Son xəbərlər

 
Milli Məclisin vitse-spikeri: “Koronavirus bizim üçün sınaqdır”
“Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir. 3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, hətta uzaq və qarlı Qrenlandiyada virusa yoluxan var”.

Report-un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.

Vitse-spiker qeyd edib ki, Azərbaycanda da virus aşkarlanıb: “Panikaya əsas yoxdur. Sadəcə, laqeyd də qalmamalı, özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Dövlətimizin gördüyü tədbirlərə tam dəstək verirəm. Özünü demokratiyanın beşiyi sayan Qərb dövlətləri belə insan azadlıqlarını müvəqqəti məhdudlaşdırmağa qərar veriblər. Önəmli olan insanların həyatını xilas etməkdir.

Allaha şükür, Qərb dövlətlərindəki ağır vəziyyət Azərbaycanda müşahidə olunmur. Ancaq bu o demək deyil ki, narahat olmamalıyıq, əksinə yalnız preventiv tədbirləri gücləndirməklə koronavirus adlı təhlükədən qurtula bilərik. Buna görə də həm Milli Məclisin, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir.

Lazım olmadıqca evdən bayıra çıxmayaq, restoran, çayxana və böyük dükanlara getməyək. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik. Məsələn, Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də “mall”arda, çayxanalarda və “playstation”-lərdə gənclərimizə rast gəlmək olur. Bir daha buradan gənclərə müraciət edirəm: lütfən, bir müddət bayıra çıxmağa, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz!”

A.Əliyev bildirib ki, koronavirusla bağlı toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub: “Doğru qərardır. Hesab edirəm ki, hətta virus təhlükəsi tamamən sovuşduqdan sonra da bəzi alışqanlıqlarımıza son qoymalıyıq! Dəbdəbəli və israfçı toy və yas mərasimlərindən imtina etməyi zəruri sayıram. Bundan başqa, kişilərin bir-birləri ilə qucaqlaşması (öpüşməsi) vərdişindən də qurtulaq! Qarşımızdakı əziz insandırsa, onunla çiyinlərimizi bir-birinə yaxınlaşdırmaqla görüşək və s.!

Bu arada, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Yaşlı insanlarımızı qorumalıyıq! Bu məqsədlə seçildiyim dairədə həmişə olduğu kimi Novruz bayramında evlərə çatdırmaqla yaşlı nəsilə ərzaq dəstəyimizi əsirgəməyəcəyik. Bununla bərabər, onun üzərində də düşünmək lazımdır ki, indiki həssas məqamda yaşlı insanlara daha hansı yardımı və dəstəyi edə bilərik? Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir. Hələ ki, bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən, o cümlədən aptektlərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər.

Əvvəldə yazdığım kimi, koronavirus hamı kimi bizim üçün də sınaqdır və bu sınaqdan dövlətimizin və millətimizin üzüağ çıxacağına əminəm”.

30 Mart 2020 Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək? — Mikayıl Cabbarov açıqladı
30 Mart 2020 Vətəndaşların evdən çıxması məhdudlaşdırıldı — SON DƏQİQƏ
30 Mart 2020 “Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
30 Mart 2020 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi — FƏRMAN
30 Mart 2020 Bakıda böyük cərimələr başladı — 500-dən çox insan
30 Mart 2020 Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı
30 Mart 2020 Hökmətin hesabatı təxirə salındı — SON DƏQİQƏ
30 Mart 2020 "Azərbaycan üç növ virusa qarşı mübarizə aparır" - Siyavuş Novruzovdan MARAQLI AÇIQLAMA
30 Mart 2020 Koronavirusdan ölənlərə şəhid statusu verilsin — Deputatdan TƏKLİF
30 Mart 2020 Həkimlər Milli Məclisdə alqışlandı
30 Mart 2020 Vilayət Eyvazovdan yeni TƏYiiiİNAT
28 Mart 2020 Vilayət Eyvazzzovdan yeni TƏYİNAT
28 Mart 2020 "Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti
28 Mart 2020 İlham Əliyev tibb müəssisəsinin açılışında
27 Mart 2020 İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
27 Mart 2020 Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
27 Mart 2020 DYP əhaliyə müraciət etdi
27 Mart 2020 Vilayəəət Eyvazovdan yeni TƏYİNAT
26 Mart 2020 Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək
25 Mart 2020 Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu — VİDEO
25 Mart 2020 Azərbaycan və Rusiya generalları sərhəddə — FOTO
25 Mart 2020 YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
25 Mart 2020 Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
25 Mart 2020 Bakı polisindən əhaliyə qadağalarla bağlı xəbərdarlıq — Sərt tədbir görüləcək
24 Mart 2020 İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında — FOTO
24 Mart 2020 Koronavirusla bağlı 65 yaş qadağası — Parlamentin bu deputatları... – ADLAR
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir — CANLI YAYIM
23 Mart 2020 Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 2020 Azərbaycanda karantin elan olundu — RƏSMİ
23 Mart 2020 DYP-dən XƏBƏRDARLIQ! Bunu edənləri 200 AZN cərimə və ya 1 ay həbs cəzası gözləyir