Son xəbərlər

 
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiq etdi — SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin, dövlət adından yaradılmış publik hüquqi şəxslər:

- “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməli;

- Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunur ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

- Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli;

- Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etməli, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görməli;

- Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
28 Mart 2020 Vilayət Eyvazzzovdan yeni TƏYİNAT
28 Mart 2020 "Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti
28 Mart 2020 İlham Əliyev tibb müəssisəsinin açılışında
27 Mart 2020 İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
27 Mart 2020 Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM
27 Mart 2020 DYP əhaliyə müraciət etdi
27 Mart 2020 Vilayəəət Eyvazovdan yeni TƏYİNAT
26 Mart 2020 Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək
25 Mart 2020 Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu — VİDEO
25 Mart 2020 Azərbaycan və Rusiya generalları sərhəddə — FOTO
25 Mart 2020 YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
25 Mart 2020 Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
25 Mart 2020 Bakı polisindən əhaliyə qadağalarla bağlı xəbərdarlıq — Sərt tədbir görüləcək
24 Mart 2020 İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında — FOTO
24 Mart 2020 Koronavirusla bağlı 65 yaş qadağası — Parlamentin bu deputatları... – ADLAR
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir — CANLI YAYIM
23 Mart 2020 Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 2020 Azərbaycanda karantin elan olundu — RƏSMİ
23 Mart 2020 DYP-dən XƏBƏRDARLIQ! Bunu edənləri 200 AZN cərimə və ya 1 ay həbs cəzası gözləyir
23 Mart 2020 Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
23 Mart 2020 Vilayət Eyvazovdan yeni TƏYİNAaT
23 Mart 2020 Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır — RƏSMİ
20 Mart 2020 Vilayət Eyvazov mayora yüksək vəzifə verdi
20 Mart 2020 Mehriban Əliyevaa Azərbaycan xalqını təbrik etdi
19 Mart 2020 Prezident Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayırdı
19 Mart 2020 İlham Əliyev: “İndiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir” — VİDEO
19 Mart 2020 Prezident xəbərdarlıq etdi: “Ciddi tədbirlər görüləcək”
19 Mart 2020 Prezident dialoqdan imtina edən müxalifətçilərdən danışdı — VİDEO
19 Mart 2020 İlham Əliyev Paşinyanla debatından danışdı: “Bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur” — VİDEO
19 Mart 2020 İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər"