Son xəbərlər

 


Məlahət İbrahimqızı: “Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyənlərdə yarasa sindromu var…”

“ASDP sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin ”Bir millət, iki dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Şurasının sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu – sifarişlidir”. 

Deputat, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu sözləri “Yeni Müsavat”a açıqlamasında deyib. M.İbrahimqızı daha sonra bildirdi ki, yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil: “O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu, Hind-Avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsinə aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan 30 milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil, türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkcəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz! Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə vaxtaşırı könül bulandırmağa çalışırlar”.

Deputatın sözlərinə görə, dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir: “Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər İslam inancımızda, istərsə də Ümumdünya İnsan Haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik Allah tərəfindən verilən  dəyər olduğuna görə şükür etməliyik ki, o, bizi bəşəriyyətin əşrəfi olan insan yaradıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”. Lakin ASDP deyilən bir mini-partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir. Bu günlərdə möhtərəm prezidentimiz İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”a verdiyi müsahibəsində səsləndirdiyi “XXI əsr Türk Dünyası əsri olacaq” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıb. Prezidentimizin Azərbaycan-Türkiyə diasporunun 1-ci qurultayında “…Bir millətin iki diasporası ola bilməz” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm prezidentimiz hər zaman fəxrlə deyir ki, Azərbaycan – Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır!”

Xanım deputat əlavə etdi ki, iki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir: “Əslində bəlkə də belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki? Belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda donos verərək onların üzünə durublar. Nəhayət, bu insanlara bir sözüm var: tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun! Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov ”qardaşın qardaşa borcu olmaz” deyib. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa 3 mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə birgə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, iki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş komandanlarının iştirakı ilə, möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür, “yarasa sindromu” var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir. ?Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyətlə ölçürlər! Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə qardaşlığına kölgə salanlara möhtərəm prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq!”

Qeyd edək ki, ASDP sədri, deputat A.Əlizadə İTV-də yayımlanan 3D proqramında aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia edib. Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə Hind-Avropa irqinə aiddir”.

Qalmaqallı açıqlama Türkiyədə də səs-küy doğurub, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər A.Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etiraz bildiriblər.

21 Noyabr 2019 Baş nazirdən ikili diplomla bağlı qərar
21 Noyabr 2019 Bu şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi — SƏRƏNCAM
21 Noyabr 2019 Prezident onlara fəxri adlar verdi — SİYAHI
21 Noyabr 2019 İlham Əliyev bbu şəxsləri təltif etdi — SİYAHI
20 Noyabr 2019 Masallının icra başçısı işdən çıxarıldı — Prezidentdən yeni təyinat
20 Noyabr 2019 Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
20 Noyabr 2019 Novruz Məmmədov ADU-da kollektivə təqdim olundu
20 Noyabr 2019 Vilayət Eyvazovdan qərar — Nazir müavinləri qarşısında yeni tələb qoyuldu
20 Noyabr 2019 Yaşlı qadın xahiş etdi, Prezident borcun silinməsinə göstəriş verdi — VİDEO
20 Noyabr 2019 Cavid Qurbanov Prezidentə qatarda hesabat verdi — VİDEO
20 Noyabr 2019 Leyla Əliyeva Atatürk parkında — FOTO
19 Noyabr 2019 İbrahim Məmmədova Nazirlər Kabinetində — VƏZİFƏ VERİLDİ
19 Noyabr 2019 Əli Əsədov onu da vəzifəsindən azad etdi
19 Noyabr 2019 Prezident Pirşağı stansiyasında
19 Noyabr 2019 Prezident “28 May” metrostansiyasının qarşısında — VİDEO
19 Noyabr 2019 Eldar Əzizov direktoru işdən çıxardı
19 Noyabr 2019 Milli Məclis bu gün növbəti iclasa toplaşır
19 Noyabr 2019 Novruz Məmmədova bu gün vəzifə veriləcək
18 Noyabr 2019 Prezident Vasif Talıbovu qəbul etdi — YENİLƏNİB (VİDEO)
18 Noyabr 2019 Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib — FOTO
18 Noyabr 2019 Büdcə müzakirələri davam edir
18 Noyabr 2019 Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı — VİDEO
16 Noyabr 2019 Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib
16 Noyabr 2019 Prezident İlham Əliyev: “Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir”
16 Noyabr 2019 Vilaayət Eyvazovdan yeni — TƏYİNAT
16 Noyabr 2019 Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO
16 Noyabr 2019 Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu – QALMAQAL
15 Noyabr 2019 Azərbaycanda daha bir yüksək vəzifəlinin istefa xəbəri yayıldı – FOTO
15 Noyabr 2019 Vilayət Eyvazov daha bir polkovnikə yüksək vəzifə verdi
15 Noyabr 2019 Məmmədyarov: “Ermənistan rəhbərliyinin əsassız bəyanatları bölgədə gərginliyin artmasına xidmət edir”