Son xəbərlər

 
Kərim Tahirov: Müqəddəs torpaqlarımız tezliklə azad edilərək tarixi ədalətsizliyə son qoyulacaqM.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Əsrlərlə Azərbaycan xalqının qanına susayan mənfur və riyakar Ermənistanın yeganə siyasəti Azərbaycanın əzəli torpaqlarını həmişəlik işğal altında saxlamaq, status-kvonun dəyişməməsinə nail olmaq, münaqişənin uzun müddət davam etməsi ilə Azərbaycan torpaqlarının işğalını legitimləşdirməkdir. Ona görə də, münaqişə baş verəndən bu günədək, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar əsas beynəlxalq təşkilatların qətnamələrinə heç vaxt əməl etməyə təşəbbüs və səy göstərməmışlər.
Nəticədə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Bunun əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini milli ideologiyası və hərbi doktirinasının əsası kimi qəbul etməsi, diğər tərəfdən isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən onlara təkid və təzyiqin göstərilməməsidir.

Kərim Tahirov: Müqəddəs torpaqlarımız tezliklə azad edilərək tarixi ədalətsizliyə son qoyulacaq


Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etsələr də, beynəlxalq hüququn normaları və prinsiplərinə qətiyyən əməl olunmamışdır. Bu qərar və qətnamələrin tam, dərhal, və qeyd-şərtsiz əməl olunması demək olar ki, təmin olunmamışdır.
Münaqişənin həlli üçün bütün hüquqi çərçivənin olmasına baxmayaraq, Ermənistanın uzun müddət cəzasız qalması, ona kifayət qədər praktiki təzyiq göstərilməməsi, beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoymaması təcavüzkarın əl-qolunun açılmasına, öz mənfur siyasətini açıqdan-açığına davam etdirməsinə, iştahının artmasına səbəb olmuşdur.
Nəticədə, tez bir zamanda Azərbaycanın yeni torpaqlarını işğal etməyi və həyata keçirməyi planlaşdırmışdır.
Buna görə də Ermənistan müzakirələri pozmağa və ardıcıl olaraq təxribatlar törətməyi gündəlik fəaliyyəti kimi qəbul etmişdir. Son iki ildə bu sərsəm və acı nəticəsi düşünülməmiş siyasi-hərbi addımlar faşist idelogiyasına xidmət edən Nikol Paşinyan və onun tərəfdarlarının siyasətinin əsas və təxirəsalınmaz qayəsini təşkil etdiyinə görə iyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonuna, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum etdilər. Bu quduzlaşmış və gözü kor olmuş Ermənistan Silahlı Birləşməsinin hərbi qulluqçuları və muzdlu hərbçiləri müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən əzilərək layiqli cəzalarını aldılar. Onlar biabırçı şəkildə məğlub olaraq geri çəkildilər. Bununla kifayətlənməyən qaniçən Ermənistanın hərbi-siyasi liderlərinin xeyir-duası ilə avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizdə terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı sayıq və cəsur hərbıçilərimiz tərəfindən saxlanilmışdır. Onun verdiyi məlumata görə düşmən ölkənin müharibəyə ciddi hazırlaşdığı çox qiymətli və əsası olan inandırıcı faktlarla sübut olunmuşdur.

Kərim Tahirov: Müqəddəs torpaqlarımız tezliklə azad edilərək tarixi ədalətsizliyə son qoyulacaq


