Son xəbərlər

İcra hakimiyyətinin vəzifəli şəxsi işdən çıxarılıb














Goranboy rayon icra hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi işdən çıxarılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bununla rayon icra hakimioyyətini başçısı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rayon İcra Hakimiyyətinin (RİH) Goranboy şəhər ərazi inzibati dairəsi üzrə nümayəndəsi Zaur Valeh oğlu Əliyev tutduğu vəzifədən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.
Baş nazirdən peşə təhsili ilə bağlı qərar















Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiq edilib.

Bu qayda tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil edilir.

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

Peşə təhsili pilləsində keçid dedikdə, aşağıdakı hallar nəzərdə tutulur:

ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili almış məzunların texniki peşə təhsili səviyyəsində və ya yüksək texniki 3 peşə təhsili səviyyəsində birinci tədris ilinin ikinci yarımilindən etibarən təhsilinin davam etdirilməsi;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində üçüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almış məzunlar yüksək texniki peşə təhsili səviyyəsində dördüncü tədris ilindən etibarən təhsilinin davam etdirilməsi;

tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili almış məzunların yüksək texniki peşə təhsili səviyyəsində ikinci tədris ilində təhsilinin davam etdirilməsi.

Peşə təhsili pilləsində keçid peşə təhsili üzrə ixtisasların peşə istiqamətlərinin uyğunluğu təmin edildikdə mümkündür. Peşə təhsili müəssisələrinin məzunları peşə təhsilini başa vurduğu ildən etibarən 2 (iki) il müddətində peşə təhsili pilləsində keçid edə bilərlər. Peşə təhsili müəssisələrinin məzunlarının peşə təhsili pilləsində keçidi yalnız peşə təhsili müəssisəsində vakant (boş) yerlər olduqda mümkündür.

Peşə təhsili müəssisələrinin məzunları peşə təhsili pilləsində keçid üçün Təhsil Nazirliyinin Milli Təhsil Məlumat Bazasının Elektron sənəd qəbulu sistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq təsdiq etməlidirlər. Peşə təhsili pilləsində keçid üçün ixtisas seçimi elektron ərizə doldurulan zaman həyata keçirilir. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisaslar üzrə vakant yerləri müəyyənləşdirir və istədikləri ardıcıllıqla ixtisas seçimini edirlər.

Peşə təhsili pilləsində keçid üçün müraciət etmiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

Elektron ərizə qəbulu prosesi yekunlaşdıqdan sonra ərizəçilərin elektron sistem tərəfindən ixtisas seçimlərinin düzgün olubolmadığı müəyyən edilir. İmtina üçün əsas olmadıqda, məzunun peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilməsinə dair qərar qəbul edilir. Keçid üçün ərizələrin sayı vakant yerlərin sayından çox olduqda, müraciət edənlər arasında müsabiqə seçimi aparılır.

Müsabiqə seçimində aşağıdakı göstəricilərdən istifadə edilir:

ixtisas fənləri və istehsalat təlimi dərsləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

ixtisas üzrə iş stajı;

işəgötürənlər tərəfindən göndəriş.

Peşə təhsilinin növbəti səviyyəsinə keçidlə bağlı məlumat ərizəçinin elektron şəxsi kabinetində yerləşdirilir, eləcə də ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya əlaqə telefonuna bu barədə mesaj göndərilir, əvvəl təhsil aldığı peşə təhsili müəssisəsinə isə şəxsi işin müvafiq peşə təhsili müəssisəsinə göndərilməsi ilə bağlı müraciət olunur.

Peşə təhsilinin növbəti səviyyəsinə keçmiş şəxsə onun müraciəti əsasında məzun olduğu peşə təhsili müəssisəsi tərəfindən 3 (üç) iş günü müddətində akademik arayış (akademik transkript) verilir.

Peşə təhsilinin növbəti səviyyəsinə qəbul edilmiş şəxs 10 (on) iş günü müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə aşağıdakı sənədləri şəxsən təqdim edir:

peşə təhsili haqqında dövlət sənədinin əsli;

akademik arayış (akademik transkript);

şəxsiyyət vəsiqəsinin surəti;

sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

hərbi bilet və ya çağırışçı şəhadətnaməsi.

Tələbənin şəxsi işi alındıqdan sonra onun keçdiyi peşə təhsili müəssisəsində tələbələr sırasına daxil olması barədə müvafiq tədbirlər həyata keçirilir.

Müsabiqənin nəticələri ilə bağlı ərizəçilər Təhsil Nazirliyinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər və ya bununla bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.
Zakir Həsənov təlim-məşq mərkəzinin açılışında















Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Aviasiya təmiri zavodunda olub.

Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırılar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.
Müdafiə nazirinə uçuş heyəti üçün nəzərdə tutulan yüksəklik ləvazimatları və avadanlıqları nümayiş etdirilib.

Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə nazirliyinin rəhbərliyi uçuş heyəti ilə birlikdə nahar edib.

<iframe width="1223" height="480" src="https://www.youtube.com/embed/spQMmYbAoBk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Prezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLAR














Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən burada istirahət edən sakinlərlə görüşüblər.
Dövlət başçısı və birinci xanım sakinlərlə söhbət ediblər. 

Prezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARPrezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARPrezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARPrezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARPrezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARPrezident Qaraçuxurda sakinlərlə görüşdü — FOTOLARSakinlər Prezident və birinci xanımla fotolar, o cümlədən selfi çəkdiriblər.
Prezident birinci xanımla Neftçilər parkında — YENİLƏNİB















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.
Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır. Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.
DSX rəisi Rusiya ilə sərhəddə














Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədin­də Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dan verilən məlumata görə, səfər çərçivəsində “Samur” dövlət sərhədindən bu­raxılış mən­­təqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliy­yə­­tə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurla­rının sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra və­ziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məq­­­­­­­­sə­­dilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edil­ib, ölkə­yə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzə­rində sər­­həd nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və keçid müd­dət­­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib. 

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxs­­lərinin məruzələri dinlənilib, müqabil əra­zidə baş vermiş tex­niki na­saz­lıq səbəbindən buraxılış rejimində ya­ranan sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.
Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun işti­rakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunmuş, Azərbay­can Res­pub­­­likasının və Rusiya Federasiyasının hökumətləri arasında im­za­lan­mış Sa­zişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün in­şa­sı ilə əla­qədar görülən işlərə baxış keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra­zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçi­rilmiş, dövlət sərhədinin etibarlı mühafizəsinin tə­min edil­məsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məq­səd­lərilə dövlət sər­hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin güc­lən­dirilməsi üzrə tapşırıqlar verilmişdir.
General Yaşar Aydəmirovdan qəribə açıqlama














“Düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradar; Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər”

İşğalçı Ermənistanın Azərbaycana qarşı məkrli niyyətlərinin dəfələrlə şahidi olmuşuq. Çox da uzaq keçmişə getmək lazım deyil, Şuşa işğal olunan gün Azərbaycan və Ermənistan rəhbərliyi İranın vasitəçiliyi ilə Tehranda danışıqlar aparırdılar. Bu mənada Moskva görüşündə humanitar əlaqələrin qurulması ilə bağlı əldə olunan razılaşmadan da uzaqgedən nəticələr çıxarıb bunun sülhə aparacağını güman etmək sadəlövhlük olardı. Elə Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi mövqe də təxribatların hər an baş verəcəyini deməyə imkan yaradır. 

Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Publika.az xəbər verir ki, Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.

Bu iddialar və “yeni ərazilərin işğalı” açıqlaması fonunda David Tonoyanın aprelin 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə gəlişi və müşahidələr aparması diqqət çəkir. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır”.

Bunun fonunda ABŞ-da erməni diasporu önündə “yeni müharibə yeni ərazilərdir” bəyanatı verən Tonoyanın ölkəsinə qayıdandan sonra ilk olaraq Gədəbəy sərhədinə gəlişi və iddia etdikləri Başkənd qəsəbəsini müşahidə etməsi nə dərəcədə təsadüfdür? Proseslərin analizi Ermənistanın Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.

