Son xəbərlər

 
Milli Məclis Aparatından gecəki hadisələrlə bağlı açıqlama

Milli Məclis Aparatı dünən baş verən hadisələr ilə bağlı açıqlama yayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açıqlamada bildirilir ki, ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”,- deyə açıqlamada qeyd olunur.

08 Avqust 2020 Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
07 Avqust 2020 Bəzi rayonlar DTX-nın keçirdiyi əməliyyatlardan nəticə çıxarmayıblar — Fazil Mustafa
07 Avqust 2020 Milli Məclisin iclası başlladı
07 Avqust 2020 Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? – Şərh
07 Avqust 2020 “Silah qalmaqalı” Bakı ilə Tbilisinin münasibətlərinə necə təsir etdi?..
07 Avqust 2020 Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
06 Avqust 2020 Prezident 1 milyon ayırdı
06 Avqust 2020 “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
06 Avqust 2020 Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ
06 Avqust 2020 “1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın?" — Siyavuş Novruzov ETİRAZ ETDİ
06 Avqust 2020 Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
06 Avqust 2020 “Ermənistan koronavirus böhranına baxmayaraq, Azərbaycana qarşı hücumdan çəkinmədi”
06 Avqust 2020 Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır — VİDEO
05 Avqust 2020 Vilayət Eyvazovdan yenii TƏYİNATLAR
05 Avqust 2020 "İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər" — DEPUTAT
05 Avqust 2020 Fəttah Heydərovun vəfatından sonra Milli Məclisin ən yaşlı deputatı odur — FOTO
05 Avqust 2020 "Sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var" — Deputatdan ŞOK AÇIQLAMA
05 Avqust 2020 Prezident büdcədən pul ayırdı
05 Avqust 2020 Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəyanat
05 Avqust 2020 Azərbaycan XİN Livana başsağlığı verdi
05 Avqust 2020 Milli Məclis bu gün toplanır
04 Avqust 2020 Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə — QƏRAR
04 Avqust 2020 “Uzun illər kadr təyinatlarında neqativ hallar hökm sürüb”
04 Avqust 2020 Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır? — TƏHLİL
03 Avqust 2020 UFC yarışında qondarma rejimin “bayrağı”qaldırıldı - Azərbaycandan etiraz
01 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - Rəsmi
31 İyul 2020 İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib