Son xəbərlər

“Ermənilər bədbəxt millətdir" — Zakir Həsənov















“Aprel döyüşləri ermənilərlə tarixi qarşıdurmanın bir hissəsidir. Erməni xalqı yüz illərlə digər imperiyaların əlində alət olaraq türk millətinə və müsəlmanlara qarşı soyqırımlar törədib. Biz bu tarixdən nəticə çıxarmalı, onu unutmamalı və xalqımızı, millətimizi, Vətənimizi və ana-bacılarımızı müdafiə etməliyik”.
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti gücləndikcə bəzi qüvvələr ermənilərdən ölkəmizə və millətimizə qarşı istifadə etməyə başlayırlar: “1918-ci ildə ermənilərə Azərbaycan torpaqları üzərində dövlət qurmaları üçün imkan yaradıldı. Buna baxmayaraq, onlar öz dövlətini qurduqdan sonra Azərbaycana, xalqımıza və türk millətinə qarşı cinayətər törətdilər. Ona görə də biz bu tarixi hadisələrdən nəticə çıxarmalıyıq. Ermənilər hər zaman Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə durublar və duracaqlar. Buna görə də biz həmrəy olmalı və xalqımızı müdafiə etməliyik. Azərbaycan höküməti dövlətin gücləndirilməsi üçün planlı şəkildə ciddi işlər həyata keçirir. Daxili və xarici, eləcə də ordu quruculuğu istiqamətində ciddi işlər görülür. Azərbaycan gücləndikcə ermənilər daha da fəallaşmağa başlayırlar. Onlardan istifadə edirlər. Ermənilər bədbəxt millətdirlər. Onlar böyük dövlətlərin əlində alətə çevriliblər”.
Müdafiə naziri vurğulayıb ki, aprel döyüşlərindən öncə Müdafiə Nazirliyinin zabitləri təxribatların qarşısının alınması üçün planlar hazırlayıb: “Azərbaycan gündən-günə güclənir. İlk olaraq ölkənin iqtisadiyyatı, daha sonra isə ordusu güclənir. Prezident İlham Əliyevin Azərbaycan Ordusunda həyata keçirdiyi islahatların nəticəsi olaraq ordumuz gücləndi və düşmənə sarsıdıcı zərbələr endirdi. Aprel döyüşlərindən öncə də bizim ermənilərlə toqquşmalarımız olub. Misal üçün, 2015-ci ildə ermənilər böyük itkilər verdilər. Bundan sonra onlar birləşib təxribatlar törətməyi fikirləşdilər və bu təxribatlara 2016-cı ilin aprelində əl atdılar. Məndən bəzən soruşurlar ki, aprel döyüşlərində əmri kim vermişdi? Biz hərbçi olaraq hər zaman düşmənin təxribatına hazır olmalıyıq. Bu planlar öncədən hazırlanır və təsdiqlənir. Eləcə də, həmin planlar hərbi hissələrdə müəyyən vəzifəli şəxslərə payanılır. Yəni, təxribatın qarşısının alınması qabaqcadan bilinir. Bu planlaşdırılmışdı və ümumi plan Ali Baş Komandan tərəfindən təsdiqlənmişdi”. 

"Azərbaycan Ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi. Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər", - müdafiə naziri vurğulayıb. 

Z.Həsənov bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: "Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu".
Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb — FOTO














Aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.

Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.

Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. “Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”, - deyə Eldəniz Sadıqov bildirib.

Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edərək deyib: “Aprel döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”. Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq”, - deyə Namiq Əliyev bildirib.
Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək, protezlərlə təmin edilən hərbçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirib.

Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edilib.

Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb, onlarla səmimi söhbət edib.

Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.



Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb — FOTO
Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb — FOTO
Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb — FOTO
Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb — FOTO
Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.
Altı şəhərin baş planları təsdiq edilib














Altı şəhərin baş planları təsdiq edilib.

Bu barədə Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.

Beləliklə, Göygöl şəhərinin 2033-cü ilə, Masallı şəhərinin 2034-cü ilə, Şəmkir, Xaçmaz və Salyanın şəhərlərinin 2035-ci ilə, Tovuz şəhərinin 2036-cı ilədək dövrdə inkişafına dair baş planları təsdiqlənib.
Qərarları baş nazir Novruz Məmmədov imzalayıb.
İlham Əliyevdən daha bir İNQİLABİ FƏRMAN















Preziden İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

Fərmanda deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

3.1. sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

3.2. məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

3.3. hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

3.4. hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

3.5. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

3.6. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

3.7. məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

3.8. mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

5.1. hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

5.2. hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

5.3. hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

5.4. ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

5.4.1. məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

5.4.2. məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

5.4.3. qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki:

6.1. məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

6.2. ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;

6.3. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün;

7.2. məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənsin və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

7.5.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin;

7.5.2. “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün;

7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün;

7.6. mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin.

