Son xəbərlər

 

 

Ərdoğanın sosial şəbəkə ilə bağlı açıqlaması gündəm oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə təhqiramiz ifadələr işlədənləri sərt tənqid edib.

 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bundan sonra sosial şəbəkələrlə bağlı hüquqi tənzimlənmənin hazırlanacağını və tətbiq olunacağını bildirib:

“Nə üçün YouTube, Tvitter, Netflix kimi sosial şəbəkələrə qarşı olduğumuzu başa düşürsünüz? Bu cür əxlaqsızlığı aradan qaldırmaq üçün. Yalanın, böhtanın, insan haqlarına hücumun baş alıb getdiyi bu kanalların tənzimlənməsi şərtdir. Türkiyəyə, bu millətə belə kanallar yaraşmır.

 

Ona görə bu cür şəbəkələrin yığışdırılmasını, onlara nəzarət olunmasını istəyirik. 83 milyonluq Türkiyə vətəndaşlarının sosial şəbəkə terroru qarşısında əli-qolu bağlı qalmasını qəbul edə bilmərik.

Bununla bağlı hərtərəfli hüquqi tənzimləmə üzərində çalışırıq. Hüquqi və maliyyə sanksiyaları daxil olmaqla hər cür üsulu tətbiq edəcəyik”.

Ərdoğanın bu açıqlamasından sonra İYİ partiyasının rəhbəri Meral Akşenerlə CHP lideri Kamal Kılıçdaroğlu sosial şəbəkə hesablarında paylaşım edərək buna qarşı olduqlarını bildiriblər.

Ərdoğan Tvitter hesabından onlara ismarıc göndərərək “Onlar filmlərini izləsinlər, biz xidmət edib tarix yazmağa davam edəcəyik” yazıb.

MHP lideri Dövlət Baxçalı Albayraka və ailəsinə edilən təhqirləri pisləyərək “Sosial şəbəkə dibsiz quyuya, insaf nədir bilməyən minalı platformaya çevrilib” deyib. O, bundan sonra bütün sosial şəbəkə hesablarını donduracağını açıqlayıb.

15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı