Son xəbərlər

 

 

İlham Əliyevlə Ərdoğan bir-birinə məktub göndərdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. 

 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əziz Qardaşım.

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.

Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.

Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

***

Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevə məktub ünvanlayıb: 

“Cənab Prezident, Əziz Qardaşım. 

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.

Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.

Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

 

 

 
27 Oktyabr 2020 Hörmətli prezident, möhtərəm Ali baş komandan!
15 Oktyabr 2020 Müzəffər Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” şüarı ilə bütün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağını sancacaqdır
18 Sentyabr 2020 İslam İsmayılov: Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
15 Sentyabr 2020 İki nazirlik birgə bəyanat yaydı
03 Sentyabr 2020 Koronavirusa yoluxanların sayı 26 milyonu ötdü
30 Avqust 2020 “Belarusdakı seçkilərin legitimliyini tanıyırıq” - Putin
27 Avqust 2020 Ərdoğanla Trampın telefon danışığı oldu
26 Avqust 2020 Fransanın bu şəhərində qondarma rejimin də “bayrağı” asılıb - Foto
25 Avqust 2020 Belarusda başlayan aksiyalar bitdi
25 Avqust 2020 Navalnının zəhərləndiyi təsdiqləndi
24 Avqust 2020 Navalnıdan nə xəbər?
24 Avqust 2020 “Lukaşenko heç yerə qaçmayıb” - Mətbuat xidməti
20 Avqust 2020 Lukaşenko Merkellə danışmaqdan niyə imtina edib?
20 Avqust 2020 Lukaşenkonun bu ölkəyə girişinə qadağa qoyuldu
19 Avqust 2020 Malinin Prezidenti istefa verdi
18 Avqust 2020 Prezident nazirliyə yeni səlahiyyət verdi — FƏRMAN
18 Avqust 2020 İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib — FOTO
18 Avqust 2020 Rusiyanın hərbi gəmiləri Bakıya gəldi — VİDEO
17 Avqust 2020 DSX-nin 5 zabitinə ali hərbi rütbə verildi
17 Avqust 2020 Prezident onlara fəxri adlar verdi — SƏRƏNCAM
17 Avqust 2020 Prezident hərbi qulluqçuları təltif etdi — SİYAHI
17 Avqust 2020 Daha bir səfir geri çağırıldı
17 Avqust 2020 Yeni Təhsil naziri deputatlarla görüşüb
17 Avqust 2020 Prezident sədr müavinini səfir təyin etdi — SƏRƏNCAM
17 Avqust 2020 Prezidentdən Eldar Həsənovla bağlı vacib — SƏRƏNCAM
17 Avqust 2020 Paşinyandan müsahibə alan Stiven Sakur İlham Əliyevə də təklif göndərdi – FOTO
14 Avqust 2020 Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
14 Avqust 2020 Əli Abbasov müşavir oldu
14 Avqust 2020 Rusiya Ermənistana silahları bu yolla verib - Foto
14 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNNAT