Son xəbərlər

 
XİN rəhbəri Aİ rəsmisi ilə Ermənistanın təxribatını müzakirə etdi22 iyul 2020-ci il tarixində AR Xarici İşlər Naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib.

Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə həmsöhbətinə məlumat verib.

Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Ermənistan tərəfinin, habelə bölgənin yaxınlığından keçən geostrateji layihələrə təhlükə törətmək məqsədini güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb.

Gərginliyin kökündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı təcavüz siyasətinin durduğu vurğulanıb.

Cozef Borel gərginliyin alovlanmasının qarşısının alınmasının, o cümlədən bölgədəki mühüm infrastruktura hədə törədilməsindən çəkinməyin vacibliyini qeyd edib. Ali nümayəndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli üzrə substantiv danışıqların bərpa edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların mahiyyət üzrə aparılmasının, konkret nəticəyə yönəlik olmasının vacibliyini vurğulayıb.

Azərbaycan tərəfinin sadəcə danışıqlar naminə danışıqlarda iştirak etmədiyini, uzun illərdir ki, bu danışıqların davam etdiyini, lakin münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində konkret nəticənin əldə edilmədiyini ali nümayəndə Cozef Borelin diqqətinə çatdırıb.

Ermənistan tərəfinin danışıqların müxtəlif bəhanələrlə uzadılması cəhdlərinin yolverilməz olduğu qeyd olunub. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələri başda olmaqla və Aİ-nin də sərgilədiyi qəti mövqe daxil olmaqla, beynəlxalq ictimaiyyətin tələblərinin yerinə yetirilməsi, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunmasının vacib olduğu Nazir tərəfindən vurğulanıb.

Nazir Ceyhun Bayramov telefon danışığı təşəbbüsü ilə çıxış etdiyi üçün Ali nümayəndə Cozef Borelə təşəkkürünü ifadə edib.

23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video