deyil, amma İstanbul və Ankarada yerləşən ali məktəblər arasında bu sayaq kəskin disbalans ola bilməz. Baxmayaraq ki, Ankara paytaxtdır, amma İstanbulda təhsil mühiti daha yüksəkdir. Eyni qaydada Türkiyənin bir neçə şəhərinin adını çəkmək olar.

Avropanın şəhərlərində də analoji vəziyyəti görmək olar. Məsələn, Niderlandda Amsterdamla Rotterdam şəhərlərindəki ali məktəblərdə heç bir fərq yoxdur. Rusiyada da vəziyyət pis deyil. Sibirdə ali təhsil müəssisələri o səviyyədə inkişaf edib ki, Moskvada, yaxud Kemerovoda oxumağın elə bir fərqi yoxdur. Azərbaycanda isə gələcəyin kadrı hesab edir ki, Bakıda yetişməsinə daha yaxşı mühit var, nəinki Şəkidə, Gəncədə, Ağcəbədidə, Qubada, Cəlilabadda”.

Təhsil eksperti bildirib ki, amma bu səbəbin özü də başqa bir səbəb doğurur:

“Yüksək təhsil verən professor, müəllim heyəti regionlardakı ali məktəblərə getmir və elə buna görə də orada keyfiyyətli təhsil bazası yaranmır”.

23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir