Son xəbərlər

 
Baş prokuror özünə yeni köməkçilər təyin etdi
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanmışdır.

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.

Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirmişdir.

Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur.

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil almışdır.

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir.

Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.

28 May 2020 Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında — VİDEO
28 May 2020 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ
28 May 2020 Mehriban Əliyeva xalqımızı təbrik etdi
28 May 2020 İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı — FOTO
27 May 2020 Zelenski İlham Əliyevi təbrik etdi
27 May 2020 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi — FOTO
25 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
25 May 2020 İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi
23 May 2020 Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır — Baş nazirə müraciət
22 May 2020 İlham Əliyev Azərbaycann xalqını təbrik etdi
22 May 2020 Prezident onlara dövlət mükafatı verdi — SİYAHI
22 May 2020 Vilayət Eyvazovdan — _YENİ TƏYİNAT
22 May 2020 İlham Əliyev “Signify” şirkətinin rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
22 May 2020 Daha bir icra başçısı işdən çıxarıldı — FOTO
22 May 2020 Milli Məclis sədri videokonfrans vasitəsi ilə seçicilərini qəbul edib
21 May 2020 Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?
21 May 2020 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
21 May 2020 Prezident Seymur Orucovu icra başçısı təyin etdi
21 May 2020 İmişlinin yeni başçısı kimdir?
21 May 2020 Vilyam Hacıyevin yerinə təyinat
21 May 2020 Şuşada keçiriləcək qondarma andiçmə mərasimi ilə bağlı açıqlama
21 May 2020 Vilayət Eyvazov generalın oğluna yeni VƏZİFƏ VERDİ
21 May 2020 Prezident DTX ilə bağlı fərman imzaladı
20 May 2020 Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 SON DƏQİQƏ: Bu rayonun Hərbi Prokuroru işdən çıxarıldı — RƏSMİ
18 May 2020 Prezident Administrasiyasında 5 VƏZİFƏLİ ŞƏXS İŞDƏN ÇIXARILDI — ADLAR
18 May 2020 Baş Prokurorluqda — YENİ TƏYİNATLAR
18 May 2020 Azərbaycan və Moldova prezidentləri videokonfrans formatında görüşdü
18 May 2020 Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi — ƏMR