Son xəbərlər

 
Qohum olan məmurlar

Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib.
"Ölkə.Az" "yenisabah”a istinadla xəbər verir ki, iqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Qohum məmurları oxucuların diqqətinə çatdırırıq. 
 
Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.
 
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.
 
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir. 
 
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov isə Xətai rayon prokuroru Yusif İldırımzadə ilə qudadır. Prokurorun qızı Ramil Usubovun oğlu Emil Usybovla evlidir. General-mayor rütbəsi daşıyan Emil Usubov Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisidir.
 
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qardaşı Adil Əliyev millət vəkilidir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.
 
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov  Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Abşeron Rayon Polis idarəsinin rəisidir. 
 
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.   
 

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.

05 Avqust 2020 Vilayət Eyvazovdan yenii TƏYİNATLAR
05 Avqust 2020 "İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər" — DEPUTAT
05 Avqust 2020 Fəttah Heydərovun vəfatından sonra Milli Məclisin ən yaşlı deputatı odur — FOTO
05 Avqust 2020 "Sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var" — Deputatdan ŞOK AÇIQLAMA
05 Avqust 2020 Prezident büdcədən pul ayırdı
05 Avqust 2020 Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəyanat
05 Avqust 2020 Azərbaycan XİN Livana başsağlığı verdi
05 Avqust 2020 Milli Məclis bu gün toplanır
04 Avqust 2020 Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə — QƏRAR
04 Avqust 2020 “Uzun illər kadr təyinatlarında neqativ hallar hökm sürüb”
04 Avqust 2020 Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır
03 Avqust 2020 Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır? — TƏHLİL
03 Avqust 2020 UFC yarışında qondarma rejimin “bayrağı”qaldırıldı - Azərbaycandan etiraz
01 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - Rəsmi
31 İyul 2020 İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib
31 İyul 2020 Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
31 İyul 2020 Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
30 İyul 2020 “Kim “ASAN xidmət”i bəyənməyə bilər?” - Prezident
30 İyul 2020 “Hamımız çox istəyirik ki, karantin rejimi tezliklə başa çatsın” - İlham Əliyev
30 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
30 İyul 2020 Prezidentdən yeni məktəb binasının tikintisi ilə bağlı — SƏRƏNCAM
30 İyul 2020 Prezident Polad Həşimovla bağlı tapşırıqlar verdi
30 İyul 2020 Prezident Qəbələdə də səfərdə olub — YEİLƏNİB - FOTO
30 İyul 2020 Azərbaycan-Türkiyə birgə təlimlərindən ilk görüntülər — VİDEO
30 İyul 2020 İlham Əliyev Şəkidə səfərdədir — YENİLƏNİB
30 İyul 2020 Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
30 İyul 2020 Prezident Balakən, Şəki və Qəbələ rayonlarında da səfərdə olub
29 İyul 2020 Prezident Balakəndə “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub — FOTO
29 İyul 2020 Prezident Balakəndə Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında — FOTO
29 İyul 2020 İsmayıllıda da modul tipli xəstəxana açıldı - Foto