Son xəbərlər

Putinin Əliyevə təklifi İrəvanı ŞOKA SALDI - Azərbaycan Ordusu kazarmaları tərk edir














Rəsmi Moskva 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət etmək niyyətindədir.

Cahan.info xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı, general Viktor Zolotov deyib.

Onun sözlərinə görə, bu təlimlər Rusiya Qvardiya Qoşunlarının beynəlxalq fəaliyyətində ən böyük hadisələrdən biri olacaq.

“Təlimlərə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müşahidəçi qismində dəvət olunacaqlar. Bu cür əməkdaşlıq son dərəcədə aktualdır”, - deyə rusiyalı general vurğulayıb.

Azərbaycanın belə böyük bir təlimə dəvət olunacağı Ermənistanda ciddi narahatlığa səbəb olub.

Erməni şərhçi Karen Ambartsum yazır ki, “bizim strateji müttəfiqlərimiz” Ermənistana xəyanət edir.

“Azərbaycan bu təlimlərə tək ölkə kimi dəvət olunmur, lakin dəvət olunacaq ölkələr arasında Özbəkistan və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaması bizi narahat etməyə bilməz. Rusiya-Çin təlimlərinə Azərbaycanın dəvəti KTMT çərçivəsində əməkdaşlığın məntiqinə sığımır. Lakin Azərbaycanın dəvət olunması təbii ki, Zolotovun şəxsi seçimi deyil. Bu prosesin arxasında Rusiya prezidenti Vladimir Putin dayanır və Putin Bakının könlünü almaq üçün əlindən gələn hər şeyi edir. Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko Bakıdadır və məlumdur ki, bu xanım Putindən İlham Əliyevə yüksək səviyyəli təkliflər gətirib. Bu təkliflər açıqlanmır, lakin bunun Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı olması sirr deyil. Kremldə artıq Ermənistanın yeni rəhbərliyindən narazı olduqlarını gizlətmirlər”, - deyə erməni şərhçi iddia edir.
Ramil Usubov yeni rəis müavini təyin etdi















Mingəçevir şəhər polis şöbəsinə yəni rəis müavini təyin edilib.

Bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Mingəçevir şəhər Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Ağayev Azay təyinat alıb.

Qeyd edək ki, A.Ağayev bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini olub. (Oxu.az)
İrandan Ermənistana QƏTİ XƏBƏRDARLIQ: Buna son qoyun!















Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.

Cahan.info Azərtac-a istinadən xəbər verir ki, görüşdə İran parlamentinin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.

Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.
Mehman Hüseynov qardaşı ilə görüşdü: “Yuxu kimi gəlir” – Foto














Bloger Mehman Hüseynov 8 ildən sonra ölkə hüdudlarından kənara çıxa bilib.

O, İsveçrədə mühacir həyatı yaşayan qardaşı Emin Hüseynovla görüşüb və birgə foto çəkdirib.

M.Hüseynov bu barədə özünün “facebook” hesabında bildirib.

Blogerin paylaşdığı həmin statusu və fotonu təqdim edirik:

“Nəhayət ki, illər sonra qardaşımla görüşə bildim. Yuxu kimi gəlir mənə. Həbsxanada olarkən fikirləşirdim ki, bir də heç vaxt onu canlı görə bilməyəcəyəm. O, xaricdə, məni isə girov kimi saxlayırdılar qapalı bir yerdə. Mənim vasitəm ilə ona hədə qorxu gəlirdilər, təzyiq edirdilər. Amma o geriyə addım atmadı, sona qədər məni müdafiə etdi. Çox maraqlı hislər keçirdim. Xoşbəxtəm.

Çox təəsüf ki, anam bu günləri görə bilmədi… Əminəm ki, anamın ruhu çox xoşbəxt oldu bu an”.

İqbal Ağazadə və Əli Əliyev Milli Şura ideoloqunun son müsahibəsindən danışdılar

“Mən həmişə qeyd etmişəm ki, siyasətlə peşəkar siyasətçilər məşğul olmalıdırlar”.  Bu fikri “Yeni Müsavat”a Ümid Partiyasının sədri İqbal Ağazadə kinorejissor, Milli Şuranın yaradıcısı və ideoloqu Rüstəm İbrahimbəyovun son müsahibəsi haqda danışarkən bildirdi.

Ümid sədrinin sözlərinə görə, siyasətin içində olmayan birinin öhdəliklər götürməsi, prezidentlik iddiasına düşməsi axırda belə nəticələnir: “Siyasətlə peşəkarlar məşğul olmalıdırlar. Mən indi bilmirəm ki, İbrahimbəyovu həmin dövrdə Milli Şuradakılar prezidentliyə namizəd olmağa təhrik ediblər,  ya yox, lakin siyasət siyasətçinin işidir”.

İ.Ağazadə “müxalifət düşərgəsində bundan sonra vahid namizəd anlayışı bitdimi” sualına belə münasibət sərgilədi:“Bizim üçün demokratik seçki istiqamətində çalışmaq vacibdir. Demokratik seçki mühitinin yaradılmasına nail olmalıyıq. Hamı seçkiyə qatılsın və mübarizə aparsın. Bizim üçün vahid namizəd anlayışı olmayıb”.

İqbal Ağazadə ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev isə qeyd etdi ki, həmin dövrdə İbrahimbəyovun namizədliyini tənqid edən az saylı siyasətçilərdən biri olub: “Həmin vaxt heç kim onu tənqid etmirdi, hamı ətrafına toplaşmışdı. Mən hesab edirəm ki, kənar ölkənin vətəndaşı olan birinin prezidentliyə namizədliyi və prezident olması dövlətə ziyan gətirə bilərdi. Ancaq İbrahimbəyov qeyri-səmimi danışıb. Əgər doğurdan da 75 yaşlı ziyalını aldadıb seçkiyə qatırlarsa, o zaman iradəsiz bir adam necə prezident ola, ölkəni idarə edə bilərdi?

Üstəlik, söhbət Qarabağ problemi olan, müxtəlif güclərin maraqlarının toqquşduğu bir ölkədən gedir. O halda İbrahimbəyov necə dövlətə rəhbərlik edəcəkdi? Yəni, namizədliyini iradəsiz irəli sürdüyünü, təhrik olunduğunu deməsi qeyri-səmimilikdir".

Ä°lgili resim

VİP sədri hesab edir ki, 2013-cü il layihəsi heç də İbrahimbəyovun iradəsizliyinin nəticəsi olmayıb:

“Bu, kənar güclərin, qurumların layihəsiydi, onun mərkəzində İbrahimbəyov fiquru dayanırdı, o da prosesə ”Milyarderlər İttifaqı" üzvü kimi qatılmşdı".

Ə.Əliyev Ukrayna nümunəsini misal göstərərək bildirdi ki, demokratik prosesdə heç nəyi proqnozlaşdırmaq olmur: “Aktyor qalib gələ bilər. O baxımdan vahid namizədlə getmək yox, qoy hər kəs seçkidə iştirak eləsin. Lakin daha yaxşı olar ki, hərə öz işi ilə məşğul olsun”.

Xatırladaq ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibəsində deyib ki, prezidentliyə namizəd olmaq istəmirmiş.

Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq”.

Ermənistan hökumətinin ziddiyyətli və təhrikçi mövqeyi Azərbaycan üçün başqa seçim imkanı qoymur; Rəsmi Bakı: “Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan sülh mümkün deyil”; general Aydəmirov: “Bu dəfə elə zərbə endirmək lazımdır ki, daha heç bir zaman özlərinə gəlməsinlər”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda dedikləri azmış kimi, Avropada da işğalçı siyasətdən əl çəkməyəcəyini nümayişkaranə şəkildə bəyan etdi. Avropa Şurasının baş katibi Yaqlandla birgə təşkil etdiyi mətbuat konfransında erməni baş nazir dedi ki, onun bəyanatları və müdafiə naziri David Tonoyanın şərhlərində ziddiyyətli heç bir şey yoxdur.

Qeyd edək ki, N.Paşinyan bu sözləri Tonoyan ABŞ-da olarkən Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid etməsinə reaksiyasında bildirib. N.Paşinyan Ermənistanda mətbuatın sualına cavabında demişdi ki, əgər Tonoyan başqa mövqedən çıxış, etsəydi, onu vəzifəsindən azad edərdi. Növbəti dəfə isə Ermənistanın hökumət başçısı Brüsseldə təcavüzkar siyasətinə haqq qazandırmağa çalışdı. Təəssüf ki, bu dəfə də Avropa Şurasının rəhbərliyindən Ermənistan rəhbərliyinin iddialarına təkpi göstərilmədi.

Düzdür, N.Paşinyan beynəlxalq aləmi çaşdırmaq üçün Avropa səfərində sülhdən də danışıb. İşğalçı ölkənin baş naziri hərbə-zorba gələndən sonra “sülh carçısı” statusunda görünməyə çalışıb.

Tonoyan Paşinyan ile ilgili görsel sonucu

Rəsmi Bakı isə Paşinyana artıq cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin Strasburqda jurnalistlərə açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikrinə münasibət bildirib. “Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”, - XİN bəyan edib.

Lakin Ermənistanın konstruktiv mövqedən çox uzaq olduğunu elə son müşahidələr də təsdiqləyir. İşğal zonasında erməni hərbi birləşmələrinin hərbi təlimlər keçirməsi, bir əsgərimizin şəhid olması işğalçının əsl mahiyyətini ortaya qoyur.

Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi isə 15 apreldə baş tutacaq. Münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.

İlham Əliyev-Nikol Paşinyan görüşü Vyanada ile ilgili görsel sonucu

Martın 29-da keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra prosesdəki rolunu yenidən aktivləşdirən Rusiyanın növbəti görüşə ev sahibliyi etməsi diqqət çəkir. Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli publika.az-a açıqlamasında bildirib ki, Moskva görüşündə konkret nəticələrin əldə olunması müəmmalıdır: “Çünki Ermənistan tərəfindən hədsiz dərəcədə ”rəngarəng" fikirlər səsləndirilir. Məsələn, Paşinyanın həyat yoldaşı Amerikada çıxış edir və deyir ki, müharibə başlasa, oğlu ilə birlikdə əlində avtomat tutub cəbhəyə gedəcək. İndi gəl, bu ifadədəki məntiqi aç və bu qadının nə söyləmək istədiyini başa düş. Halbuki bu qadın erməni qadınları adından sülh platformaları təşkil edir, sülhə çağırışlar edir. O biri tərəfdə isə əlinə silah alıb Azərbaycanın yeni torpaqlarının istilası üçün oğlu ilə birlikdə hücum çəkmək niyyətini açıqlayır. Paşinyan Vyana görüşündən sonra dedi ki, danışıqlarda ciddi məsələlər müzakirə olunmayıb. Əsas məsələ qondarma Dağlıq Qarabağın danışıqlar prosesinə qatılmasını müzakirə etmək idi. Gözünün içinə qədər yalan danışan bu adam bu görüşdən sonra da yeni moizələr söyləyə bilər. Ağlına gələn istənilən fikirlərdən danışa bilər. Bəlkə Rusiya öz roluna diqqət çəkmək, danışıqların iplərinin onun əlində olduğunu isbat etmək üçün Lavrovun simasında prosesə bir qədər praqmatik görkəm verə, onu nəticəli danışıqlar məcrasına yönəldə bilər. Doğrudur, biz “Lavrov planı”ndan, Rusiyanın istəklərindən elə də ciddi nəticələr gözləyə bilmərik. Amma hər halda, Rusiya dünya ictimai rəyini müəyyən qədər təmin etmək üçün tərəflərin bəlli bir razılığa gəlməsinə səy göstərə bilər. Rusiyanın hər zaman dilində əzbər tutduğu şüar 5 rayonun geri qaytarılması, onun əvəzində Dağlıq Qarabağ üçün müvəqqəti statusun müəyyən edilməsidir. Azərbaycan tərəfi bunu heç cür qəbul edə bilməz. Əgər bu baş verəcəksə, yenə də konsensusa nail olmaq mümkün olmayacaq. ABŞ və Avropa dövlətlərinin bir çoxu bir məsələdə haqlıdır: qeyd-şərtsiz danışıqlara getmək lazımdır. Bütün keçmiş sovet məkanına daxil olan bütün münaqişələrdə eyni yanaşmalardan istifadə etmək lazımdır"

Danışıqların sülhə apardığına heç ermənilərin özləri də inanmır və savaş riskinin böyük olduğunu düşmən də etiraf edir. “Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb”. Bu barədə erməni politoloq Levon Şirinyan deyib. (Publika.az) Şirinyan ardınca sərsəm iddialarını davam etdirərək deyib ki, müharibə başlasa, erməni hərbi birləşmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaq. 

Qeyd edək ki, “komandos” ləqəbli general Arkadi Ter-Tadevosyan bir neçə gün əvvəl Azərbaycanın digər ərazilərini işğalla hədələyən müdafiə naziri David Tonoyanı səriştəsizlikdə günahlandırmışdı. “Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”-erməni general demişdi.

Dağlıq Qarabağ danışıqların yekunlarını şərh edən Chatham House Kral Araşdırma Mərkəzi təhlilini yayıb. Məqalənin müəllifi Lorens Broersə qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı hazırkı sülh prosesin mahiyyətini danışıqların 3 müzakirə planı izah edə bilər. Birinci planı azərbaycanlılarla ermənilər arasında təmasların bərpası kimi etimadın artırılması üzrə tədbirləri nəzərdə tutur. Atəşkəsin monitorinqinə daha çox ehtiyatların ayrılması ikinci gündəmə aid olan məsələlər arasında qeyd olunur. Bu, Ermənistan və Azərbaycan liderlərindən gələcək manevr imkanlarını daralda bilər “siyasi yatırım” tələb edir. Planda olan üçüncü məqam erməni qüvvələrinin “işğal olunmuş ərazilərdən” çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusuna dair “böyük sülh sazişi” üzrə addımları əhatə edir. Təhlilçinin fikrincə, danışıqlar ikinci gündəmdə ilişib qalıb. İrəvansa israr edir ki, 3-cü gündəmə aid “substantiv danışıqlar” yalnız təhlükəsizlik tədbirlərinin təmin edilməsindən sonra baş tuta bilər. Təhlilə əsasən, 3-cü gündəmə keçmək Nikol Paşinyanın islahatlar layihəsini zərbə altına qoya bilər, çünki ərazi güzəştləri siyasi cəhətdən təhlükəli addımdır. Danışıqları bloklamağın da öz mənfi fəsadları ola bilər.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim Qafar Çaxmaqlı da “Yeni Müsavat”a açıqlamasında düşmənin məkrindən və savaş təhlükəsinin real olmasından danışdı: “Mən şəxsən Ermənistanın yeni rəhbərliyindən fərqli yanaşma gözləmirəm. Ermənistanda yönətimdə kim olur- olsun, Azərbaycana qarşı siyasət dəyişməyəcək, işğal olunmuş ərazilərin geri verilməsindən söhbət belə getməyəcək. Danışıqlar yolu ilə Qarabağ məsələsinin həlli perspektivi heç vaxt olmayıb, bundan sonra da nəsə gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. XİN başçıları da , dövlət başçıları da indiyədək sayını itirdiyimiz qədər görüşlər keçiriblər. Ermənistan açıq şəkildə iddia edir ki, Dağlıq Qarabağ onlara məxsusdur və bu mövqeyindən heç bir addım belə çəkilməyib. Biz də eyni cür - Dağlıq Qarabağın bizim olduğunu deyirik. Neçə ki, Ermənistanı məcbur edəcək addımlar atılmayıb, bu ölkə islah olunan deyil. Bu gedişlə nə gözlənilir? Əlbəttə, başlanacaq müharibə də Qarabağın taleyini həll edəcək”.

Yaşar Aydəmirov ile ilgili görsel sonucu

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda böyük savaşın başlanması an məsələsidir: “Sizi əmin edirəm ki, bu, hər an baş verə bilər. Ermənistanın baş nazirinin və müdafiə nazirinin son çıxışları, həmçinin Qarabağdakı iri miqyaslı hərbi təlimləri də başqa varianta yer qoymur. Artıq bizim səbir kasamız dolmaq üzrədir. Ona görə də Ermənistana kəskin cavab verməyin vaxtı gəlib çatıb. ”Keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər" deyiblər. Ermənilərin davranışları da o məsələyə bənzəyir. Şübhə etmirəm ki, bizim ordu düşmənə tutarlı cavab verəcək, görək onda kimə yalvaracaqlar? Humanitar yardımla aldıqları silahlarlamı bizim qarşımıza çıxacaqlar?" General dedi ki, erməni tərəf Azərbaycanı qıcıqlandırmaqla özünə qəbir qazır: “Aprel döyüşlərində çaşdılar, dərslərini aldılar. Bir az özlərinə gələndən sonra yenə də çərənləməyə başlayıblar. Bu dəfə elə zərbə endirmək lazımdır ki, artıq heç bir zaman özlərinə gəlməsinlər”.

Yazı çapa hazırlanarkən rəsmi Bakının növbəti mövqeyi yayıldı. XİN-in mətbuat xidmətinin açıqlamasında bildirilib ki, Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil: “Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər ”A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır". XİN qeyd edib ki, bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir. “Nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”-XİN-in bəyanatında deyilir.

Əslində rəsmi Bakı Ermənistana “yol xəritəsi”ni təqdim edib. Xatırladaq ki, Azərbaycan prezidenti bu günlərdə müharibənin bitmədiyini söyləmişdi. Müdafiə naziri Zakir Həsənovsa “Tonoyanla İrəvanda görüşəcəyik”-xəbərdarlığını edib. E.Məmmədyarov isə deyib ki, “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”. İndi seçim işğalçı ölkənindir...

Zakir Fərəcov Sumqayıtdan gedir - İDDİA















Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yaxın müddətdə daha yüksək vəzifəyə təyin oluna bilər.

Reyting.az-a bu barədə ciddi mənbədən məlumat daxil olub.

Məlumata görə, Zakir Fərəcova hətta Prezident Administrasiyasında vəzifə veriləcəyi də istisna olunmur.

Onu hakimiyyətin yüksək vəzifəli məmurlarının bəziləri ilə qohum olduğunu diqqətə çatdıran mənbə, Sumqayıtın icra başçısına daha böyük etimad göstəriləcəyinin səbəbini də bununla izah edir.

Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb. Lakin bu zahiri abadlığın arxasında çox çirkin niyyətlərin gizləndiyini iddia edənlər də var. Məsələn, bəziləri iddia edir ki, Prezidentin ehtiyat fondundan şəhərin abadlaşdırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyi hələ ki araşdırılmasa da, lakin bəzi məmurlar abadlaşdırma işlərini bəhanə gətirərək buradakı iş adamlarından da pul yığıblar. Onların məhz Zakir Fərəcovun gəlişindən sonra böyük kapitala sahib olduqları da vurğulanır.

Mənbə onlardan ikisini xüsusi qeyd edir və başçının toxunulmaz hesab etdiyi həmin şəxslər şəhərdə həm də əsas söz sahibləri hesab olunurlar.

Onlardan biri icra başçısının müavini Fəzail Hüseynovdur. O, Zakir Fərəcovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Mənbə iddia edir ki, onun “məharəti” sayəsində Sumqayıtda belə demək mümkünsə, şəhərin bugünkü vəziyyətə gəlib çatmasında xidmətləri olanlar və sayılıb-seçilən iş adamlarından heç kim qalmayıb. Onlar ya obyektlərindən məhrum ediliblər, ya da ev-eşiklərini satıb Sumqayıtdan getməklə belələrinin əlindən canlarını qurtarıblar.

“Sumqayıtdakı müəssisə rəhbərlərinin hamısı Fəzail Hüseynovun əli ilə vurulub. Çünki əsas söz sahibidir. Zakir Fərəcov da onun istəyinin əleyhinə çıxa bilmir”, – mənbə bunu da xüsusi vurğulayır.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Fəzail Hüseynovun ətrafında vaxtilə pulyığan böyük bir qrup da olub. Onların adları heç yerdə qeydiyyatda olmasa da, hamısı bahalı avtomobillərdə gəzirdilər. Bu qrupa daxil olanların əsas işi ancaq Fəzail Hüseynovun göstərişi ilə müəyyən adamlardan pul toplamaq idi. Hazırda onların bir neçəsi aradan çıxıb. Mənbə iddia edir ki, Sumqayıtdakı bəzi qanunsuz işlərə də məhz F. Hüseynov başçılıq edir. Bu özbaşınalıqlardan, qanunusuz əməllərdən icra başçısı Z. Fərəcovun da xəbəri olmamış deyil. F. Hüseynov dövlət məmuru olmaqdan əlavə, başçının xeyir-duası ilə elə bir səlahiyyət sahibinə çevrilib ki, obyektləri əllərindən alınmaq, yaxud sökülmək təhlükəsi ilə üzləşənlərin hamısı ancaq Fəzail Hüseynovun, necə deyərlər, saqqalının altından keçməli, onunla hesablaşmalıdır.

İddia olunur ki, Sumqayıtda adıçəkilən məmurun özbaşınalığından çoxları xəbərdardır. Belə olan halda, görəsən, Zakir Fərəcov öz komandasındakı məmurun özbaşınalıqlarından xəbərsizdirmi? Əgər belədirsə, deməli, başçı öz yerində deyil. Əksinədirsə, onda Fəzail Hüseynovun Sumqayıtda sözün həqiqi mənada at oynatmasına özünün xeyir-dua verdiyi də şübhə doğurmur. İndiki vəziyyətdə yalnız belə düşünmək olur.

Etiraf edək ki, Sumqayıtda abadlıq-quruculuq işləri gedir, şəhər gündən-günə yaxşı mənada simasını dəyişir. Buna görə şəhər rəhbərliyinə minnətdarlıq da düşür. Lakin bu anda sual yaranır: “Bu abadlıq işləri kimlərin hesabına aparılır?” İddia edə bilərsiniz ki, prezident İlham Əliyev vaxtaşırı Sumqayıtda aparılan abadlıq, yenidənqurma işlərinə dövlət büdcəsinin hesabından milyonlarla pul ayırır. Bu məbləğlər, doğrudanmı şəhərin abadlıq işlərinə yönəldilir? Buna əmin olmaq qətiyyən mümkün deyil. Əgər belədirsə, onda Xəzər dənizinin Sumqayıt şəhəri hissəsindəki ərazidə bulvar salınması üçün niyə sahibkarlardan pul yığılır? Araşdırma zamanı məlum olur ki, sahibkarlardan abadlıq üçün pul yığılmasında yenə Fəzail Hüseynovun adı çəkilir.

Fəzail Hüseynovdan söz düşəndə deyirlər ki, Sumqayıtdakı büdcə və büdcədənkənar təşkilatlarda “təmizləmə” işlərində də çox fəal olub.

İkinci şəxs şəhərin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Adil Xudadatovdur. O da Sumqayıtdakı bəzi qanunsuz əməlləri ilə özünü demək olar hamıya tanıdıb, həm də sübut edib ki, hansı qanunsuzluğa imza atsa belə, Fərəcovun sayəsində toxunulmazlığını qoruyacaq.

Onu Zakir Fərəcov Abşeron rayonundan Sumqayıta başçı gələndə özü ilə gətirib. Yəni, cənab Fərəcov üçün sınaqdan çıxmış məmurdur. Hamı onu çox bacarıqlı alış-veriş ustası kimi tanıyır. Şəhərdə pərdə arxasında aparılan sövdələşmələrin başında dayanır. Rəhbərliyin qaydalarına, tələblərinə və göstərişlərinə tabe olmaqdan boyun qaçıran sahibkarlar bu şəxsin vasitəsilə, belə demək mümkünsə, “yola” gətirilir. O, Memarlıq və şəhərsalma idarəsində baş memardır. Adil Xudadadatov təkcə şəhərsalma üzrə baş memar deyil ha… Otağında bəzi sənədləri o imzlayır, idarənin bütün işlərinə isə Adil nəzarət edir. Onun razılığı olmadan heç bir sənəd təsdiqlənə bilməz.

Bəli, Zakir Fərəcov komandasına belələrini toplayıb. Görəsən, başçının bu iki məmurun qanunsuzluqlarından xəbəri yoxdurmu?

Yeri gəlmişkən, Nizami parkında baş verən özbaşınalıqlar da yaddan çıxmamalıdır. Mənbənin iddiasına görə, başçının etibarlı adamı sayılan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Fərəcovu guya aldadaraq parkın ərazisindəki tikinti ilə bağlı sənədə imza atdırıb. Sonradan məlum olub ki, Gündüz Əliyev başqasının adına parkda özünə obyekt tikdirib. Şəhərin mərkəzində başçının xeyir-duası olmadan kimsənin obyekt tikdirməyə cürəti çatardımı?

Sumqayıtlılar əmindirlər ki, Zakir Fərəcovun kölgəsində dayanıb şəhəri və buranın sakinlərini pis vəziyyətə salan bu şəxslər cəzasız qalmayacaqlar.

Sonda onu da qeyd edək ki, “Şərq bazarı” ticarət mərkəzinin sökülməsi də Zakir Fərəcovun buranın sahibi ilə şəxsi ədavətinin nəticəsi kimi qiymətləndirilir. Rəşid Babayev iddia edir ki, ticarət mərkəzi məhz Zakir Fərəcovun “xeyir-duası” ilə sökülüb. Sahibkarın sözlərinə görə, burada yeni ticarət mərkəzi tikilməsi ilə bağlı layihənin və sərəncamın alınması üçün 150 min manat pul verib və üzləşdiyi qanunsuzluqda Fəzail Hüseynovun da xüsusi rolu olub.
İcra hakimiyyətinin vəzifəli şəxsinin dələduzluq cinayətləri – Təfərrüat















Sabunçu rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mühəndisi vəzifəsində işləmiş Həbib Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Həbib Alıyev Maştağa qəsəbəsi sakininə fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini vəd edib, ondan 3000 manat alaraq ələ keçirib.

Bundan başqa, fərdi yaşayış evlərinin tikintisinə razılıq almaq adı ilə Pirşağıda 2, Maştağada 3, Kürdəxanıda isə 3 nəfərə qarşı dələduzluq edib.

İstintaq sənədərlərinə görə, Həbib Alıyev Pirşağı qəsəbəsindən olan 2 nəfərin hər birindən 12 min və 10 min, Maştağa qəsəbəsindən olan daha 3 nəfərin hər birindən 5 min, 4 min, 3 min, Kürdəxanı qəsəbəsindən olan 3 nəfərin hər birindən 5 min, 6 min, 2 min manat alıb.

İstintaq orqanı tərəfindən Həbib Alıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) , 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə araşdırıb. Hakim hökmdə qeyd edib ki, təqsirləndirilən şəxslərə ittihamda göstərildiyi kimi xeyli miqdarda ziyan vurmayıb.

Bu səbəbdən ittihamdan “xeyli miqdarda” sözləri xaric edilib.

Hökmə əsasən, Həbib Alıyevin barəsində 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmənin qərarı ilə Həbib Alıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onun barəsində iltizam qətimkan tədbiri seçilib, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını, həmçinin ittihama “xeyli miqdarda” dələduzluq etmək sözlərinin əlavə edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti qismən təmin olunub.

Qərara görə, Həbib Alıyevin barəsində olan ittihama “xeyli miqdarda” dələduzluq etmək sözləri əlavə edilib.

Hakim heyəti Həbib Alıyevin cəzasında dəyişiklik etməyib.
Valentina Matviyenko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildi















Azərbaycan Prezidenti İlham Əliyev Valentina İvanovna Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. 
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.
Mehmanın ölkədən çıxışına icazə verildi















Bir müddət öncə həbsdən buraxılan bloger Mehman Hüseynovun ölkədən çıxışına icazə verilib.

Bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. O, xaricdə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəcəyini bildirib.

Qeyd edək ki, Mehman aprelin 9-da Azərbaycanı tərk etmək istəsə də, aeroportdan geri qaytarılıb.