Yeri gəlmişkən, erməni mediası Tonoyanın bu istiqamətdən Azərbaycan ərazilərinə qəmgin halda baxmasına xüsusi yer ayırıb və günlərdir erməni nazirin pəjmürdə fotosunu yaymaqdadırlar. Belə düşünmək olar ki, Paşinyan hökuməti xalqa “parlaq qələbə” dadızdırmaq üçün mümkündür ki, xain hərəkətə əl atsın. Lakin ekspertimiz fərqli düşünür.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, düşmən belə təxribata əl atmağa cəsarət etməz: “Birincisi, əgər onlar fikirləşirlərsə ki, biz Qazağın işğal altında olan kəndlərini, hansı ki, Dağlıq Qarabağa aid olmayan Yuxarı Əskipara, Aşağı Əskipara və digər yaşayış məntəqlərini unutmuşuq, böyük səhv edirlər. İkincisi də, onlar çox gözəl bilirlər ki, Azərbaycan tərəfi genişmiqyaslı döyüş əməliyyatlarına başlamaq üçün bəhanə axtarır. Düzdür, biz danışıqlara sadiqik. Amma danışıqlar kifayət qədər uzandı. Odur ki, mən problemin birdəfəlik həlli üçün hərb variantını görürəm. Ona görə də Ermənistan müharibəyə başlasa, bizimçün böyük şans yaratmış olar. Budəfəki döyüşlərdə artıq biz xırda bölmələrdən istifadə etməyəcəyik, bir neçə hərbi birləşmələri döyüşlərə cəlb edəcəyik. Əgər aprel döyüşlərində bir neçə kiçik bölmə düşməni sarsıtdısa, hərbi birləşmələrimiz bu dəfə onlara fəlakətlər yaşadacaq. Üç il əvvəl iki bölməmizin döyüşlərinin məntiqi nəticəsi olaraq onlar bütün komandanlığı, döyüş təminatı rəislərini, müdafiə nazirini də, baş qərargah rəisini də dəyişdilər. Bu dəfə də bizə, sadəcə, bəhanə lazımdır. Ona görə də düşmən risk edib bu təxribata gedən deyil, sadəcə, söz oyunundan istifadə edir”.

Y.Aydəmirov Ermənistanın sərhədboyu təxribatlara əl atması ilə Rusiyanı, yaxud KTMT-ni savaşa cəlb etmək cəhdlərini də mənasız saydı: “Ruslar belə bir addıma getməzlər”. Bununla belə, general ayıq-sayıq olmağımızı vacib saydı. Bildirdi ki, ikinci Qarabağ savaşı başlasa, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun bölmələri bu dəfə müşahidəçi qalmayacaq: “Naxçıvandakı ordu hissələrimiz passiv oturmayacaq”. Y.Aydəmirov Günnüt əməliyyatından sonra Laçın dəhlizinə aparan yolun da nəzarət altına alındığını və düşmənin ehtiyat qüvvələrinin məhv edilməsi üçün münbit şəraitin təmin edildiyini təsdiqlədi: “Hələ yaddan çıxartmamalıyıq ki, Naxçıvana gedən Mincivan-Mehri-Kərçivan dəmir yol hissəsi Azərbaycan dəmir yollarına aiddir. O dəmir yolu hər zaman Azərbaycanın balansında olub, bu yol bizimkidir. O dəmir yolunun rəisi vaxtilə Ayrepetov familiyalı Bakı ermənisi idi, amma ölənə kimi deyirdi ki, mən Azərbaycanın çörəyini yeyirəm, bu dəmir yolu xətti hamısı Azərbaycanındır. Deməli, beynəlxalq hüquqa əsasən, Azərbaycanın o dəmir yolunu açmaq üçün hərbi əməliyyatlar keçirmək hüququ var”.
Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM















Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər. Bu iddia ilə Türkiyə mediası çıxış edib. Xəbərə görə, Ankara hələ ki, seçimlər üzərində düşünür. Məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilməyib.

Məsələ ilə bağlı publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov qeyd edir ki, sistemlərin Azərbaycana gətirilməsi çox şeydən xəbər verir:

“S-400 raket komplekslərinin Azərbaycana gətirilməsi Türkiyə ilə ölkəmizin münasibətlərinin güvən səviyyəsindən xəbər verir. Bu, onu göstərir ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır və Türkiyəni bütün qərarlarında dəstəkləyir. Lakin mən düşünmürəm ki, qısa müddətdə raket komplekslərinin Azərbaycana gətirilməsi zərurəti var. Bunun səbəbini başa düşmək çətindir. Məgər Türkiyədə yermi yoxdur? Ya necə? Komplekslərin hərbi heyəti elə Türkiyədə də təlimlərini keçə bilərlər. Türkiyə bizim müttəfiqimizdir. Lakin kifayət qədər müstəqil, geniş ərazilərə malik bir dövlətdir".

Politoloq vurğulayır ki, Türkiyə dünya siyasətində inkişaf etmiş bir oyunçudur və onun silahlanması, ümumilikdə, Ermənistanı qorxutmalıdır:

“Bu, İrəvana bir işarə olmalıdır. Türkiyənin kompleksləri Azərbaycan ərazisində yerləşdirilsə, bu da Ermənistanın ali dairələrini qorxuya sala bilər. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, bu silahlar müdafiə xarakterlidir. Bu silaha sahib olan ölkə hücum niyyətində deyil, müdafiəsinin qayğısına qalır. Bu sistem bizim ərazimizə yerləşdirilsə belə, biz bunu hər hansı bir ölkəyə hücum məqsədilə istifadə edə bilmərik. Ancaq özümüzü müdafiə edə bilərik. Lakin Ermənistan yeni ərazi iddialarına çıxmaq niyyətinə düşsə, bu onun üçün yeni təhlükə olacaq”.

Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
ATV-nin 1 milyona yaxın pulu ələ keçirildi - “Ford Boyard” şousunda pul yeyintisi ilə bağlı Vüqar Qaradağlının adı keçir















Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən “Loyal Group” MMC-nin rəhbəri Elnur Usubovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cahan.info teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Usubov “Loyal Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində olarkən 2014-cü ilin sentyabrından etibarən “Azad Azərbaycan” televiziya kanalında üç ay müddətində yayımlanacaq 10 bölümdən ibarət “Ford Boyard” macəralı televiziya oyun şousunun çəkilişi və yayımını həyata keçirən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının prezidenti Vüqar Qaradağlının etibarından sui-istifadə edərək həmin layihədə könüllü və təmənnalı pul yardımı göstərmək istədiyini bildirib.

O, baş direktoru olduğu “Loyal Group” MMC-nin baş sponsor, gələcəkdə tərəfdaşı kimi təqdim edəcəyi digər 6 şirkətlərin isə sponsor qismində iştirakını təklif edib, bu layihənin yayımlanacağı dövrdə şirkətlərin, onların mal, məhsul və xidmətlərinin reklamının yayımlanması müqabilində “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına 300.000 manat məbləğində pul ödəyəcəyinə dair həmin kompaniyanın prezidentinə vəd verib.

O, Vüqar Qaradağlını aldadaraq həmin şirkətlərin rəhbərliyi ilə maddi xarakterli öhdəliklərdən azad olmasına razılıq əldə etdikdən və həmin 6 sponsor şirkətin vəsaitini “Loyal Group” MMC-nin hesabına köçürülməsini təmin etdikdən sonra həmin şirkətlər müqavilə bağlayıb.

Lakin 2014-cü ilin sentyabr, oktyabr və noyabr ayları ərzində Elnur Usubov “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəlikləri tam icra etmədiyini yalandan bəhanə gətirib. O “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının fonduna sponsor olaraq 15 iyul 2014-cü il tarixdə 180.000 manat və 1 avqust 2014-cü il tarixdə 120.000 manat məbləğində köçürməli olduğu pul vəsaitini ödəməkdən boyun qaçırıb.

Aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə ATV-yə köçürülməli olan 300.000 manat məbləğində pul vəsaitini ələ keçirib.

Bundan başqa, o, ATV-də “beş ay müddətində yayımlanacaq “Azərbaycanın səsi” adlı layihəni həyata keçirən tanışı “Smile” MMC-nin direktoru Kenan Çelikin etibarından sui-istifadə edib, həmin layihədə könüllü-təmənnalı pul yardımı göstərmək istədiyini bildirib.

O, “Loyal Group” MMC-nin tərkibində olmaqla direktoru olduğu “Medical Management Group” MMC-nin törəməsi olan “Loyal Card”in baş sponsoru, “Loyal Tourism” MMC-nin, “Loyal Consult” MMC-nin, “Loyal Construction Design” MMC-nin, eləcə də tərəfdaşı kimi təqdim etdiyi “Sirab” ASC-nin və “Mr.Fix” şirkətinin isə sponsoru qismində iştirakını təklif edib.

Elnur Usubov Kenan Çeliklə maddi xarakterli öhdəliklərdən azad olmasına razılıq əldə etdikdən və “X-LADY” mağazalar şəbəkəsindən 8 may 2014-cü il tarixdə 5.000 manat, 13 may tarixdə 10.000 manat, cəmi 15.000 manat, 17 may tarixdə “Euromed” tibbi mərkəzindən 6.500 manat, “Astoria Fitnes Spa” mərkəzindən 12.000 manat, “Loqos” uşaq inkişafı mərkəzindən 7.000 manat və 5 may “Neoklass” MMC-dən 15.000 manat vəsaitini “Loyal Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsini təmin edib.

Daha sonra Elnur Usubov həmin şirkətlər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin ilin sentyabrın 27-də Kenan Çeliklə müqavilə bağlayıb.

Həmçinin Elnur Usubov Fransa Respublikasında təşkil edilməklə “Azad Azərbaycan” televiziya kanalında yayımlanacaq “Ford Boyard” macəralı televiziya oyun şousunun iştirakçılarının həmin ölkəyə 2014-cü ilin iyul ayının 10-dan 17-dək gediş-gəlişi və orada qalmaları üçün təyyarə biletlərinin alınması üçün 30.000 manat pulu “Smile” MMC-nin fonduna tezliklə ödəyəcəyinə inandırıb.

Lakin ATV-nin fonduna köçürülməli olan 286.000 manat pulu ödəməkdən boyun qaçırıb.

Ümumilikdə 316.000 manat məbləğində külli miqdarda əmlak xarakterli ATV-yə zərər vurub.

Bundan başqa, Elnur Usubov “Acıbadəm Sağlıq Elizməfləri və Ticarət Anonim” Şirkətinin Bursa şəhərində yerləşən xəstəxanasının direktoru Arzu Karadaşın etibarından sui-istifadə edib.

O, bu barədə Nazim Qardaşovun qaraciyərindən, onun arvadı Vüsalə Hüseynovanın donor kimi cərrahiyyə əməliyyatı olunmaları, eləcə də müalicə edilmələri, onların müayinə, cərrahi əməliyyat və müalicələrinin xərcləri tam olaraq tələb ediləcək məbləğdə pul vəsaitini “Loyal Group” MMC-nin baş direktoru kimi ödəyəcəyinə dair yalan vəd verib.

Müqavilə sənədlərinə əsasın 125 min manat məbləğində pul vəsaitini ödəməkdən yayınıb.

İstintaq orqanı tərəfindən Elnur Usubovun barəsində Cinayət Məcəlləsinin 184.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Elnur Usubov 3 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər, maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 10 il azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Elnur Usubov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Cinayət Məcəlləsinin 184.3.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilib. Elnur Usubovun cəzası 6 ilə qədər endirilib.

Bu qərardan narazı qalan Elnur Usubovun vəkili kasasiya şikayəti verib. Vəkil Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməklə, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Bu şikayətə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti kasasiya şikayətini qismən təmin edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş materialları bəraətverici əsaslarla araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Apelyasiya instansiyasında iş materialları araşdırılması üçün bu dəfə hakim Həsən Əhmədovun icraatına verilib.

Hakim heyəti apelyasiya şikayətinin dəlilləri üzrə ilkin araşdırma aparıb.

Yekun baxış iclası aprelin 22-nə təyin edilib.