Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək”

“Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, kütləvi tədbirlər artıq ləğv olunub.

Prezident, bununla belə, hansısa məsuliyyətsiz adamların qaydalara uyğun olmayan hərəkətlər etmələrini istisna etməyib.

“Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısının sözlərinə görə, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur:

“Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərşivəsində martın 14-dən etibarən xüsusi rejim tətbiq olunur.

28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı
16 Mart 2024 Blinken və Qrossi İranın nüvə proqramını müzakirə etdi
16 Mart 2024 AB siyasi səhvlər buraxdı, fəsadlarını yaşayırıq - Stoyanov
15 Mart 2024 Mişel indidən Putini “təbrik” etdi
15 Mart 2024 Musəvi: İranda azərbaycanlılar etnik azlıq deyil
15 Mart 2024 Krımı geri qaytarmaq üçün hər şey edəcəm
15 Mart 2024 Mirzoyan: Sülh sazişində əsas məsələlər...
15 Mart 2024 İlin sonuna kimi Qarabağ bu qədər ailə köçürüləcək - Əsədov
15 Mart 2024 Hakan Fidan Azərbaycana gəldi
14 Mart 2024 Rusiya gəmiləri NATO raketləri ilə vurulub - Stoltenberq
14 Mart 2024 Azərbaycan bu sahədə nümunəvi ölkələrdəndir - BMT
14 Mart 2024 BMT nəyisə düz etmir - Korosi