Son xəbərlər

 
Azərbaycanda karantin elan olundu
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, .Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

07 Aprel 2020 Vilayət Eyvazovdan yeni QƏRAR
06 Aprel 2020 İlham Əliyev əfv sərəncamı imzaladı — SİYAHI
06 Aprel 2020 İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
06 Aprel 2020 Ülvi Quliyev əhaliyə səsləndi — Video
04 Aprel 2020 SON DƏQİQƏ! Baş Nazir Tədbirlər Planını təsdiqlədi
04 Aprel 2020 Mədət Quliyev Milli qəhrəmanlar adından Azərbaycan Prezidentinə müraciət edib
04 Aprel 2020 İlham Əliyevdən İsmət Səttarovla bağlı — SƏRƏNCAM
04 Aprel 2020 İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi
03 Aprel 2020 Zibil atmağa gedərkən SMS-lə icazə alınmalıdır? — RƏSMİ AÇIQLAMA
03 Aprel 2020 Əli Əhmədov: “Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir”
03 Aprel 2020 Azərbaycanda karantin rejimində evdən çıxma qaydaları açıqlanır — CANLI YAYIM
02 Aprel 2020 Prezident bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
01 Aprel 2020 Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
01 Aprel 2020 İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
01 Aprel 2020 Sahibə Qafarovaya yeni köməkçi təyin edildi
01 Aprel 2020 Nicatımız Milli Həmrəyliyimizdədir
31 Mart 2020 İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
31 Mart 2020 Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
31 Mart 2020 “Hökumət aztəminatlı insanlarımıza dəstək verəcək” — İİTKM direktoru
31 Mart 2020 İlham Əliyev soyqırımı qurbanlarını andı — FOTO
30 Mart 2020 Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək? — Mikayıl Cabbarov açıqladı
30 Mart 2020 Vətəndaşların evdən çıxması məhdudlaşdırıldı — SON DƏQİQƏ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi — FƏRMAN
30 Mart 2020 Bakıda böyük cərimələr başladı — 500-dən çox insan
30 Mart 2020 Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı
30 Mart 2020 Hökmətin hesabatı təxirə salındı — SON DƏQİQƏ
30 Mart 2020 "Azərbaycan üç növ virusa qarşı mübarizə aparır" - Siyavuş Novruzovdan MARAQLI AÇIQLAMA
30 Mart 2020 Koronavirusdan ölənlərə şəhid statusu verilsin — Deputatdan TƏKLİF
30 Mart 2020 Həkimlər Milli Məclisdə alqışlandı