Son xəbərlər

 

“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”.

Bu sözləri açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.

A.Məmmədov bildirib ki, “inaqurasiya”nın Şuşada keçirilməsi həm də Azərbaycan xalqının hissiyatı ilə oynamağa yönəlmişdi: “Azərbaycan xalqı və dövləti birmənalı bəyan edib ki, Şuşasız Azərbaycan yoxdur. Bu dəyişməz mövqeni yaxşı bilən ermənilər təxribatı Şuşada həyata keçirməklə xalqımızın əsəblərini tarıma çəkmək istədilər. Amma, bu cəhd əks effekt verdi. Azərbaycan xalqı və dövləti son günlərdə sərgilədiyi mövqe ilə nə Şuşanı, nə də işğal olunmuş digər rayonlarımızı heç zaman güzəşt etməyəcəyini birmənalı şəkildə ortaya qoydu. Bu təxribat eyni zamanda danışıqlar prosesini pozmağa yönəlib”.

Millət vəkilinin sözlərinə görə işğalçı Ermənistanın daxildə əhalinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmaq üçün bu cür militarist addımlara əl atır: “Son aylarda pandemiya ilə bağlı yaranmış durum Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Təsəvvür edin, əhalisi Azərbaycan əhalisindən 3-4 dəfə az olan Ermənistanda hər gün koronavirusa yoluxanların sayı günü-gündən artır. Çünki, işğalçı ölkədə əhalinin tibbi müdafiəsi ilə bağlı hər hansı ciddi infrastruktur, sosial proqramlar yoxdur. Belə bir vaxtda Şuşada “inaqurasiya” səhnəsi quraşdırmaqla, erməni xalqının diqqətini sosial-iqtisadi böhrandan yayındırmaq cəhdi nəticə verməyəcək”.

A.Məmmədov bildirib ki, Azərbaycan xalqı Şuşanı və işğal altındakı bütün ərazilərimizi azad etməyə hər an hazırdır: “Son günlərdə Azərbaycan xalqının sərt təpkisi, bununla eyni vaxtda ordumuzun keçirdiyi təlimlər göstərdi ki, xalq-dövlət birliyi torpaqlarımızın azadlığının təminatıdır. Yaranan ilk tarixi fürsətdə Ali Baş Komandanın əmri ilə Ordumuz xalqın dəstəyi ilə torpaqlarımızı azad edəcək”.

14 İyul 2020 İlham Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
14 İyul 2020 Azərbaycan mayor şəhidini qarşılayır — VİDEO
14 İyul 2020 Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı — RƏSMİ
14 İyul 2020 Pakistan dediyini etdi — Azərbaycana dəstək verdi
14 İyul 2020 Qarabağı azad etməyin artıq vaxtıdır – Türk deputat
14 İyul 2020 “Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
14 İyul 2020 Dondar Quşçu atəşə tutuldu
13 İyul 2020 Azərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəziyyəti müzakirə etdi
13 İyul 2020 İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13 İyul 2020 Prezident Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
13 İyul 2020 Gərginliyin şok səbəbi: Ordumuz Ermənistanın qaz kəmərini vura bilər
13 İyul 2020 DİN-in xidmət rəisi yüksək vəzifəyə təyin edildi
13 İyul 2020 Vilayət Eyvazovdan generalın yerinə təyinat
13 İyul 2020 Ermənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi — ŞƏRH
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 "Ərazi itkisinə yol verilməyib" — Müdafiə Nazirliyi
12 İyul 2020 "Səhvim oldu, prezident də çıxardı" — Arif Qasımov
12 İyul 2020 Arif Qasımovun işdən çıxarılmasına səbəb olan — VİDEO
12 İyul 2020 İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11 İyul 2020 Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verdi
11 İyul 2020 Vilayət Eyvazova yeni səlahiyyət verildi
11 İyul 2020 Vilayət Eyvazov generalı təqaüdə göndərdi
10 İyul 2020 Elmar Məmmədyarovdan DTX-nin əməliyyatı ilə bağlı — AÇIQLAMA
10 İyul 2020 Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
10 İyul 2020 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi
09 İyul 2020 Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı — FƏRMAN
09 İyul 2020 Vilayət Eyvazovdan yeni ttəyinat
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir – Nizam Osmanovun qısa DOSYESİ
09 İyul 2020 İlham Əliyev onu vəzifəsindən azad etdi – SƏRƏNCAM
08 İyul 2020 Konstitusiyası “salfetka”, özü bonkrot: erməni dövləti belə sökülür - GƏLİŞMƏ