Son xəbərlər

 
Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək”

“Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir”.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, kütləvi tədbirlər artıq ləğv olunub.

Prezident, bununla belə, hansısa məsuliyyətsiz adamların qaydalara uyğun olmayan hərəkətlər etmələrini istisna etməyib.

“Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısının sözlərinə görə, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur:

“Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərşivəsində martın 14-dən etibarən xüsusi rejim tətbiq olunur.

01 Aprel 2020 Mehriban Əliyevadan xalqa çağırış — “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
01 Aprel 2020 İlham Əliyev bu ASC-yə vəsait ayırdı — SƏRƏNCAM
01 Aprel 2020 Sahibə Qafarovaya yeni köməkçi təyin edildi
31 Mart 2020 İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi — YENİLƏNİB + FOTO/VİDEO
31 Mart 2020 Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
31 Mart 2020 “Hökumət aztəminatlı insanlarımıza dəstək verəcək” — İİTKM direktoru
31 Mart 2020 İlham Əliyev soyqırımı qurbanlarını andı — FOTO
30 Mart 2020 Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək? — Mikayıl Cabbarov açıqladı
30 Mart 2020 Vətəndaşların evdən çıxması məhdudlaşdırıldı — SON DƏQİQƏ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi — FƏRMAN
30 Mart 2020 Bakıda böyük cərimələr başladı — 500-dən çox insan
30 Mart 2020 Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı
30 Mart 2020 Hökmətin hesabatı təxirə salındı — SON DƏQİQƏ
30 Mart 2020 "Azərbaycan üç növ virusa qarşı mübarizə aparır" - Siyavuş Novruzovdan MARAQLI AÇIQLAMA
30 Mart 2020 Koronavirusdan ölənlərə şəhid statusu verilsin — Deputatdan TƏKLİF
30 Mart 2020 Həkimlər Milli Məclisdə alqışlandı
30 Mart 2020 Vilayət Eyvazovdan yeni TƏYiiiİNAT
28 Mart 2020 Vilayət Eyvazzzovdan yeni TƏYİNAT
28 Mart 2020 "Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti
28 Mart 2020 İlham Əliyev tibb müəssisəsinin açılışında
27 Mart 2020 İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
27 Mart 2020 Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
27 Mart 2020 DYP əhaliyə müraciət etdi
27 Mart 2020 Vilayəəət Eyvazovdan yeni TƏYİNAT
26 Mart 2020 Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək
25 Mart 2020 Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu — VİDEO
25 Mart 2020 Azərbaycan və Rusiya generalları sərhəddə — FOTO
25 Mart 2020 YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
25 Mart 2020 Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər