Son xəbərlər

 

"Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca "kino adası" vardı -​ "Ocaqovun kinosu" var idi, var və həmişə yaşayacaq.

Sanki özü üçün yaratmışdı o aləmi.. Öz senaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları ilə, yaradıcı heyəti ilə və bu aləm sözün əsl mənasında onun əsl həyatı idi.Başqa​ həyatı özü üçün istəmirdi.

Və mən özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda var idim. Mən onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları -​ "İstintaq" filminə görə SSRİ Dövlət Mükafatına, "Ad günü" filminə görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl illər kimi yadda qalacaq.

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansambılının bütövlüyü idi... Heç bir məsələdə kompromislərə getməzdi..Dosluqda çox möhkəm, vəfalı və sədaqətli idi.

Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan Milli Kinosu idi onun varlığı, həyatı.

Kamera, çəkiliş meydançası və öz dünyası - bunlar idi onun dövləti, varı.O da bu varlığı, çəkdiyi filmləri öz xalqına miras qoyub gedib. Xalqım da yaşadır onun adını həmişə.Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!

Hansısa tədbirdə çıxış edəndə etiraf elədim ki, " Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim". Kamera qarşısında isə çətin məqamlarda​ azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram onun mənə olan böyük hörmətinə görə, diqqətinə görə, sevimli aktrisası olmağıma görə və çox uzun illər davam edən dostluğumuza görə.

Ömrünün son aylarında bir yerdə idik həmişə.Demək olar hər gün​ İttifaqımızda görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət bir gün çox ehtiyatla soruşdum; Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi. " Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm". Elə də oldu......... Rasim yaşamadı.........

Azərbaycan Milli Kinomuza elə bir böyük​ itki üz​ vermişdi ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik.

Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və özü ilə kinomuzun​ təkrarsız epoxasını da apardı. Artıq bu gün Rasim Ocaqov Milli Kinomuzun bir simvolikasıdır!

​PS. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov haqda bir xatirə kitabı yazacam...

​Şəfiqə Məmmədova​

Azərbaycan​ Respublikası​ Kinematoqrafçılar

İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət

Mükafatları laureatı, professor.

03 Dekabr 2020 “Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
03 Dekabr 2020 Azərbaycanlı aktyora ağır itki
01 Dekabr 2020 Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
28 Noyabr 2020 Kukla Teatrı “Şəngülüm, Məngülüm” tamaşasını onlayn göstərəcək
28 Noyabr 2020 Polad Ələmdardan illər sonra Çakırla bağlı etiraf
28 Noyabr 2020 Netanyahu öldürülən iranlı alimi 2 il əvvəl...
26 Noyabr 2020 Flora Kərimova 23 yaşında - Foto
25 Noyabr 2020 Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Kəlbəcər aşıqlarına həsr olunub
25 Noyabr 2020 27 ildən sonra Ağdamda ilk ifa... - Video
25 Noyabr 2020 Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
25 Noyabr 2020 Mədəniyyət Nazirliyindən Xalq artistinin vəfatıyla bağlı nekroloq
25 Noyabr 2020 PAŞA Holding-in dəstəyi ilə Alim Qasımovdan yeni Qələbə mahnısı - Video
25 Noyabr 2020 Xalq artisti Şabranda dəfn olunacaq
24 Noyabr 2020 Əjdər Həmidov vəfat etdi
24 Noyabr 2020 Xalq artisti Şuşada “Sevgili canan”ı ifa etdi – Video
23 Noyabr 2020 Bu mahnı işğaldan azad olunmuş torpaqlarla bağlı stimul verir - Video
22 Noyabr 2020 İki xalq artistinin şəhid nəvəsi
21 Noyabr 2020 Dünyanın ən məşhur əsərinə çəkilmiş filmlə Qara Qarayevi nə bağlayır? - Araşdırma
21 Noyabr 2020 Ağdamın məşhur “Çay evi”: necə tikilmişdi – Memarı danışdı
20 Noyabr 2020 Səməndər Rzayevin oğlu intihar etdi
20 Noyabr 2020 Tanınmış diktor vəfat etdi
20 Noyabr 2020 Xalq artisti: Ağdamın torpağını öpəcəyəm...
19 Noyabr 2020 Metropolitan İncəsənət Muzeyi qərəzlidir - Nazirlik
19 Noyabr 2020 Ermənilər Bülbülün ev muzeyini bu hala salıb - Video
18 Noyabr 2020 Alim Qasımovla Aysel ermənilərin öldürdüyü uşaqlara mahnı həsr etdi...
18 Noyabr 2020 Vətənpərvərlik mövzusunda əsərlərin qəbulu davam edir
16 Noyabr 2020 Goranboyda 110 yaşlı qadın koronavirusdan sağalıb - Fotolar
16 Noyabr 2020 Əfsanəvi hind aktyoru koronavirusdan öldü
16 Noyabr 2020 Sami Yusif Şuşadakı əsgərimizin videosunu paylaşdı
15 Noyabr 2020 Ömrünü epizodik rollara sərf etdi, aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər - Aktyorumuzun nakam həyatı...