Son xəbərlər

 
“Ermənistanın cəhdləri bölgədə sülhün təmin olunmasına başlıca maneədir”
Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar XİN-in Mətbuat xidməti idarəsinin açıqlama yayıb.

XİN-in açıqlamasında aşağıdakılar qeyd olunub:\

“18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.700 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan, münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışır və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Lakin, dəyişməyən bir həqiqət var; Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.

Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.

15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı