Son xəbərlər

 
Əli Əsədovdan yeni“İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilib.

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Azərbaycan Respublikasının ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri (bundan sonra – Reyestr) həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.

Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. 

Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.

Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr Azərbaycan Respublikasının dövlətin formasiya ehtiyatıdır.

Qərara əsasən, Reyestrdə dəyişikliklərin edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizə ilə birlikdə Agentliyə təqdim edildikdən sonra 15 iş günündən gec olmayaraq, Reyestrdə müvafiq dəyişikliklər edilir.

Reyestrdə dəyişikliklərin edilməsi üçün tələb olunan dövlət rusumu “ASAN ödəniş” sistemi üzərindən ödənildikdən sonra Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi elektron sistem vasitəsilə Agentliyə müraciət edə bilər. Bu halda Reyestrdə dəyişikliklərin edilməsi barədə müraciət Agentliyə daxil olduqdan sonra 3 (üç) iş günü müddətində dəyişikliklərə dair məlumatlar elektron daşıyıcıda tərtib olunan Reyestrə daxil edilir. 

Reyestrdə dəyişikliklərin aparılması üçün Agentliyə təqdim olunan məlumatların dürüst, dəqiq və tam olmasına görə məsuliyyət patent sahibinin və ya onun vərəsəsinin (hüquqi varisinin), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin üzərinə düşür.

Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertizanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilmir.

Patentin əsli itirildikdə və ya korlandıqda (zədələndikdə) patent sahibinin əsaslandırılmış vəsatəti əsasında dövlət rüsumu ödəməsi şərtilə ona patentin dublikatı verilir. 
Patentin əsli itirildikdə, bu barədə patent sahibinin ərizəsi əsasında Agentliyin rəsmi bülletenində elan dərc olunur.

Reyestrə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.

Reyestrin aparılması ilə bağlı bu Qaydada nəzərdə tutulmayan digər məsələlər Qanuna uyğun olaraq tənzimlənir. 

12 Dekabr 2019 Onlar növbədənkənar seçkidə deputatlığa namizəd olmayacaq – Dəqiqləşən adlar…
12 Dekabr 2019 Prezident Heydər Əliyevin məzarını ziiyarət etdi
12 Dekabr 2019 Heydər Əliyevin vəfatından 16 il ötür
11 Dekabr 2019 YAP-çılar Əli Həsənovla belə görüşdülər – FOTOLAR
11 Dekabr 2019 Deputat: “Heydər Əliyev ideyalarından güc alan Azərbaycan hələ çox zirvələri fəth edəcək”
11 Dekabr 2019 Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib — FOTO
11 Dekabr 2019 Vilayət Eyvazovdan daha bir təyinat
11 Dekabr 2019 İlham Əliyev Mədət Quliyevə daha bir VƏZİFƏ VERDİ – SƏRƏNCAM
10 Dekabr 2019 Milli Şura parlament seçkilərində iştirak etməyəcək – BƏYANAT
10 Dekabr 2019 Vilayət Eyvazovdan yeni TƏəYİNAT
10 Dekabr 2019 Niyə hamı deputat olmaq istəyir? – ŞƏRH
09 Dekabr 2019 Prezident onu “Əmək” ordeni ilə təltif etdi — SƏRƏNCAM
09 Dekabr 2019 Azərbaycan Prezidenti: "Rusiya ilə fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük"
09 Dekabr 2019 Viilayət Eyvazovdan yeni təyinat
09 Dekabr 2019 Milli Məclisin ən fəal deputatları — SİYAHI
09 Dekabr 2019 İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etdi
07 Dekabr 2019 Onlar yenə deputat olmaq istəyir… – SİYAHI
06 Dekabr 2019 Mikayıl Cabbarovdan erməni nazir müavininə sərt cavab - Video
06 Dekabr 2019 Prezidentlə xanımı Şamaxıda ağac əkdi
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı — QƏRAR
06 Dekabr 2019 Prezident Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında olub — FOTO
06 Dekabr 2019 Nazir: Ermənistan baş nazirinin bəyanatı sülh yolu ilə həll etmə anlayışına ziddi
06 Dekabr 2019 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub (FOTOLAR)
06 Dekabr 2019 Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
05 Dekabr 2019 “Varlığı ilə yoxluğu bilinməyən bəzi deputatlar indi aktivləşib” — Bəhruz Quliyev
05 Dekabr 2019 XALQININ VƏ DÖVLƏTİNİN KEŞİYİNDƏ DURAN AZƏRBAYCAN POLİSİ
05 Dekabr 2019 "Bakıda öz meydanımızda oynayacağıq" — Şenol Günəş
04 Dekabr 2019 Prezident yeni icra başçılarına tapşırıqlar verdi — YENİLƏNİB
04 Dekabr 2019 İlham Əliyev: "Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar"
04 Dekabr 2019 Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