Bütün bu diversiya və ardıcıl təxribatlar danışıqlar prosesinin tamamilə pozulmasına və Azərbaycanın günahlandırılmasına nail olmaqla yanaşı ölkədəki iqtisadi və siyasi böhrandan çox ciddi əziyyət çəkən “məzlum” erməni xalqının diqqətini korrupsioner Nikol Paşinyan hökumətin yaritmaz fəaliyyətini gizlətmək və onlarln qanunsuz hakimiyyətlərinin omrünü qeyri-qanuni uzatmaqdır.
Buna görə də, Paşinyanın “Qarabağ Ermənistandır” deməsi, , Azərbaycan üçün yeddi ilkin şərt irəli sürməsi, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmasını, Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması, qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara alması azərbaycanlıların hisslərini təhqir etmək üçün planlaşdırılan təxribatdan başqa bir şey deyidir.
Dövlət Başçımız İlham Əliyev cənablarının qeyd etdiyi kimi, Azərbaycan dəfələrlə münaqişənin sülh yolu ilə həll olunmadığı təqdirdə gücə əl atacağına dair xəbərdarlıq etmişdi.
Təəssüf ki, beynəlxalq ictimaiyyət də, Ermənistan da bu xəbərdarlıqlara etinasız yanaşdı. Ermənistanın sentyabrın 27-də əl atdığı hərbi təxribat sülh üçün bütün yolları bağlamış oldu. Hesab edirəm ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları tamamilə legitimdir.
BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Biz BMT Nizamnaməsinin verdiyi bu hüquqdan istifadə edirik.
Bu gün Azərbaycan Əsgəri öz doğma torpaqlarında vuruşur, öz vətənini düşmən tapdağı altından azad edir!
Müzəffər Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” şüarı ilə bütün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağını sancacaqdır

Qələbə bizimlədir!

Azərbaycan xalqı öz tarixi vətənində toy bayram edəcəkdir!
27 Oktyabr 2020 Hörmətli prezident, möhtərəm Ali baş komandan!
18 Sentyabr 2020 İslam İsmayılov: Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
15 Sentyabr 2020 İlham Əliyevlə Ərdoğan bir-birinə məktub göndərdi
15 Sentyabr 2020 İki nazirlik birgə bəyanat yaydı
03 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı 26 milyonu ötdü
30 Avqust 2020 “Belarusdakı seçkilərin legitimliyini tanıyırıq” - Putin
27 Avqust 2020 Ərdoğanla Trampın telefon danışığı oldu
26 Avqust 2020 Fransanın bu şəhərində qondarma rejimin də “bayrağı” asılıb - Foto
25 Avqust 2020 Belarusda başlayan aksiyalar bitdi
25 Avqust 2020 Navalnının zəhərləndiyi təsdiqləndi
24 Avqust 2020 Navalnıdan nə xəbər?
24 Avqust 2020 “Lukaşenko heç yerə qaçmayıb” - Mətbuat xidməti
20 Avqust 2020 Lukaşenko Merkellə danışmaqdan niyə imtina edib?
20 Avqust 2020 Lukaşenkonun bu ölkəyə girişinə qadağa qoyuldu
19 Avqust 2020 Malinin Prezidenti istefa verdi
18 Avqust 2020 Prezident nazirliyə yeni səlahiyyət verdi — FƏRMAN
18 Avqust 2020 İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib — FOTO
18 Avqust 2020 Rusiyanın hərbi gəmiləri Bakıya gəldi — VİDEO
17 Avqust 2020 DSX-nin 5 zabitinə ali hərbi rütbə verildi
17 Avqust 2020 Prezident onlara fəxri adlar verdi — SƏRƏNCAM
17 Avqust 2020 Prezident hərbi qulluqçuları təltif etdi — SİYAHI
17 Avqust 2020 Daha bir səfir geri çağırıldı
17 Avqust 2020 Yeni Təhsil naziri deputatlarla görüşüb
17 Avqust 2020 Prezident sədr müavinini səfir təyin etdi — SƏRƏNCAM
17 Avqust 2020 Prezidentdən Eldar Həsənovla bağlı vacib — SƏRƏNCAM
17 Avqust 2020 Paşinyandan müsahibə alan Stiven Sakur İlham Əliyevə də təklif göndərdi – FOTO
14 Avqust 2020 Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
14 Avqust 2020 Əli Abbasov müşavir oldu
14 Avqust 2020 Rusiya Ermənistana silahları bu yolla verib - Foto
14 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNNAT