Son xəbərlər

 

“20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır”.

Bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilirdi və bu proses Dağlıq Qarabağda da gedirdi: “Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Qeyd edək ki, sülh sahəsindəki Nobel mükafatı Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. (apa)

28 Fevral 2020 “Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
28 Fevral 2020 Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
28 Fevral 2020 Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında
28 Fevral 2020 Başın sağ olsun, Kardeş Türkiye! – Azərbaycan XİN
28 Fevral 2020 Vilayət Eyvazov mayoru rəis təyin etdi – ƏMR
27 Fevral 2020 Üç general istefaya göndərildi — SƏRƏNCAM
27 Fevral 2020 Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA
27 Fevral 2020 İlham Əliyev Milli Fəaliyyət Planını təsdiq etdi — SƏRƏNCAM
27 Fevral 2020 İlham Əliyev görüş keçirdi — FOTO
27 Fevral 2020 Vilayətttt Eyvazovdan yeni təyinat
26 Fevral 2020 Zakir Qaralovun köməkçisi yüksək vəzifəyə təyin edildi – FOTO
26 Fevral 2020 Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü – FOTO+VİDEO
26 Fevral 2020 Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu — VİDEO
26 Fevral 2020 "Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək" — İlham Əliyev
26 Fevral 2020 "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq" — İlham Əliyev Türkiyə haqqında
25 Fevral 2020 İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı — “Ədalət zəfər çalacaq!” - VİDEO
25 Fevral 2020 Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi
25 Fevral 2020 Ərdoğanın Azərbaycana səfəri başa çatdı — FOTO
25 Fevral 2020 Prezidentlərin təkbətək görüşü oldu — FOTO
25 Fevral 2020 Bakı səfərindən saatlar əvvəl Ərdoğandan KRİTİK AÇIQLAMALAR: “Əlimizdə sübutlar var”
24 Fevral 2020 Prezident iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi — SƏRƏNCAM
24 Fevral 2020 Prezident deputatı təltif etdi — FOTO
24 Fevral 2020 Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
24 Fevral 2020 Viiilayət Eyvazovdan yeni TƏYİNAT
24 Fevral 2020 Prezident Əli Əsədova yeni vəzifə verdi
24 Fevral 2020 İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı
21 Fevral 2020 “Heç kim himayəçisinə arxayın olub, at oynatmasın” – Deputatdan icra başçılarına mesaj
21 Fevral 2020 Prezidentdən tarix xatırlatması: Ağqoyunlu ilə Venesiya…
21 Fevral 2020 Ayaz Mütəllibov sirləri açdı: Xocalı soyqırımı… – VİDEO
21 Fevral 2020 Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”