Son xəbərlər

“DİREKTORLARIN ARXASINDA DEPUTATLAR VƏ MƏMURLAR VAR” – “Belələri özbaşınalıq edir”














“162 saylı məktəbdə baş verən intihar hadisəsi orta təhsil sistemini silkələdi. Bu və buna bənzər hadisələrin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlər görülməlidir”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları tanınmış təhsil eksperti Etibar Əliyev Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsinin ortaya çıxardığı problemlərə həsr etdiyi “Facebook” statusunda yazıb.

Ekspert bənzər hadisələrin təkrarlanmaması üçün təkliflərini aşağıdakı kimi sıralayıb:

- Bütün məktəb direktorlarının bioqrafiyaları yenidən araşdırılmalıdır;

- Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrıseçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun arxasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova durub.

- Orta məktəblər üçün keçirilən qrant layihələrinin monitorinqi aparılmalıdır, bu sahədə ciddi qüsurlar mövcuddur;

- Məktəb direktorlarının seçimi qapalı həyata keçirilməməlidir, bu prosesə ictimaiyyətin nümayəndələri cəlb olunmalıdır;

- Məktəblərdə təlim-tərbiyənin yeni metodları işlənməlidir;

- Məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirmə mexanizmləri işlənməyib. Təcili olaraq bu prosesə başlamaq lazımdır. Yalnız bunun vasitəsilə direktorların işinə qiymət vermək mümkün olacaq;
– Təlim-tərbiyə və uşaq psixologiyası ilə bağlı broşurlar çap olunub məktəblərə paylanmalıdır.

- Məktəblərin cəmiyyətə açıq olması istiqamətində işlər gücləndirilməlidir.

Məktəblər dezinformasiya məkanına çevrilib. Son hadisələrlə bağlı yazılan yazıların əksəriyyəti dezinformasiyalara söykənirdi. Gözlənilir ki, 162 saylı məktəblə bağlı aparılan istintaq cəmiyyəti heyrətə gətirəcək xeyli faktlar ortaya çıxaracaq.

P.S. Məktəb mühitinin dağıdılması və kollektivdə inamsızlıq yaradılmasına dair nümunə: Məktəb tariximizdə özünəməxsus yer tutan “Zəngi” liseyinin yaradıcısı Bayram Heydərov dünyasını dəyişəndən sonra onun yerinə reputasiyası korlanmış təqaüdçü Almaz Əsgərovanın təyinatına ehtiyac var idimi?”
“Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu - MƏTN















"DəmirBank”ın bir qrup keçmiş əməkdaşının bir neçə illik maaşının geri tələb olunması ilə bağlı problem ətrafında baş verən proseslər ölkə rəhbərliyinə qədər gedib. Xatırladaq ki, "Həyatın Yığım sığortası”nın imkanlarından faydalanmaq istəyən "DəmirBank” əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşiblər.

Miq.Az xəbər verir ki, sözügedən qrup əməkdaşları (30 nəfərdən çox) "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən təqdim edilən "Həyatın Yığım Sığortası” adlı məhsuldan faydalanmağa çalışmışlar. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşların əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış "Həyatın Yığım Sığortası” sosial xidmətdir və bir neçə ildir ki, bir çox şirkətlərin əməkdaşları tərəfindən istifadə edilir. 

Bu layihə üzre əməkdaşların vergi və sosial ödənişlərdən azad olunan və əmək haqqları hesabına toplanmış vəsait "Atəşgah sığorta” şirkətinin müxtəlif banklarda yerləşdirilən hesablarında saxlanılıb. Eyni zamanda bu vəsait əsasında işçilərin aylıq xərclərini qarşılamaq üçün "DəmirBank”dan kreditlər ayrılıb. Lakin "Həyatın Yığım sığortası”ndan faydalanmaq istəyən vətəndaşların vəsaiti nəinki verilməyəcək, hətta bank tərəfindən vətəndaşların yaşayışı üçün ayrılan kreditlər geri alınacaq.

Dolayısı ilə "DəmirBank” əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşlarını geri qaytarmalı olacaqlar.

Buna səbəb "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən razılaşmaya daxil edilmiş bənddir. Bu bənd vətəndaşın iş yeri (DəmirBank) iflas olduğu halda "Atəşgah Həyat” sığorta şirkətini vəsaiti qaytarmaq öhdəliyindən azad edir. Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) "DəmirBank”ın ləğvedicisi olan "Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları isə əmanət vəsaitləri olaraq "Atəşgah Həyat” Sığorta şirkətinin hesabında qalacaq və başqalarının gəlirinə çevriləcək.Kollektiv sürətdə məhkəməyə müraciət edən "DəmirBank” əməkdaşları sözügedən mexanizmi işə salan, Atəşgah - DəmirBank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıb. Lakin həm rayon, həm də appelyasiya məhkəməsi vətəndaşların əleyhinə qərar çıxararaq onları aciz durumda qoyub.

Məsələ ilə bağlı vətəndaşlar dəfələrlə həm "Əmanətlərin Sığortalanması Fondu” (DəmirBank-ın ləğvedicisi), həm də "Atəşgah sığorta” şirkətinin rəhbərliyi ilə görüşlər keçiriblər. Bu görüşlər 2017-ci ilin dekabırı, yəni Bankın lisenziyası ləğv edildiyi aydan başlayıb. Görüşlərin gedişatı zamanı çoxsaylı optimist vədlər ilə qarşılaşan vətəndaşlar məhkəmə zalında tam fərqli münasibətin şahidi oldular. Belə ki, sözdə bu cür ağır duruma düşən vətəndaşların vəsaitlərini qaytaracaqlarını bildirən "Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyi heç bir halda müqaviləni yeniləməyə və ya yazılı sürətdə sözünü təsdiq edən sənəd verməyə razılaşmır, hətda məhkəmələrdə ölkənin aparıcı hüquq şirkətinin əməkdaşlarını cəlb və digər yollardan istifadə edərək vətəndaşların vəsaitlərini qaytarmamaq üçün tam prinsipial mövqe nümayiş etdiriblər.

Ağır maliyyə vəziyyətinə düşəcək vətəndaşlar dəfələrlə müxtəlif dövlət orqanlarına, Maliyyə bazarlarına Nəzarət Palatasına, Əmanətlərin Sığortalanması Fonduna, Vergilər Nazirliyinə, Azərbaycan Sığortaçılar Assosiasiyasına, Dövlət Sosial Müdafiyə Fonduna, eyni zamanda, Milli Məclisin deputatlarına - Aytən Mustafayeva, Elşad Həsənova, Vahid Əhmədova, Fazil Mustafaya, Hadı Rəcəbliyə, Azay Quliyevə, Ülvi Quliyevə və digərlərinə müraciətlər ünvanlayıblar.

Bu günə qədər ədalətin bərpa edilməsi üçün bu addımların heç birinin real təsiri olmayıb. "Atəşgah Həyat” Sığorta Şirkətinin rəhbərliyi ilə 2019-cu ilin 15 Fevral tarixində keçirilən son görüş zamanı vətəndaşlar yenidən müxtəlif vədlər ilə qarşılaşaraq "Mart ayında sizə yazılı sənəd təqdim edəcəyik” sözləri ilə növbəti dəfə "yola salınmışdırlar”.

Görüşdən bir neçə ay keçdiyini və heç bir vədin yerinə yetirilmədiyini görən vətəndaşlar iri qurumların arasında qurulan "maxinasiya sisteminin” qurbanı olmayıb çətin duruma düşməmək üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Son ümidlərini Ölkə Rəhbərinə yönəlmiş müraciyətə bağlayan vətəndaşlar məktubu bizim redaksiyamıza göndərib. Müraciətin tam mətnini təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Ləğv Prosesində olan "DəmirBank” ASC – nin bəzi keçmiş işçiləri tərəfindən

Ə r i z ə


Hörmətli Cənab Prezident!

Sizin Azərbaycan Respublikası əhalisinin sosial rifah halının yüksəldilməsi siyasətinizi rəğbətlə qarşılayırıq. Əhalimizin sosial vəziyyəti Sizin daimi diqqət mərkəzinizdədir və lazımı sosial tədbirlər dərhal və opertiv həyata keçirilir. Şamaxıda baş verən zəlzələ, "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı göstərişləriniz və həyata keçirilən tədbirlər bunun son dövrlərdəki bariz nümunələrindəndir.

"Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı müşavirədə qeyd etdiyiniz kimi, bu cür problemlərin həlli istiqamətində sığorta sisteminin böyük əhəmiyyəti vardır. Lakin təəssüf ki, sığorta sistemində olan boşluqlara, habelə bəzi vəzifəli şəxslərin məsələlərə etinasız münasibətinə görə, problemlər yaranır. Nəticədə təəssüf ki, insanlar əziyyət çəkirlər, habelə hüquqları təmin edilmir.

Biz"Dəmirbank” ASC – nin keçmiş işçiləriyik. Sığortaçı "Atəşgah Həyat” Sığorta Şirkəti ASC olmaqla, Sığortalı "Dəmirbank” ASC olmaqla, Sığorta olunan biz (işçilər) olmaqla, bizim (işçilərin) həyat yığım sığortası növündə sığortalanmışlar. İşçilərin (iddiaçıların) hər ay əmək haqları bütövlükdə "Dəmirbank” ASC tərəfindən "Atəşgah Həyat” Sığorta Şirkəti ASC – yə ödənilmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də əmanət hesabı açaraq, işçilərin sığorta haqqı kimi alınan əmək haqqılarını həmin hesaba yönəltmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də həmin əmanət hesabı üzrə, bank müflis olduqda və ya istənilən başqa səbəbdən əmanəti və hesablanmış faizləri geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə, özlərinin "mənafeyini” düşünərək, sığorta şəhadətnamələrinə belə bir şərt daxil etmişlər: "Nəzərə alaraq ki, Sığortalının seçiminə əsasən onun ödədiyi sığorta haqları Əmanət Hesablarına investisiya edilmişdir, Sığortalı (Bank) müflis olduqda və ya istənilən başqa səbəbdən Əmanət Müqaviləsi üzrə Sığortaçı qarşısında əmanəti və hesablanmış faizləri Müqaviləyə uyğun olaraq geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə Sığortaçı, bu Sığorta şəhadətnaməsi üzrə sığortalı və (və ya) sığorta olunanlar (faydalanan şəxslər) qarşısında öhdəliklərin icrasından azaddır.” "Dəmirbank” ASC – nin ləğvi prosesinə başlandıqdan sonra, "Atəşgah Həyat” Sığorta Şirkəti ASC yuxarıda qeyd edilən bəndə istinadən, öhdəliklərin icrasından özünü azad hesab etmişdir.

Nəticədə insanlar illərdir qazandıqları və həyatın yığım sığortasına yönəltdikləri əmək haqlarını itirmək təhlükəsi ilə üz – üzədirlər. Ustəlik, əmək haqqı almadıqlarına görə dolanışıqlarını təmin etmək üçün götürdükləri kreditlərə faiz borcu hesablanmaqda davam edir və sığorta ödənişini ala bilmədiyimizə görə, həmin kreditləri ödəyə bilmirik və bu bizim üçün gələcəkdə daha ağır hüquqi – sosial nəticələrə gətirəcəkdir. Bu problemlə üzləşənlər təkçə Sizə müraciət edənlərlə məhdudlaşmır. Bizim vəziyyətimizdə olan xeyli insan var.

Qeyd edilənləri nəzərə alaraq, həyatın yığım sığortasında toplanmış əmək haqlarımızı ala bilməyimizə, kredit öhdəlikllərimiz üzrə onun bizim iradəmizdən asılı olmayan səbəblərdən icra edə bilmədiyimiz dövrünə faiz borcu hesablanmasının dayandırılmasına, yaxud problemimizin həlli istiqamətində hər hansı bir kömək edilməsi üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.”/7NEWS.az/

Mövzunu davam etdirəcəyik.
DSX rəisi SƏRHƏDDƏ















Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev xidmətin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb.
DSX-dən verilən məlumata görə, Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib.

Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədi ilə görü­lən işlərə ba­xış keçirilib, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilən yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilib, çay süfrəsi arxasında söhbət aparıl­ıb.
DSX rəisi SƏRHƏDDƏ
DSX rəisi SƏRHƏDDƏ
DSX rəisi SƏRHƏDDƏ
 

 

“Dərk etmirlər ki, 20 faiz torpaqlarımızı işğal edən ermənilərlə qohum olmaq olmaz...”















“Elşad Abdullayev görür ki, ölkədə bu gün ermənilərdə qohum olan, bir tərəfi ermənilərə söykənən insanlar irəli gedirlər, onları vəzifəyə çəkirlər, yaxşı yaşayırlar, ona görə də E.Abdullayev də qızını erməniyə verib”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Elşad Abdullayevin erməniyə gedən qızı Aynur Abdullayevanın son paylaşımına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, ermənilərlə qohum olanlar bir gün buna görə cavab verməli olacaqlar: 

“Həmişə dediyim fikirləri əsaslandırmışam və müəyyən faktlara söykənmədən bunları demirəm. Dediyim fikirlərin hamısı da zamanla öz təsdiqini tapır. Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetində böyük oyunlardan çıxdı. Hətta bir deputata da şər atdı. Bu onların öz işləridir və biz deyə bilmərik kim haqlı idi, amma sonda deputat haqlı çıxdı. Elşad Abdullayev görür ki, ölkədə bu gün ermənilərdə qohum olan, bir tərəfi ermənilərə söykənən insanlar irəli gedirlər, onları vəzifəyə çəkirlər, yaxşı yaşayırlar, ona görə də E.Abdullayev də qızını erməniyə verib. Bu, isə Azərbaycan xalqını təhqir etmək deməkdir, bunların vicdanları yoxdur. Bunlar bir şeyi fikirləşmirlər ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərlə qohum olmaq olmaz. Xocalı soyqırımını da unudurlar. Görünür bunların qanı həmişə xarab olub və bu gün də həmin xarab qan öz sözünü deyir. 

Bizim öz daxilimizdə hökumətdə işləyənlərin ailələrinin ermənilərlə qohum olanlarından da danışmaq lazımdır. Bu gün ölkəmizi artıq fəlakətə gətirib çıxarıblar. Bizim xalqımız da unutqan xalqdır. Xalq onlara daha çox ürək yandıranlara yox, onu talan edənlərə əl çalmağa öyrəşmiş bir xalqdır. Ermənilərlə bu gün sıx əlaqə quranlar bircə şeyi bilməlidirlər ki, Azərbaycanda nə vaxtsa bunlara son qoyulacaq. Amma E.Abdullayevin qızının bu cür paylaşım etməsi onun atasının şərəfsiz həyatından xəbər verir. Görünür o, da hansısa hakimiyyət daxilində ermənilərlə qohum olan şəxslərlə əlaqəyə girib və onlar da deyiblər ki, sən qızını erməniyə ver Azərbaycana qayıt, yenə dağıt, talan elə və s. E.Abdullayev də bundan nümaunə götürür. Biz bu gün Dağlıq Qarabağ məsələsində dirəniş göstəririk ki, Qarabağı ermənilərə vermək olmaz. Bu istiqamətdə çox ciddi danışıqlar aparırıq. Düşünürük ki, Dağlıq Qarabağı işğaldan azad etmək üçün ölkə başçısının yanında olmalıyıq. Hər halda ermənilərlə qohum olmağa pis baxıram. Ermənilərə himayədarlıq edənlər daşqalaq edilməli, ünvanları göstərilməlidir ki, Azərbaycan gəncliyi də bunu bilsin”. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin erməni ilə ailə quran qızı Aynur Abdullayeva sosial media hesabında qalmaqallı video paylaşıb. Videonun qeyd bölməsinə isə “Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu milliyətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb.
Prezident baş katibi qəbul etdi














Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.
Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv olunub














Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ləğv edilsin.
Eldar Əzizovdan daha bir təyinat













Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov daha bir kadrına meriyada vəzifə verib.

Unikal.org xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Səbail Rayon İcra Hakimiyyətinin keçmiş Sektor müdiri-baş mühasib Sadayeva Ülviyyə Əli qızı Bakı Şəhər İcra Hakimiyyətində mühasib vəzifəsinə təyinat alıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun əmri ilə Cəfərova Bəsirət Havadar qızı rayon icra hakimiyyətinin sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunub.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Vasif Talıbovdan yeni TƏYİNAT















Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin olunub.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilib.
Novruz Məmmədov: “5 ildə 8 ton 354 kq narkotik dövriyyədən çıxarılıb”















"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib".
Bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zamanı deyib. 

Baş nazir bildirib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir: 
"Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında ciddi vəzifələr qoyulub. Son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb". 

N.Məmmədov qeyd edib ki, 25 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun erməni işğalı altında olması bu ərazidə beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.
Bu gün Məmmədyarov Mnatskanyanla görüşəcək














Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.