Son xəbərlər

 
Fuad Qəhrəmanlı qızlarındanBu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.

"Ölkə.Az" demokrat.az-a istinadən xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb. Oktyabrın 17-si saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir. 

Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub. O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq: “Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar”.

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib. Hətta bir qədər də irəli gedərək, “Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub. Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə “İstəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb. “Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir” deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

Bu arada qarşı tərəf, yəni Fuad Qəhrəmanlı isə AXCP-yə yaxın sosial media hesablarında qızının intim görüntülərini tirajlamaqla “aydan arı, sudan duru” çıxmağa çalışır. Guya o yaxşı atadır, sadəcə qızları əxlaqsızdır. F.Qəhrəmanlı bu məsələdə də Z.Yağmura 1:0 uduzub. Döyülən, söyülən, şiddətə məruz qalan qadın ailəsinin nüfuzunu qoruduğu halda döyənin, söyənin, sadistin biri özü haqqında “yaxşı kişi” obrazı yaratmağa çalışır.

Heç şübhəsiz bütün bunlar təsadüfi deyil. F.Qəhrəmanlı adlı siyasi kələkbaz öz maraqlarını hər şeydən, hətta doğma övladlarından da üstün tutur və bütün bu yalanları tirajlamaqda məqsədi yenidən “siyasi statusu”nu bərpa etməkdir. AXCP sədrinin müavinliyindən istefa verdiyini və siyasətdən getdiyini bəyan edən F.Qəhrəmanlı Milli Şuranın piketində görünürsə, demək onun “missiyası” hələ başa çatmayıb.

Bir halda ki, Milli Şuranın “başbilənləri” – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli aksiyaya qatılmayıb, o halda məxsusi olaraq F.Qəhrəmanlının piketdə iştirakı hansı məqsədlərə xidmət edir? Hakimiyyətə işlədiyinə dair məlum səsyazısından sonra özünü həm də cəbhəçi dostlarının yanında təmizə çıxarmaq istəyən Fuadın “Mən qızlarımı bağışlayıram, bütün hallarda mənim övladlarımdır” bəyanatının ardınca onları növbəti şiddətə məruz qoyaraq, evdən qoyması əsl “yurdçu xisləti”inin təzahürüdür.

AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olan, onunla birlikdə təhsil alan tələbə yoldaşlarının və keçmiş əqidə yoldaşlarının yekdil fikri var: Əli Kərimli hətta “böyük bayıra” gedəndə belə siyasi manevrlər edir və bu xisləti onun “yurdçu” dostlarına da sirayət edib. Köhnə “komsomolçu”nun bir zamanlar cani-qəlbdən müdafiə etdiyi sovet ideologiyasına xəyanəti ilə başlayan bu yol ardınca Əbülfəz Elçibəyə, əqidə dostlarına, tələbə yoldaşlarına, müxalifətə və Azərbaycanın milli maraqlarına xəyanətə qədər uzanır.

Necə deyərlər, “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Vaxtilə AXCP sədrinə, yəni Əbülfəz Elçibəyə xəyanət edən Ə.Kərimli bu gün AXCP sədri olaraq F.Qəhrəmanlı xəyənətkarlığı ilə üzləşib. Necə ki, o zamanlar Ə.Elçibəy bunu bilə-bilə heç bir tədbir görə bilmirdi, hazırda da Ə.Kərimli F.Qəhrəmanlı xəyanəti qarşısında acizdir. Məhz bu səbəbdəndir ki, Fuad Qəhrəmanlı Milli Şuranın aksiyasında öndə gedir, özünü yenidən siyasi realizə etməyə çalışır.

24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq