Son xəbərlər

 
Azər Qasımlının xanımından İlqar Məmmədova məktub

REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova açıq məktub ünvanlayıb. “Qafqazinfo”nun məlumatına görə, məktubun mətnini o, Feysbuk hesabında paylaşıb.

Məktubu olduğu kimi təqdim edirik: 

“Reala ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı Real-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya Reala aidiyyatı olmayan insanlar idi. Realdakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı Realın 2011-ci ildə “Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. Real-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı.

O zamanlar Real Hərəkatının cəmiyyətdəki reputasiyası “intelektualların klubu” çərçivəsindən kənara çıxa bilmirdi. Çünki ağıllı və savadlı adamlar bir İdarə Heyətinə toplaşmışdılar və onların cəmiyyətdəki rolu yalnız bəyanatlar vermək, hadisələrə münasibət bildirmək formatından kənara çıxa bilmirdi. Ən önəmli məqam həmin İdarə Heyəti heç bir siyasi məsuliyyət daşımırdı və heç kimin qarşısında da hesabatlılığı yox idi. İdarə Heyətinə yeni üzvləri elə İdarə Heyəti özü seçirdi.

Lakin 2013 və 2015-ci illərin seçkiləri, bu arada İlqar bəyin həbsdə dirəniş göstərməsi və Real-a kənarda simpatiyası olanların mesajları siyasi partiyanın qurulmasını labüdləşdirirdi. Partiyalaşma prosesi heç də asan keçmədi, çox keşməkeşli oldu. Daxildəki çəkişmələr artıq vəziyyəti o yerə gətirmişdi ki, partiyalaşmanı çox vacib hesab edən və bütün enerjisini bu işə yönəldən Azər Qasımlı belə bu prosesdən uzaqlaşmaq istəyirdi. Bir səhər mənə İlqar bəyə yazdığı məktubu oxudu. Mənim fikrimi soruşanda mən ona cavab verə bilmədim. Çünki gözlərim dolmuşdu, qəhərdən boğulurdum. Mən Azərə heç nə deyə bilmədim. O, məktubu oxuduqca gözümün önündə həbsxanada hər şeydən məhrum edilmiş İlqarı görürdüm. Azərin partiyalaşma prosesindən çəkilməsinin onun üçün zərbə olacağını düşünürdüm. Bu emosional vəziyyətim Azərə pis təsir etdi. O məktub həbsxanaya yox, zibil qutusuna getdi.

İlqar bəy, mən sizi çox istəyirdim və sizə böyük simpatiyam vardı. Həbsxanadan səmimi görünməyiniz, partiyalaşma ilə bağlı mesajlarınız məni inandırmışdı ki, siz siyasi partiyanın lideri olmaq istəyirsiniz. Lakin sizin son statusunuzun üçüncü abzası (“əvvəlcə buna qarşı çıxmışdım və deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara “kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin”) məni xəyal qırıqlığına uğratdı...

Lakin Real-da bu günə qədər nə zəhmətim keçibsə, heç birinə heyifsilənmirəm. Çünki nə etmişəmsə inanaraq etmişəm və ürəkdən etmişəm.

İlqar bəy, əgər xatırlayırsınızsa, bir dəfə söhbətimiz əsnasında demişdim, ki, istər seçki olsun, istərsə də digər siyasi addımlar, ən birinci görməli olduğunuz iş insanları inandırmaqdır. Təəssüf ki, addımlarınızla bütün inamı və güvəni dağıtdınız. Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.

Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəcüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-də qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə yenidən partiya yığarsınız”.

Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da labaratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır.

Ürəyimdə isə yalnız bir istək var: kaş ki, #ARZULADIĞIMREAL olardı”.

Xatırladaq ki, ötən gün Azər Qasımlı REAL Partiyasından istefa verib. 

12 Avqust 2020 Prezident “Azərsu”ya pul ayırdı
12 Avqust 2020 Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib
11 Avqust 2020 Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq — SƏRƏNCAM
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıqlarda — CANLI YAYIM
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 “Bu o deməkdir ki, vətəndaşların xeyrinə qərar qəbul edilib”
11 Avqust 2020 Cavid Qurbanov videokonfrans keçirdi - Foto
11 Avqust 2020 Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirilir
11 Avqust 2020 İrəvan Türk Respublikasının gələcək PLANLARI: “Pasportlaşma, parlament və prezident seçkiləri…”
11 Avqust 2020 Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 “Uşaq pulu, böyük pulu, nənə pulu, baba pulu…” – Mirşahin deputatları topa tutdu
10 Avqust 2020 “Son dəfə onunla Qurban bayramında danışdım” - Səfər Əbiyev
08 Avqust 2020 Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
07 Avqust 2020 Bəzi rayonlar DTX-nın keçirdiyi əməliyyatlardan nəticə çıxarmayıblar — Fazil Mustafa
07 Avqust 2020 Milli Məclisin iclası başlladı
07 Avqust 2020 Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? – Şərh
07 Avqust 2020 “Silah qalmaqalı” Bakı ilə Tbilisinin münasibətlərinə necə təsir etdi?..
07 Avqust 2020 Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır
06 Avqust 2020 Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı
06 Avqust 2020 Prezident 1 milyon ayırdı
06 Avqust 2020 “Vaxtında bu addımları atmasaydıq, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”
06 Avqust 2020 Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ
06 Avqust 2020 “1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın?" — Siyavuş Novruzov ETİRAZ ETDİ
06 Avqust 2020 Prezident koronavirusla mübarizə ilə bağlı müşavirə keçirdi
06 Avqust 2020 “Ermənistan koronavirus böhranına baxmayaraq, Azərbaycana qarşı hücumdan çəkinmədi”
06 Avqust 2020 Düşmən informasiya cəbhəsində də layiqli cavabını alır — VİDEO
05 Avqust 2020 Vilayət Eyvazovdan yenii TƏYİNATLAR
05 Avqust 2020 "İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər" — DEPUTAT