Son xəbərlər

 
İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. 

Nekroloqun mətnini AZƏRTAC dərc edib.

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.

 

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov”.

05 İyun 2020 Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
04 İyun 2020 Keçici də olsa, rus olmağı gözə almağa dəyər – Fazil Mustafadan çağırış
04 İyun 2020 Baş Nazir televiziya vasitəsilə xalqa müraciət edəcək — SON DƏQİQƏ
03 İyun 2020 “Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
03 İyun 2020 Prezident icra başçısına irad BİLDİRDİ — "Bunu pozun"
03 İyun 2020 Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
03 İyun 2020 İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
02 İyun 2020 İcra başçısının oğlu vəzifəsindən — ÇIXARILDI
02 İyun 2020 Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi
02 İyun 2020 Deputat: “Dəyərlər sisteminin qorumaq üçün sosial şəbəklərinin hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var”
02 İyun 2020 Qənirə Paşayeva Baş nazirə müraciət etdi
02 İyun 2020 Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə verdi — ƏMR
02 İyun 2020 Vilayət Eyvazovdan yeni təyinat — Malik İbrahimova yüksək vəzifə verildi
01 İyun 2020 Azərbaycandan İrəvanı vurmaq ANONSU? — Naxçıvandan İravəna cəmi 42 kilometrdir...İyun ayı üçün
01 İyun 2020 İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi — FOTO
01 İyun 2020 Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır — ŞƏRH
01 İyun 2020 Sahibə Qafarovadan deputatlara İRAD — Otuz ildir niyə bu məsələni qaldırmırdınız?
01 İyun 2020 Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında — ARAŞDIRMA
30 May 2020 Nazir bu rayona yeni rəis təyin etdi
29 May 2020 Deputat: “Prezidentin məqsədyönlü siyasəti nəticəsində məcburi köçkünlərin sosial problemləri həllini tapır”
29 May 2020 Cavanşir Feyziyev seçicilərlə görüşdə – FOTOLAR
29 May 2020 Prezident fərman İMZALADI
28 May 2020 Müdafiə Naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında — VİDEO
28 May 2020 “Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ
28 May 2020 Mehriban Əliyeva xalqımızı təbrik etdi
28 May 2020 İlham Əliyevdən 28 May - Respublika Günü paylaşımı — FOTO
27 May 2020 Zelenski İlham Əliyevi təbrik etdi
27 May 2020 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü elan edildi — FOTO
25 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
25 May 2020 İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi