Son xəbərlər

 
Azərbaycan Prezidenti: "Rusiya ilə fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük"


"İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.

Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir", - deyə, dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq:

"Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.

Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.

Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək".
22 Yanvar 2020 Azərbaycanda 7 mindən çox sürücüyə sərt cəza — Generaldan açıqlama
22 Yanvar 2020 İlham Əliyev şərh etmədi: “Bu, Rusiyanın daxili işidir”
22 Yanvar 2020 Rusiyanın yeni hökumətinin üzvləri məlum olub — SİYAHI
22 Yanvar 2020 İlham Əliyev Vahid Ələkbərovla görüşüb — FOTO
22 Yanvar 2020 İlham Əliyev Çavuşoğlu ilə görüşdü
21 Yanvar 2020 Nazirdən yol polisinə tələb: “Kobudluğa və mübahisəyə yol verməyin” - FOTO
21 Yanvar 2020 İlham Əliyev Davosda məşhur şirkət rəhbəri ilə görüşüb
21 Yanvar 2020 Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
21 Yanvar 2020 Prezident Davosda “Rossiya 1” telekanalına müsahibə verdi – FOTO
21 Yanvar 2020 Paşinyandan Azərbaycanla bağlı SENSASİON SÖZLƏR: bakılılar qarşısında baş əydi və… – FOTO
21 Yanvar 2020 İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı…
21 Yanvar 2020 Prezident İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü olub
21 Yanvar 2020 İsveçrədə səfərdə olan Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti idarə heyətinin sədri ilə görüşüb
21 Yanvar 2020 Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb
20 Yanvar 2020 Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)
20 Yanvar 2020 Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
20 Yanvar 2020 "20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" — İlham Əliyev + FOTO
19 Yanvar 2020 Ağazadə Arifoğlu ilə açıq savaşa keçdi: tədbirdə qalmaqal – Video
18 Yanvar 2020 Vilayət Eyvazov mayooru rəis təyin etdi
18 Yanvar 2020 Vilayət Eyvazovdan gücləndirilmiş rejim ƏMRİ
17 Yanvar 2020 Zakir Həsənov Anjey Kaspşik ilə görüşüb
17 Yanvar 2020 Prezidentin köməkçisi: “Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”
17 Yanvar 2020 Putinin Rusiya ilə bağlı gələcək planı budur – Politoloq
16 Yanvar 2020 Ramiz Mehdiyevdən yeni təyinatlar — FOTO
16 Yanvar 2020 Eldar Əzizovdan yeni TƏYİNAT
16 Yanvar 2020 Əli Əhmədov: Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil
16 Yanvar 2020 “Qarşıya qoyulan tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək” — Vilayət Eyvazov
15 Yanvar 2020 Bakının 2020 siyasəti: Bank, İrəvana təzyiq və… – Şərh
15 Yanvar 2020 Vilayət Eyvazovdan yyeni TƏYİNAT
15 Yanvar 2020 "Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır" — İlham Əliyev