7.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.8. birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 3.1-ci və 3.4–3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak etsin;

10.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

10.2.1. məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaitin ehtiyaclara uyğun artırılması;

10.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

12. Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılsın.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Elxan Şahinoğlu: “Məsələnin uzanması Türkiyədə siyasi gərginliyi artıra bilər”; Əziz Əlibəyli: “Az ehtimaldır, amma nəticənin dəyişməsi fəlakətli ola bilər”

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri bitsə də, proses yekunlaşmayıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki Qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq. Səslərin sayılması prosesi partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq. Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi. Hakim partiyanın bu etirazları çoxsaylı müzakirələrə səbəb olub. 8 mahalda sayılacaq səslərin nəticələri dəyişib-dəyişməyəcəyi yönündə ən müxtəlif fikirlər səslənir. Doğrudur, əksəriyyət hazırkı nəticələrə əsasən qalib olan ana müxalifətin namizədi Əkrəm İmamoğlunun üstünlüyünü qoruyacağını düşünür. Ekspertlər Türkiyə iqtidarının paytaxt Ankaranı, İzmir kimi böyür şəhərləri seçkilərdə müxalifətə uduzduqdan sonra ən strateji şəhər sayılan İstanbulu əldən verməmək üçün sona qədər cəhd göstərdiyini düşünürlər.

Ä°lgili resim

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AKP iqtidarının məğlubiyyəti həzm edə bilmədiyini düşünür:“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranı məğlub olmağa bəlkə də hazır idi, ancaq İstanbul bələdiyyəsinin itirilməsini həzm edə bilmir. Özü də buradan siyasətə başlayıb. Ona görə də təslim olmaq istəmir. Əlbəttə, səslərin yenidən sayılması tələbi istənilən partiyanın haqqıdır. Ancaq bunu süni surətdə uzatmaq da doğru deyil. Çünki birincisi, məsələnin uzanması Türkiyədə siyasi gərginliyi artıra bilər. İkincisi, bələdiyyə ilə bağlı qeyri-müəyyənlik hakim partiyanın özünün imicinə mənfi zərbə vurur. 1994-cü ildə Ərdoğan İstanbul bələdiyyə başçısı seçiləndə normal şəkildə təhvil-təslim prosesi olmuşdu. Bu dəfə isə məğlub müqavimət göstərir və qalibin əlini sıxmaq istəmir”.

əziz əlibəyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Öncəliklə onu qeyd edim ki, AKP tərəfindən İstanbulda Binəli Yıldırımın namizəd kimi göstərilməsi uzun zaman müzakirə doğurdu. Məclis spikerinin, sonuncu baş nazirin cəmi 8 ay işlədikdən sonra istefaya gedib bələdiyyə seçkisinə qatılmasını çox adam izah edə bilmədi. Yəni haradan-haraya sualı ciddi olaraq ortada fırlanmağa başladı. Əslində isə Yıldırımın İstanbuldan namizəd olması birbaşa prezident Ərdoğanın planı idi. Binəli Yıldırımın isə bununla razılaşması böyük ehtimalla onu qırmamaq istəyi ilə bağlı olub. Çünki Ərdoğan Yıldırımı bələdiyyə başqanı seçdirməklə daxili qərarnamə ilə bir müddət sonra İstanbul valiliyinin səlahiyyətlərini də ona vermək niyyətində idi. Amma göründüyü kimi, seçimlərin ilkin açıqlamasında onun rəqibi Əkrəm İmamoğlu 22 min səs artıq topladı. Hesab edirəm ki, Ərdoğan başqanlığındakı ölkə kifayət qədər yüksək demokratiya nümunəsi ortaya qoydu - baxmayaraq ki, böyük şəhərləri itirdi, amma bölgələrdə, xüsusilə də HDP-nin əlindən vacib kürd şəhərlərini ala bilməsi böyük uğur idi.

İstanbulda YSK-nın bəzi rayonlarda təkrar seçim qərarı nəticəyə təsir göstərə biləcəyi barədə xəbərlər yayılır. Amma burada bir arqument var ki, əgər səslər hesablanarkən yanlışlığa yol verilibsə, bu, təkcə AKP üçün zərərli deyil. Digər partiyaların da ümumi səsi zədə görmüş olardı. Belə olan halda indiki faizləri bütün partiyalardan silmək lazım gələcək. O durumda İmamoğlu da bildirdi ki, qələbəsini dəyişəcək faktor mövcud deyil. Əlbəttə, AK Partiya rayonlarda qalib gəlib, şəhəri uduzmaq böyük şanssızlıqdır. Nəticələr dəyişməyəcək. Amma İstanbul seçimi göstərdi ki, AKP rəhbərliyində ciddi idarəetmə problemi yaranıb. Çünki açıq etiraf edildi ki, bu seçimlərdə hakim partiyadan üç şəxs səmimi olaraq seçimlərdə iştirak etdi: Ərdoğan, Binəli Yıldırım və Süleyman Soylu. Az ehtimaldır, amma seçimin nəticəsi dəyişərsə, İstanbulda əsl fəlakət yaşana bilər. Artıq təkrar hesablamalarla bağlı ABŞ-dan etiraz bildirildi. Belə həssas bir anda nəticəni dəyişəcək istənilən sonuc Türkiyədə ciddi qarşıdurmalar yarada bilər. Əminəm ki, prezident Ərdoğan buna izin verməz. Seçkidə alınan mesajları düzgün oxuyub, zəif detalları aradan qaldıra bilər”.

İlham Əliyev keçmiş nazirə yeni vəzifə verdi














Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

İlham Əliyev keçmiş nazirə yeni vəzifə verdi






1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.
Azərbaycan müharibə hazırlığını bitirib - GƏLİŞMƏ














Azərbaycan ordusunun 3 il öncəki möhtəşəm blits-hərb zəfərinin ildönümü günlərini yaşayırıq. Məhz aprel şəhidlərinin qanı hesabına cəmiyyətimizdə “uğursuzluq kompleksi” aradan qalxmış oldu, millətimizin qaməti xeyli dərəcədə düzəldi, özünəinamı gücləndi, işğalçı erməni ordusunun “məğlubedilməzlik” mifi isə darmadağın edildi. Azərbaycan xalqı böyük hərb zəfərinby uzaqda olmadığnı hiss elədi və atəşkəs dönəmində ilk dəfə onun “dadını” duydu. 

Dünən Azərbaycan prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsində aprel qələbəsinin ildönümü münasibətilə videoçarx paylaşılıb. Dövlət başçısı “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016" sözlərini qeyd edib. Təbii ki, bütün xalq onlarla fəxr edir.

Yada salaq ki, “4 günlük” aprel döyüşlərində Azərbaycan ordusu şəhidlər versə də, düşmənin itkiləri bundan qat-qat çox olub (320 ölü, yüzlərlə yaralı)...

*****

Əlamətdardır ki, dünən - ildönüm günündə İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Hərbi geyimdə hərbçilər qarşısında çıxış edib. Bu da işğalçı tərəfə özünəməxsus mesaj sayıla bilər. Çünki aprel hərbi zəfərində mühüm rol oynamış ən elit hərbb birləşmələr kimi Xüsusi Təyinatlı Qüvvələrin hissəsinə baş çəkməklə dövlət başçısı düşmənə Azərbaycanın istənilən an aprel zəfərini qat-qat böyük miqyasda təkrarlamağa hazır olduğunun mesajını verib.

Prezident çıxışında qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan ordusu ilə fəxr edə bilər, Azərbaycan ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir. “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma ”Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaq", - ölkə rəhbər vurğulayıb.

“Danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir” - prezident bildirib.

*****

Niyə də olmasın. Bu gün dünya ordularının reytinq siyahısında 52-ci yerdə qərarlaşan Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu sayılır. İşğalçı ölkə isə 96-cı yerdədir. Ermənistanın müdafiə naziri David Tonoyanın çərənləməsinə, ölkəmizi yeni ərazi işğalı ilə hədələməsinə rəğmən, aradakı fərq özlüyündə hər şeyi deyir. Azərbaycan müharibə hazırlığını bitirib.

Yeri gəlmişkən, “4 günlük” aprel müharibəsi zamanı Tonoyan müdafiə nazirinin müavini olub. Görünür, Azərbaycan əsgərinin verdiyi dərsdən yaxşı nəticə çıxarmayıb və onu daha böyük miqyasda təkrarlamaq lazım gələcək. Məlumatlara görə, Tonoyanın heç hərbi təhsili də yoxdur.

Əfsus ki, özünü dünyaya, Qərbə demokrat, sülh carçısı kim sırımağa çalışan baş nazir Nikol Paşinyan Tonoyanın Vyana görüşündən dərhal sonra verdiyi bu sərsəm bəyanatına dəstək verib. “Əgər Tonoyan başqa bəyanat versəydi, mən onu vəzifəsindən azad edərdim” deyib.

“Tonoyanın bəyanatı ətrafında yaranan ajiotaj mənasızdır. O deyib ki, əgər müharibə başlayarsa, biz qələbə qazanmağa cəhd edəcəyik. Tonoyanın bəyanatı həll prosesinə heç bir halda kölgə salmır”, - deyə o iddia edib. Paşinyan Tonoyanın onun nəzarəti altında hərəkət etdiyini də bildirib.

*****

Doğrudur, Tonoyan onun nəzarətindədir. Bəs “qərbçi” Paşinyanın özü kimin nəzarətindədir? Nədən Vyana görüşü bitər-bitməz o, Kremlə əlüstü zəng elədi? Suallara erməni siyasi şərhçinin dili ilə cavab verəcəyik.

“Bu gün Ermənistan Qərbdən əvvəlki rejimlərdəki tək uzaqdır. Üstəlik, Paşinyan öz sələfləri kimi Putinlə istənilən məsələ ilə bağlı məsləhətləşməyə tələsir. İlham Əliyevlə növbəti danışıqlar aparan Paşinyan Vyanadan qayıtmağa macal tapmamış dərhal Rusiya prezidentinə zəng vurdu ki, danışıqların gedişi və nəticələri barədə ona hesabat versin”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Armenianreport.com saytındakı dünənki baş məqalədə deyilir.

Məqalənin davamında bildirilr: “Sual olunur: bu halda Paşinyan Kremlin oyuncaqları olmuş Serj Sərkisyan və Robert Köçəryandan nə ilə fərqlənir? Onlar da eyni cür hərəkət edirdilər. Belə çıxır, Paşinyan da Ermənistanın əvvəlki rejimlərinin başçıları tək Putinə yaltaqlanmaqdan qurtula bilməyib. Maraqlıdır ki, Əliyev belə şey eləmədi. Moskvaya zəng vurub Paşinyanla görüşün nəticələri haqda hesabat vermədi. Bizimki isə verdi”.

Müəllif bunun ardınca kinayəli şəkildə Moskvanın artıq Paşinyan sarıdan arxayın olmalı olduğunu qeyd edir: “Kreml və onun analitikləri arxayın ola bilərlər: Ermənistan Rusiyadan uzağa getməyib və belə görünür, yaxın zamanlarda heç yerə də getməyəcək. Müxalifətçi Nikol Paşinyan Ermənistanı Qərbə yaxınlaşdıracağını vəd eləmişdi. Ancaq onun timsalında bu, o demək deyil ki, baş nazir Paşinyan da eyni cür hərəkət edəcək. Odur ki, Moskvada rahat nəfəs ala bilərlər - Ermənistan KP MK-nın 1-ci katibi, yoldaş Nikol Vovayeviç Paşinyan Sov. İKP MK-nın baş katibi yoldaş Vladimir Vladimiroviç Putinin müdrik kursuna və göstərişlərinə bundan sonra da əməl etməyə hazırdır”.

*****

Paşinyanın Kremlə sədaqəti şübhə yox ki, şəxsi hisslərlə yox, ən əvvəl Qarabağ konfliktinin həllinə Rusiyanın hələ də qalmaqda olan güclü təsir imkanı ilə bağlıdır. Erməni baş nazir Kremlin susqunluğu fonunda Azərbaycanın aprel müharibəsini daha geniş miqyasda təkrarlayacağından ehtiyatlanır.

Məsələ də ondadır ki, Vyana görüşünün kövrək nəticəsini sıfırlayan Paşinyan və onun müdafiə nazirinin son davranışları, baş nazirin öz sələfləri kimi absurd və davakar ritorika sərgiləməsi sülh anlaşmasına şans qoymur.

“Qarabağ münaqişəsini müharibəsiz nizamlamaq mümkün deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış siyasi-hərbi analitik Aleksandr Xramçixin “168 jam” nəşrinə müsahibəsində deyib.

“Vyanada hər hansı müsbət nəticə əldə eləmək üçün əsaslar yox idi. Əgər ritorika bu qədər sərtləşibsə, demək, Vyanada liderlər bircə məsələni belə razılaşdıra bilməyiblər və bu da təbiidir. Dəfələrlə dediyim kimi, bir-birinə diametral zidd mövqedə olan Azərbaycan və Ermənistan rəhbərləri nə barədə anlaşa bilərdilər ki? Qarabağ münaqişəsini müharibəsiz nizamlamaq mümkün deyil. Mən bundan necə qaçılacağını anlamıram. Sadəcə, müharibənin konkret nə vaxt olacağını söyləməkdə çətinlik çəkirəm”, - deyə o qeyd edib.

Rusiyalı analitikə görə, belə vəziyyətdə həll yalnız tərəflərdən birinin tam kapitulyasiyası nəticəsində mümkündür. “Mən bilmirəm hansı tərəf müharibəsiz kapitulyasiya etməlidir və niyə etməlidir. Kapitulyasiya daha bir müharibənin nəticəsində mümkündür” - Xramçixin əlavə edib.

O da Ermənistan olacaq. Təkcə fərqli hərbi və iqtisad göstəricilərə görə yox. Həm də o səbəbə ki, tarixdə heç bir işğalçı yiyələndiyi yad torpaqları uzun müddət əlində saxlaya bilməyib... 
“Yeni Müsavat”
“Əfv olunsa, ölənə qədər prezidentə xidmət edəcəyini yazmışdı” - YAP-çı deputat













Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qafqazinfo”ya geniş müsahibə verib. 
Müsahibənin birinci hissəsini təqdim edirik:

- Bu ilin əvvəlindən başlayaraq dövlət başçısı sosial sahədə bir neçə istiqamət üzrə əməkhaqlarını artırıb. Ancaq artım söhbəti eşidilən kimi ərzaq bazarında qiymətlər bahalaşmağa başladı. Vətəndaşlar da hesab edir ki, bu artımlar elə çoxalan xərclərə sərf olunur və cibdən gedir. Sizcə, bu məsələyə necə nəzarət edilməlidir? 

- Məsələyə ciddi şəkildə nəzarət etmək lazımdır ki, süni artımlar ortaya çıxmasın. Bilirsiniz ki, qiyməti qaldıran dövlət yox, ayrı-ayrı ticarət müəssisələridir. Bunlar da xüsusi mülkiyyətdir. Onlar da artımları eşidən kimi daha çox qazanc əldə etməyə çalışırlar. Vətəndaşların hətta öz səhvi belə olsa dövlət yükü öz üzərinə götürür. Bundan da bəhrələnmək istəyənlər var. Pensiyaçının pensiyası artıbsa şəkərin, soğanın, qiymətinə hansısa əlavələr etmək ancaq möhtəkirlərin, süni şəkildə qiymət bahalaşdıranların fəaliyyətidir. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi strukturu yaradılıb. Hesab edirəm ki, bu məsələlərlə bağlı əlavə səlahiyyətlər həmin quruma verilməlidir. Həmçinin inhisarçılığa qarşı mübarizə aparan digər strukturlar da bu prosesə qoşulmalıdır. 

- Soğandan bəhs etdiniz. Elə soğanın qiyməti də kəskin bahalaşıb. Bu da əhalinin əsas istifadə etdiyi kənd təsərrüfatı məhsulu olduğuna görə, bir qədər narazılıq yaradıb. Daxili bazarda soğanın qiymətini tənzimləmək mümkündürmü?

- Rayon və kənd yerlərində yaşayan insanlar bilir ki, mart ayı bir fəslin bitməsi digər fəslin başlamasıdır. Bu zaman köhnə məhsul başa çatmaq üzrədir, yenisi isə hələ yoxdur. Yəni, yeni soğan çıxana kimi proses ola bilsin ki, belə olsun. Təbii ki, burada süni şəkildə vəziyyətdən istifadə etmək də var. Daxili bazarın qorunması məsələsində fermer razı, vətəndaş isə narazı qalır. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı proqnozlaşdırma olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə hansı məhsullara təlabatın nə qədər olmasını müəyyənləşdirməlidir. Həmçinin, dövlət vətəndaşlarla müqavilə bağlamalıdır ki, əgər o, hansısa məhsulu istehsal etsə, onu kəndlidən alacaq. Təbii fəlakət baş versə qarşılıqlı anlaşma şəklində məsələnin həlli razılaşdırılmalıdır. O zaman bu məsələlər həllini tapacaq.

- Dövlətin vətəndaşların problemi ilə bağlı məsələni öz üzərinə götürdüyünü vurğuladınız. Ancaq ekspertlər hesab edir ki, dövlət büdcəsini bu qədər yükləmək olmaz. O büdcə vətəndaşların ödədiyi vergilərdən formalaşır...

- Təbii ki, bir neçə hallar var, bunlar aradan qaldırılmalıdır. Bunlardan birincisi sığorta sistemidir. Məsələn, mənim deputat seçildiyim Naxçıvan Muxtar Respublikasında bütün dəyəri olan əmlaklar sığortalanıb. Bu proses davam edir. Orada da bəzən deyinmələr olur ki, niyə sığorta haqqı ödəməliyəm?! Sonradan effektini görəndə bunu başa düşürlər. Cənab prezident də çıxışında dedi ki, sığorta sistemində yeniliklər olmalıdır. Vətəndaşlarımız da çalışmalıdır ki, bu sahədə köməklik etsinlər. Hər biri öz evini, nəqliyyat vasitəsini sığortalatdırsın. “Diqlas” ticarət mərkəzində malları yanan sahibkarların və icarədarların çıxışlarına qulaq asıram. Biri deyir ki, malının sayını bilmir. Necə sayını bilmirsən? Bir qələmin itsə göydə bilirsən ki, o itib. Bu cür yanaşma düzgün deyil. Böyük bir restoranın sahibi oradakı pomidor-xiyarın sayını əzbər bilir. Sən bilmirsən ki, satdığın mal nə qədərdir? Axı gündəlik hesabat aparırsan. Araşdırmaq üçün yarım saat vaxt lazımdır ki, səmimi şəkildə orada olan əmlakları ilə bağlı komissiyaya məlumat versinlər. Biri deyir ki, 2 milyon malım var. Sual olunur, bu qədər mal haradan gəlib? Bunun gömrüyü, vergisi var. Dövlət bu qədər addım atıb yükü öz üzərinə götürüb. Vətəndaş, sahibkar da gərək buna qarşılıqlı cavab versin. 

- Sığorta şirkətlərinə “niyə ticarət müəssisələrini sığortalamırsız?” sualını verəndə deyirlər ki, onlar malların uçotunu düzgün aparmırlar. Bir çox ticarət müəssisələri heç vətəndaşlara kassa çekləri də vermirlər. Müvafiq dövlət qurumları nəzarəti gücləndirməli deyilmi?

- Mütləq. Vətəndaşlar özləri də çekləri tələb etməlidir. Azərbaycan nağdsız ödəniş sisteminə keçib. Ona görə mütləq ticarət müəssisəsi kassa aparatından istifadə etməlidir. Görürük ki, kassa aparatından istifadə olunmur. Burada vətəndaşın da məsuliyyətini düşünməliyik. O bilməlidir ki, verdiyi puldan vergi veriləcək, o da sonradan vətəndaşa qayıdır. Ona görə də biz buna göz yummamalıyıq. Bəzən görürsən ki, çekdə aldığı qiymətdən başqa qiymət yazılır. Qanunsuz halları görəndə sosial şəbəkələrdə yaza bilərlər, qurumların qaynar xəttinə də müraciət edə bilərlər. Biz bunların heç birini etmirik. Gərək birinci addımı özümüz ataq. 



- Bəzən də elə olur ki, iri sahibkarlar öz məsələlərini həll etməyərək vətəndaşı incik salır. Elə bu günlərdə Şərurlu İsfəndiyar kimi tanınan tikinti maqnatının şəhid ailəsinə qarşı narazılıq yaradan müəyyən hərəkətləri oldu. Birinci vitse-prezident bu işə qarışaraq ailəni evlə təmin etdi. Amma tək onlar yox, həmçinin bu tikinti maqnatından narazı qalan başqa vətəndaşlar da var...

- Mən məsələni mətbuatdan oxudum, başa düşmədim ki, kim təqsirkardır. Bunun ən düzgün yolu məhkəmə qaydasında araşdırmadır. Hesab edirəm ki, şəhid ailəsinə hər birimiz diqqətlə yanaşmalıyıq. Hətta ödənişi həyata keçirə bilməyibsə də, şirkət imkanlıdırsa onun sosial proqramı olmalıdır. Bundan da istifadə edib dəstək göstərilməlidir. Mənə də onlarla müraciət daxil olur. Elə hallar var ki, orada vətəndaş haqlıdır. Bəzi hallarda isə vətəndaş qanunsuz halda sahibkardan mənzil tələb edir. Hələ də sosializm düşüncəsi cəmiyyətdə qalmaqdadır. Sahibkar deyəndə mütləq beyinlərdən keçir ki, bu, oğrudur, quldurdur və. s. Ancaq bu sağlam şəkildə iqtisadiyyatı bilən insandır. Bu psixologiyadan tədricən çıxmalıyıq. Məhkəmələr bunu araşdırmalıdır. Bununla bağlı islahatlar gedir. Qərar da dərhal icra olunmalıdır, mexanizm mütləq işləməlidir. 

- Məhkəmələrdə hansı islahatların aparılması gözlənilir?

- Biz istəyirik məsələ qaldıraq ki, məhkəmələrdən təkrar qətnamə qaytarmaq məsələsi olmasın. Bir instansiya qərar qəbul edir, sonra Apelyasiyaya verilir, sonra Ali Məhkəməyə məsələ gedib çıxır. Ali Məhkəmə yenidən qərarı ilkin instansiyaya göndərir. İlkin stansiya səhv qərar çıxarıbsa, ilk növbədə, o cəzalandırılmalıdır. Məhkəmənin qərarı dövlətin adından çıxarılır. Deməli, ya məsuliyyətsizlik edib, ya öz sahəsini bilmir. Ya da dolayısıyla hansısa marağı olub ki, bu qərarı qəbul edib. Ona görə də kifayət qədər işlər bu günə qədər gəlib çıxır və icra etmək mexanizmi qalır. Bu da illər çəkir. Bir iş 4 dəfə geri-irəli gedib-gəlir. Nəticədə vətəndaşın əsəb sistemi pozulur. Biz bunu dərk edirik. Hesab edirik ki, məhkəmə strukturlarında yenilik olmalıdır. 

- Elə onlar da siz dediyiniz ki, get- gəllərdən əsəblərinin pozulduğunu vurğulayırlar. Üstəgəl, məhkəmə həmin şəxsləri zərərçəkmiş kimi də qəbul edib, amma icra mexanizmi yoxdur. Dələduzluğa məruz qalıblar.

- Şirkət dələduzluq etməyə çalışır. Gərək vətəndaş da buna aldanmasın. Əmlak məsələləri ilə bağlı yeni sistemə keçilib. Artıq bu məsələlərin hamısı ciddi nəzarət altındadır. Vahid tikinti reyestri var və sənədlər də orada qeydiyyatdan keçib. İlkin dövrlərdə, tikinti bumu başlayanda belə hallar baş verdi. Bir mənzili bir neçə nəfərə satmaq halı oldu. İndi bu kimi hallar tamamilə aradan qalxıb.

- Dövlət rəhbəri iclasların birində təhsil sahəsində islahatların aparılacağına toxundu. Orta məktəb şagirdləri və valideynlər dərsliklərin qəliz dildə yazıldığını, 1-ci və ya 2-ci sinif uşağının onları qavramağının çətin olduğunu qeyd edirlər. Bununla bir növ təhsilsizliyə getdiyimizi vurğulayırlar... 

- Ümumiyyətlə, təhsildə vahid bir sistem mövcud olmalıdır. Mən indi bu sahədə olan insanları qınamıram. Amma çoxu sovet psixologiyasından əl çəkə bilmir. Deyir ki, bir- iki dəfə müdafiə etməlidir. Elmlər namizədi olmalıdır, sonra doktor olmalıdır. Buna görə də biz 10 il “Təhsil haqqında” qanunu qəbul edə bilmədik. Hər alim özünün düşündüyünü tətbiq etmək istəyir. Bir az Avropadan, bir az Asiyadan, bir az postsovet məkanından götürməklə olmaz. Vahid bir sistem olmalıdır. Şagird də belə olanda sxemə düşə bilmir. Sovet dövründə I sinifdə oxuyanda bilirdin ki, ya 10-cu sinifdə ali məktəbə gedəcəksən, ya da 8- ci sinifdən peşə təhsilinə gedəcəksən. Amma indi 2 ildən bir qərar qəbul olunur. Tutaq ki, şagird birinci sinifdə nəzərdə tutub ki, dəqiq elmlər sahəsinə gedəcək. Dəyişiklik olanda bu da şagirdə təsir edir. Test sistemi yaxşıdır. Oxuyan gedib universitetə daxil ola bilir. Bu sahədə inkişaf var, amma müəyyən dəqiqləşdirilmələr də getməlidir. 

- AMEA-nın ləğvi mümkün ola bilərmi?

- Hesab etmirəm. Çox ciddi işlər gedir. Milli Elmlər Akademiyasının strukturu iki hissədən ibarətdir. Bir sahə dövlət üçün lazım olan sahədir. Gəlir gətirməsə belə, dövlətin tapşırıqlarını yerinə yetirir. Elə sahələr də var ki, onlar dövlət büdcəsindən vəsait almaqla yanaşı, ayrı-ayrı şirkətlərlə müqavilələr bağlayıb qrantlar alırlar. Məsələn, ərəb ölkələrində akademiya yoxdur. Bu da millətin səviyyəsini müəyyənləşdirir. Bizdə hələ dövlətin nəzarəti altındadır. Ayrı-ayrı institutlar var ki, onlar özləri də qazanc əldə edir. 

- Bu günlərdə 31 Mart soyqırımı qeyd olundu. Ancaq bu soyqırımları xarici auditoriyaya tanıtmaq lazımdır. Bunun üçün də ən təsirli vasitə film çəkməkdir. Amma illərdir ki, kino sahəsinə pul ayrılsa da, bunlarla bağlı fundamental film çəkilməyib. Sizcə, niyə?

- Bu fikirlə mən razıyam. Birinci ssenari olmalıdır. Çəkəndə isə onu yüksək texnologiya əsasında çəkmək lazımdır. 1905, 1918-ci ilin soyqırımları, Xocalı soyqırımı. Məsələn, Xocalı soyqırımını öz gözümüzlə görmüşük. Biz daxildə ağlaşma kampaniyası üçün yox, xaricə erməni vəhşiliyini tanıtmaq üçün film çəkməliyik. Eyni zamanda, ermənilərin havadarları da burada öz əksini tapmalıdır. Bu məsələdə maliyyə ilə yanaşı, vətənpərvərlik ruhu və vətəndaşlıq məsuliyyəti da olmalıdır. Türkiyədə tarixi sərkərdələrlə bağlı seriallar çəkirlər. Bizim də dövlət quran sərkərdələrimiz olub. Məsələn, Şah İsmayıl Xətai ilə bağlı bir dənə də filmimiz yoxdur. Ancaq baxırsan ki, hər kanalda serial gedir. Bunu orada öldürdülər, bunu burada öldürdülər. Bəs biz hara baxırıq? Bunları niyə görmürük? Bu ölənin bir yası olmalıdır da. Biz nəyi təbliğ edirik? Rusiyanın kriminal aləmindən ssenari götürüb onu Azərbaycanlaşdırırlar. Ordan bunu gətirib Azərbaycanda serial çəkməyin nə mənası var? 



- Belə kinolara baxanda da gənc nəsl kriminal aləmə rəğbət bəsləməyə başlayır...

- Bilirsiniz, onlar keçmiş sistemi görməyiblər, gördükləri bunlardır. Ancaq bir nəfər binadan yıxılanda da Azərbaycanda bütün kanallar, sosial şəbəkələrdə məlumat gedir. Bəs bu qədər qırğınlar harada baş verdi? Çəkilişlər olanda bu reallığı əks etdirməlidir. Film canlı həyatın reallığıdır. Bunlardan da cəmiyyət bir tərbiyə almalıdır. Ancaq gəldim, zalda insanları güldürdüm, getdim şəklində olmamalıdır. Xarici ədəbiyyatlara müraciət olunmalıdır. Keçmiş dramaturqlarımızın əsərləri yenidən səhnəyə qoyulmalıdır. 

- Qeyd etdiniz ki, ermənilərin vəhşiliyi ilə bağlı film çəkmək üçün vətənpərvərlik olmalıdır. Onda belə çıxır ki, bizim yazıçılarımızda bu hiss yoxdur? Məsələn, xalq yazıçısı Anar niyə bu təşəbbüslə çıxış etmir? Prezidentin mədəniyyət xadimləri ilə görüşündə də ictimaiyyət onları tənqid etdi ki, hərə öz problemini qaldırdı. Kimsə bu cür məsələ ilə bağlı çıxış etmədi...

- O görüş çox əhəmiyyətli bir görüş idi. Ulu öndərimiz, hazırkı dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət xadimləri ilə mütəmadi olaraq görüşüb. Onların həm şəxsi, həm də mədəniyyət sahəsində olan məsələləri həll edilir. Bir çox ölkələrdə yaradıcı təşkilatlar ümumiyyətlə, özəl təşkilatlardır. Azərbaycanda isə bu təşkilatlar dövlət büdcəsindən maliyyələşir. Dövlət buna da diqqət və qayğı göstərir. Bu, lazımdır. Yeni nəslin də inkişafına yol açır. 50 nəfər gənc yazıçıya əlavə təqaüd verilir. Rəssamlara, bəstəkarlara və başqalarına da dəstək göstərilir. Büdcədən ayrılan vəsaitdə, məsələn, siyasi partiyalara ayrılan vəsaitdə qeyd olunur ki, onun neçə faizi əməkhaqqı, neçə faizi isə digər sahələrə sərf olunmalıdır. Bu zaman hesabatlılıq bilinir. Həmin təşkilatlara da ayrılan vəsaitin konkret proqramı olmalıdır. Əgər vəsaitə ehtiyac varsa, dövlətə müraciət edilməlidir. Özəl sektor da buna diqqət göstərməlidir. 

- Sizin otağınızdakı şkafın üstündə Quranla bağlı bir neçə kitab var. Çoxu Quranı evinin ən hündür yerinə qoyur, amma oxumur. Maraqlıdır ki, bəs siz bu kitabları oxumusunuzmu? 

- Mən parlamentin dini qurumlar komitəsinin sədri olmamışdan qabaq həm din tarixi, həm də müasir dövrlə bağlı maraqlanmışam. Hansı ölkəyə gedirəmsə orada kilsəyə də, sinaqoqa da, məscidə də gedirəm. Çin-Azərbaycan dostluq qrupunun rəhbəriyəm. Orada buddanın çox böyük abidələri var. Bütün bu yerlərin hamısını gəzirəm. Biri deyir ki, mən Quranı 8 dəfə oxumuşam. Quranı istəsən 20 dəfə oxu, əgər ona qədər 50-yə yaxın kitab oxumasan, Qurandan heç nə başa düşəsi deyilsən. Quranda cümlə yoxdur, surə və ayələr var. Bu kitaba gəlib çatmaq üçün bütün dinlər, onların yaranma tarixi, müsəlman hüquq məktəbləri, ayrı-ayrı cərəyanları, qopmaları bildikdən sonra deyə bilərsən ki, tutaq ki, Nur surəsinin 31-ci ayəsində göstərilən məsələ nəyi əhatə edir. Yoxsa 10 dəfə yuxarıdan aşağıya oxusan da heç nə dərk edə bilməzsən. 

- Son zamanlar siyasət cameəsində aktivlik müşahidə olunur. Müəyyən təşkilatlar yaranır. Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Əli İnsanov hakimiyyət əleyhinə açıqlamalar verir. Bütün bunlarla bağlı nə deyə bilərsiniz? 

- Birincisi, siyasət cameəsində aktivləşmə deyəndə burada sui- istifadədən söhbət gedir. Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan xalqının yekdilliklə cənab prezidenti dəstəklədi. Seçkinin çox yüksək səviyyədə keçirilməsi, demək olar ki, bir dəfə də olsun neqativ halın baş verməməsi Qərbi və bəzi dairələri, o cümlədən Amerikanı, Azərbaycanı istəməyən qüvvələri və erməni lobbisini narahat edir. Partiyanın təbliğatında iştirak edən şəxslər seçicilərlə 1000-dən artıq görüş keçiriblər. Bu görüşlərdə toplanan bütün məlumatlar, təkliflər, şikayətlər cəmləşdirilərək cənab prezidentə təqdim olundu. Dövlət büdcəsi də təsdiq olunanda bu layihələrin əksəriyyəti onun tərkibinə daxil edildi. Yanvar ayından bu tərəfə isə dövlət büdcəsinin icrası başlanıldı. Artıq bunlar gördülər ki, nədən yapışmaq istəyirlərsə həll olunub. Bu yaxınlarda aprelin 6-da mitinq keçirmək istəyirdilər. Bundan qabaq Əli Kərimli çıxış edərək “Diqlas” da zərərçəkən sahibkarları mitinqə dəvət etdi. Deyir ki, gəlin iştirak edin, sizin haqqınız müdafiə olunacaq. Bu insanların problemlərindən sui-istifadə etmək cəhdidir. Ona görə də bunlar məsələ qaldırır ki, 19 yanvarda keçirilən mitinqdə etdikləri çıxışlara görə hökumət sosial layihələrlə bağlı qərar verdi. Əslində isə buna hazırlıq 1 il qabaqdan gedirdi. Mitinqlə heç nəyi həll etmək mümkün deyil. Bunlar 1989 və 1990-cı illərin düşüncəsində qalıblar. O cümlədən Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Ölkədə bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. Elə adamlar var ki, bu gün Avropadadır. Onların bizdə ərizələri var. Biz indi o ərizələri açıb göstərmirik, çünki düzgün çıxmaz. Əfv müraciətlərində yazıb ki, əgər əfv olunsa, ölənə qədər prezidentə sədaqətlə xidmət edəcək. Bizdə ərizəsi var. 

- Son əfv sərəncamıyla azadlığa çıxanlar arasında da beləsi var?

- Ondan qabaqkıları da var, sondakılar da. Bir çoxunda var. Amma həbsdən çıxanda hərəsi bir cür bəyanat verir. Qohumları, valideynləri cənab prezidentə onlarla müraciət ediblər ki, məhkumun səhhəti ağırlaşıb, onu əfv etsin. Yaxud tabeliyində uşaq var. Əfv Komissiyasına 1000-dən artıq müraciət daxil olmuşdu. Komissiyada bunların hər birinə baxılır. Çünki rəsmi şəkildə müraciət daxil olmadığı halda ona baxıla bilməz. Bundan əlavə, qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən şəxslərdən də cənab prezidentə xahişlər daxil olub. Cənab prezident də bütün bunları nəzərə alaraq konstitusion hüququndan istifadə edərək bunları əfv edib. İndi çıxıb kimsə nəsə danışırsa, bu, artıq cəmiyyəti aldatmaqdır. 

- YAP-ın qurucularından olan, “91”lərin nümayəndəsi Əli Nağıyevin partiyadaşları haqqında söylədiyi fikirlərə diqqət çəkmək istəyirəm. Hansı ki, YAP-çı deputatlar da bunu təhqir hesab edirlər. Sizcə, Əli Nağıyev niyə incikdir?

Ardı ikinci hissədə...
Baş nazirdən tələbə təqaüdləri ilə bağlı QƏRAR















“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Minval.info-nun məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

Qüvvədə olan qaydaya əsasən, hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant və tələbələrə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilib
Prezident BTQ-nin sərnişin qatarı ilə tanış oldu















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.