Son xəbərlər

 
Əhməd Qəşəmoğlu: “İnsanlarımızda belə bir psixologiya da var, harada asan və çox pul  qazanmaq imkanı varsa, oraya can atırlar”
Azərbaycanda Milli Məclis buraxıldı və 2020-ci ilin fevral ayının 9-da növbədənkənar seçkilər elan edildi. İki ay sonra vətəndaşlar səsverməyə gedərək özlərinin yeni millət vəkillərini seçəcəklər. Müşahidələr isə ritorik bir deyimi ortaya çıxarıb – deyəsən, bu dəfə namizədin sayı seçicidən çox olacaq…
Artıq ictimai-siyasi rəydə tanınan şəxslər, cəmiyyətdəki nüfuz sahibləri arasında deputatlığa namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Digər tərəfdən, sosial şəbəkədə də bir çox gənc fəalların, ziyalı kəsimin, həmçinin bloger və jurnalistlərin, xeyli sayda sıravi şəxslərin deputatlıq arzusunda olduğunu müşahidə edirik. Bu özlüyündə müsbət tendensiya olsa da, iddia edənlərin heç də hamısı deputatlığa , bu missiyanı layiqincə həyata keçirməyə hüquqi savadı və təcrübəsi çatmayanlardır. Bəs görəsən, ötən bir neçə parlament seçkilərindən fərqli olaraq bu dəfə sadə xalq arasından deputatlıq iddiasında olanları sayı niyə bu qədər çoxdur?
“Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, deputatın vəzifələri ilə bağlı təsəvvür aydın deyil: 
“İndiyə qədər bizim insanlar görüblər ki, hər cür adamdan deputat ola bilər. Bu insanlar deputatlığın meyarlarını bilmirlər. Deputat elə adam olmalıdır ki, natiq olsun, gözəl danışa bilsin, təşəbbüs irəli sürə bilsin, təkliflər səsləndirsin, seçicilərini təmsil edə bilsin, qanunvericiliklə bağlı işlər görə bilsin. İnsanlar gözünü açdıqda görsəydi ki, deputatlıq çox ciddi meyarlar, çox böyük savad və təcrübə tələb edir, o zaman çoxları bilərdi ki, ondan deputat olmaz. Bir dəfə adi bir məktəb direktorunu  çox böyük bir vəzifəyə gətirdilər, ondan sonra onun ətrafındakı  məktəb direktorları hamısı təəccüb etdi ki, ondan deputat olursa bizdən də olar. Vətəndaşlar görür ki, müğənni belə mandat alır, illərlə orada oturur, yaxşı maaş alır”.
Ə.Qəşəmoğlunun  sözlərinə görə, bizim insanlarımızda belə bir psixologiyada da var ki, harada asan və çox pul  qazanmaq imkanı varsa, oraya can atırlar: 
“Necə ki, müğənnilərin yaxşı qazanmasını görən əksər gənclər şou-biznesə üz tutmaq istəyirlər. İnsanların müxtəlif peşələrlə bağlı həm təsəvvürü yaxşı olmalıdır, həm də bu sahədə əmək bölgüsü və maaşlar elə olmalıdır ki, insanlarda məsuliyyət olsun. Sovet dövründə hüquq və tarix fakültələrinə axın ona görə var idi ki, oranı bitirib vəzifə sahibi olmaq istəyirdilər. İnsanlar görür ki, deputat onun maaşından 10 dəfə artıq alır, o adam da can atacaq ki, deputat olsun  və ümid edir ki, tutar. Deputatın vəzifələri ilə bağlı təsəvvür aydın deyil, həmçinin onların maaşı və həyat tərzi cəlbedicidir. Ona görə də insanlar daha çox buna can atırlar”.
 
Ə.Qəşəmoğlu onu da vurğuladı ki, son islahatlardan sonra cəmiyyətdə dəyişikliklərə inam artıb və bu aktivlik həm də ondan qaynaqlanır: 
“Artıq insanlar hiss edir ki, dəyişiklik gedir, kadr islahatları başlayıb, vəzifələrə daha çox gənclər gətirilir. Ona görə də cəmiyyətin ən aktiv təbəqəsi olan gənclər də düşünür ki, yaxşı dövrdür, gənclərə diqqət artıb, bu situasiyadan bəhrələnərək uğur qazana bilərlər”.
Cəmiyyətdə gedən müzakirələrdən o da bəlli olur ki, mandat qazanmağa nail olmayacağını bildiyi halda insanın deputatlıq iddiasına düşməsi heç də səbəbsiz deyil. Bir çoxları real, imkanlı namizədlərin dairəsindən qatılaraq, onlardan müəyyən maddi vəsait və ya imtiyaz əldə edərək geri çəkilmək, seçkidə uduzmasını təzyiqlərlə, digər neqativ səbəblərlə əsaslandırıb Avropa Məhkəməsinə müraciət etməklə oradan təzminat qazanmaqdır. Bu isə onu deməyə əsas verir ki, deputatlığa iddialı şəxslərin heç də hamısı bu mandatın hansı vəzifələri olduğunu dərk etmir. O mənada seçicilər səslərindən istifadə edərkən diqqətli olmalı, təsadüfi şəxslərin parlamentə düşməsinə imkan verməməlidirlər. İddiaçıların bu qədər çox olması həm də onu deməyə əsas verir ki, bu seçkilər daha aktiv keçəcək və seçici iştirakçılığı da yüksək olacaq.
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video