Mədəniyyət Nazirliyindən Xalq artistinin vəfatıyla bağlı nekroloq
 

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti, Prezident mükafatçısı Əjdər Qüdrət oğlu Həmidov 2020-ci il noyabr ayının 24-də ömrünün 67-ci ilində vəfat etmişdir.

Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olmuşdur.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Qulu (“Tamahkar”, S.S.Axundov), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və balıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynamışdır.

1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor bu illər ərzində Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad (“Hökmdar və qızı” – “Qarabağnamə”, “Dəlilər və ağıllılar”, “Boy çiçəyi”, “Mənim günahım” İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd (“Ölülər”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qurbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.

Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov “Azərbaycanfilm"in istehsal etdiyi “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli) və s. filmlərdə, “Yoxlama” (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar yaratmışdır.

Əjdər Həmidov 2002-ci ildə respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülmüşdür.

Milli teatr və kino sənətimizin zənginləşməsində öz dəst-xətti olan, sənət ömründə öz təbiiliyi, həyatiliyi, emosional təsiri ilə seçilən obrazlar qalereyası yaratmış Əjdər Həmidovun xatirəsi onu tanıyan, sevən çoxsaylı tamaşaçıların, eləcə də sənət dostlarının, həmkarlarının qəlbində yaşayacaqdlır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi
07 Mart 2024 Dumada tələb: Puqaçova xarici agent sayılsın!
07 Mart 2024 Tanınmış rejissor 72 yaşında vəfat etdi
07 Mart 2024 Məşhur xalq artisti Şuşaya köçür - Video
06 Mart 2024 Sərdar Ortac Bakıya gəlir: konsertə biletin qiyməti...
06 Mart 2024 Narkotikdən meyxana deyən tarix müəllimi...
05 Mart 2024 Rasim Balayev yeni yaradılan qurumun sədri seçildi
05 Mart 2024 "Milyonçu" şousunda maraqlı anlar: “9-4” sualı cavabsız qaldı - FOTO
04 Mart 2024 “Əlimdə pul olsun deyə qarajımı satdım” - Faiq Ağayev
04 Mart 2024 Yerindən duran deyir ki, pul ver... – Xalq artisti
03 Mart 2024 "Axundların evi məsciddən qəşəngdir, utanırsınız?"
03 Mart 2024 Erməni müğənni: Baxmutun taleyini yaşayacağıq
03 Mart 2024 Puqaçova elan etdi: Qayıdıram!
02 Mart 2024 Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, sevdiyi qadına görə bıçaqlandı
23 Fevral 2024 Xalq artistinin vəsiyyəti: cənazəsi yandırılır, külü...
22 Fevral 2024 Mövlud Süleymanlı Şamaxıda dəfn olundu
11 Yanvar 2024 89 yaşlı məşhur aktyor vəfat etdi
26 Oktyabr 2023 Xalq artistinin şəhid atası olan qardaşı qəza törətdi: ölən var
27 Fevral 2023 Qazinin bu ifasına münsiflər dönmədi - Peşman oldular - VİDEO
17 Fevral 2023 Ortaq yayıma hər kəsdən fərqli gəldi, müzakirə olundu
15 Noyabr 2022 Türkiyə qisas əməliyyatı planlaşdırır