Son xəbərlər

 
“Qarşıya qoyulan tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək”Bu gün DİN-in Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

"Ölkə.Az" bildirir ki, DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Sonda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər nazirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.

15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı