İsrail baş naziri Benyamin Netanyahunun öldürülən iranlı alim Möhsün Fəxrizadə ilə bağlı 2 il öncə ictimaiyyətə xəbərdarlıq etdiyi məlum olub.
Axar.az xəbər verir ki, Netanyahu 2018-ci ildəki çıxışında Fəxrizadənin “Amad” adlı layihəyə başçılıq etdiyini bildirmiş və onun haqqında “Bu şəxsi əsla unutmayın!” cümləsini işlətmişdi.
Qeyd edək ki, M.Fəxrizadə ötən gün Tehran yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif alimin ölümünə görə İsraili ittiham edib.