Son xəbərlər

 

milli məclis ile ilgili görsel sonucu

Seçkilərin gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur;  YAP  parlament seçkilərində yaşlı namizədlər irəli sürməyək

Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.

Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. “Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.

Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil – deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir”.

 

Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxundu: “Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün  olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.

Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”.

15 İyul 2020 Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15 İyul 2020 İlham Əliyev şəhid general və polkovnikin ailəsinə zəng etdi — FOTO
15 İyul 2020 Zakir Həsənov şəhid generalla vida mərasimində iştirak edib — FOTOLAR
15 İyul 2020 “Onlar Milli Məclisdə bir sıra dağıntılar törədiblər”
15 İyul 2020 Milli Məclis Aparatından gecəki hadisələrlə bağlı açıqlama
15 İyul 2020 Polkovnik də II Fəxri Xiyabanda dəfn olundu - Fotolar
15 İyul 2020 Millət vəkili: Belə olsa, Azərbaycanı itirəcəyik
15 İyul 2020 Generalımız hansı şəraitdə şəhid olub? – Təfərrüatlar ÜZƏ ÇIXDI – TƏK DEYİLMİŞ
15 İyul 2020 General-mayor Polad Həşimov dəfn olunur — YENİLƏNİB + FOTO
15 İyul 2020 ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
14 İyul 2020 İlham Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
14 İyul 2020 Azərbaycan mayor şəhidini qarşılayır — VİDEO
14 İyul 2020 Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı — RƏSMİ
14 İyul 2020 Pakistan dediyini etdi — Azərbaycana dəstək verdi
14 İyul 2020 Qarabağı azad etməyin artıq vaxtıdır – Türk deputat
14 İyul 2020 “Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
14 İyul 2020 Dondar Quşçu atəşə tutuldu
13 İyul 2020 Azərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəziyyəti müzakirə etdi
13 İyul 2020 İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13 İyul 2020 Prezident Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
13 İyul 2020 Gərginliyin şok səbəbi: Ordumuz Ermənistanın qaz kəmərini vura bilər
13 İyul 2020 DİN-in xidmət rəisi yüksək vəzifəyə təyin edildi
13 İyul 2020 Vilayət Eyvazovdan generalın yerinə təyinat
13 İyul 2020 Ermənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi — ŞƏRH
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 "Ərazi itkisinə yol verilməyib" — Müdafiə Nazirliyi
12 İyul 2020 "Səhvim oldu, prezident də çıxardı" — Arif Qasımov
12 İyul 2020 Arif Qasımovun işdən çıxarılmasına səbəb olan — VİDEO
12 İyul 2020 İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11 İyul 2020 Baş Nazir təhsil sahəsi ilə bağlı qərar verdi